Kəbənin binası və hakimlik hadisəsi
Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm), 35 yaşlarında ikən, əvvəllər yanğın səbəbiylə zərər çəkən Kəbənin divarları şiddətli yağış və selə görə yıxıntıya məruz qaldı. Bunun üzərinə, Qureyş qəbiləsi Kəbəni yenidən tikməyə qərar verdi. Kəbə tikilərkən xərclərinin hamısı halal və təmiz qazanclardan təmin olunmağına, fuhuş, faiz və bilinməyən yollarla əldə edilən qazancların bura soxulmamağına qərar verdilər. Ancaq qurmaq üçün Kəbəni tamamilə yıxmaqdan çəkinirdilər. Vəlid b. Muğirənin "Allah islah edənləri həlak etməz" rəyinə əsasən, İbrahim (Əleyhissalam)`in təməllərinə enənə qədər Kəbənin divarlarını tamamilə yıxdılar.
Sonra hər bir qəbiləyə bir bölüm ayıraraq inşaata başladılar. Ərəblərin nəcabətliləri belə boyunlarında daş daşıyırdılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və əmisi Abbas da şəxsən işləyənlər arasındaydılar. İnşaatın memarlığını Yunan tacir və memar Bakum öhdəsinə götürmüşdü. Halal pullar ilə yığdıqları büdcə kifayət etməmiş, bunun üzərinə əsil binanın zəminindən bir qismi tərk olunmuş, yəni bina köhnə təməlləri üzərində tikilmişdir. Şimal istiqamətinə tərəf 6 ziraa( dirsək uzunluğu) çıxarmış və onun üzərinə qısa bir divar tikərək onun Kəbəyə aid olduğunun bilinməsini təmin etmişdilər. Bax bu hissə, "əl-Həcər vəl-Hatim" olaraq bilinən hissədir.
Növbə "Qara daş"ın yerinə qoyulmasına gəldikdə, hər bir qəbilə başçısı özünün bu şərəfə nail olmasını istəmiş və beləcə qəbilələr arasında mübahisə və ədavət baş vermişdir. Bu mübahisələr 4-5 gün çəkmiş və hardasa Haramın (Kəbənin) içində qanlı bir qarşıdurma başlamaq üzrəykən, Qureyşin ən yaşlı adamı olan Əbu Ümeyyə b. Muğirə əl-Məhzuminin rəyi- "Məscidin qapısından ilk girən şəxs hakim təyin ediləcək və onun verdiyi hökmə görə hərəkət ediləcəkdir"- üzərində ittifaq etdilər və ilk girəcək şəxsi gözləməyə başladılar.
Allahın təqdirindəndir ki, bu qərardan sonra Məscidə ilk girən Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) olmuşdur. Qureşlilər onu görəndə çox sevindilər "budur etibarlı Məhəmməd, biz ona razıyıq" deyərək ona vəziyyəti bildirdilər. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) bir döşək açaraq onu yerə sərib, Qara daşı öz əlləriylə onun üstünə qoydu. Sonra hər bir qəbilə başçısına döşəyin bir tərəfindən tutmalarını söylədi. Qara daş bu şəkildə qoyulacağı yerə gətirildikdə, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) yenə öz mübarək əlləriylə on götürdü və yerinə yerləşdirdi. Onun (Səllallahu Aleyhi və Səlləm) məsələni belə qavrayışlı şəkildə həll etməyi hamını razı saldı.
Qara daş (Həcərul-Əsvəd), təvaf edilən yerdən 1,5 metr, qapı isə hamının girməməyi üçün 2 metr yüksəkdə idi. Divarlar isə 18 zira qədər yüksəldilmişdi. Əvvəllər bu yüksəkliyin yarısı qədər idi. Kəbənin içinə iki sıra halında altı dirək tikdilər və sonra da 15 zira hündürlüyündə dam düzəltdilər. Əvvəllər Kəbə dirəksiz və damsız idi.
Tarix: 03.05.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar