Bir dostum var idi. Bir gün onunla aramızda bir hadisə oldu və bundan sonra bir-birimizdən küsdük. Bu küsülülük bir il davam etdi. Günlərin birində onun vəfat etdiyi xəbərini aldım. Həmin gün yuxuda həmin dostumu gördüm və o mənə dedi:
-“Ölmədən öncə Rəbbimə bir dua etdim və o du...aya görə Rahmən və Rauf olan Rəbbim məni bağışladı. Həmin dua mənim yastığımın altındakı kağızda yazılmışdır.”
Səhəri gün dərhal onlara yollandım. Qapını döydüm və qapını dostumun anası açdı. Məni gördükdə gözləri yaşardı. Artıq bir il idi ki, məni görmürdü. Anaya dedim:
-Qardaşımın otağı hansıdır?
Mənə onun otağını göstərdi. Otağına daxil olub yastığını qaldırdım və həqiqətən də orada bir dua var idi. Qardaşım, bir neçə cümlə Rəbbindən bağışlanma diləmiş sonda isə bu cümlələri yazmışdı:
-Allahummə, məni bağışla! Axı Sən də məni bağışlamasan, o zaman məni kim bağışlayacaq ki?
Tarix: 09.05.2013 / 13:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar