İslamda qadın hüquqları:
1. İslamdan öncə, Cahillik dövründə insanlar qız uşaqlarını özlərinə ayıb və ar hesab edərdilər. Bu hissiyat bəzi yerlərdə, başqa üsullarla, hələ də davam etməkdədir. İlk Cahillik dövründə bəziləri doğulmuş qız uşaqlarını diri-diri basdırırdılar. Müasir Cahillik dövründə isə çox insanlar var ki, uşağının qız olduğunu bilib uşağı saldırır (abort etdirir) və həmin körpəni həyatdan məhrum edirlər.
İslam dini qız uşaqlarına qarşı olan bu münasibəti rədd edir, onlara bəslənən nifrət və məyusluğa qarşı mübarizə aparır, qadınlara həyatda zəruri olan hüquqlarını verir. Ona görə də Cahillik dövrünə bunu eyib sayaraq buyurmuşdur:
"Onlar Allaha qızlar isnad edirlər (Mələklər Allahın qızlarıdır, deyirlər). Allah pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur.) Özlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər. Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralır. Verilən müjdənin pisliyi üzündən tay¬fa¬sından qaçıb gizlənir. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə gö¬türüb qızları Allaha isnad edirlər.)" (ən-Nəhl: 57-59).
"Diri-diri torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;" (ət-Təkvir: 8, 9).
Əslində İslam dini qızları gözəl tərbiyə etməyə, onlara yaxşı baxmağa yönəltmiş və bunun əvəzində çox böyük savab vəd etmişdir.
Aişə (r) deyir: "kasıb bir qadın iki qızı ilə birlikdə mənim yanıma gəldi. Mən ona üç ədəd xurma verdim. O, qızlarının hərəsinə bir xurma yedizdirdi. Birini də özü yemək istədikdə qızları ondan həmin xurmanı da istədilər. O, əlində olan xurmanı iki hissəyə bölüb onlara verdi. Qadının bu hərəkəti mənim çox xoşuma gəldi. Mən onun hərəkətini Peyğəmbərə danışdıqda o belə buyurdu: "Allah taala bu qız uşağı ilə ona cənnəti (oraya daxil olmağı) vacib etmiş, yaxud o qız uşağı ilə onu cəhənnəmdən xilas etmişdir"(Müslim: 4\ 2027\ ? 2630. )
Ənəs ibn Malik (r) Peyğəmbərdən (sav) rəvayət edərək deyir:
"Kim iki qız uşağını böyüdüb başa çatdırarsa qiyamət günü mənimlə belə olar" deyərək (şəhadət və orta) bar¬maq¬larını birləşdirdi!"(Müslim: 4\ 2027\ ? 2631.)
2.İslam, qadının ibadət əhli və şəriət qanunlarının icraçılarından olduğunu qeyd etmişdir. Kişilərə müraciət etdiyi kimi onlara da müraciət etmişdir. İtaət etmələri müqabilində kişilərə verilən savab qadınlara da veril¬mişdir. Bu haqda Allah taala buyurur:
"Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxartmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)." (Ali İmran: 195).
"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (ət-Tövbə: 71).
"Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!" (əl-Əhzab: 35).
3.İslam qadına sahiblik hüququ, öz şəxsi mülkiyyətini istədiyi kimi istifadə etməsinə icazə vermişdir. Bu haqda Allah taala buyurur:
"Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır..." (ən-Nisa: 32).
4.İslam qadının varislik hüququnu da qorumuşdur. Qız, oğulun qızı, ana, nənə, bacı və azad edilmiş kölə qadın üçün, şəriətin vərəsədə nəzərdə tutduğu miqdarda pay vardır. Allah taala buyurur:
"Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir." (ən-Nisa: 7).
İslamdan əvvəl, Cahillik dövründə əri ölmüş qadın, ərinin yaxınları tərəfindən məcburən miras payı kimi götürülürdü. Onlar həmin qadınla ya evlənir, yaxud istədiyinə ərə verir və ya evlənməkdən məhrum edərək əvəzində özünü azad etməsi üçün ondan pul tələb edərdilər. İslam gəldikdən sonra qadını bu təhqir və alçaltmadan xilas etdi. Onun heyvan və ya var-dövlət kimi miras obyekti olmadığını bəyan etdi. Onu sıxışdırmağı qadağan etdi və evlənmək qadağasını ləğv etdi.
Bu haqda Allah taala buyurur:
"Ey iman gətirənlər! Qadınlara zorla varis olmaq sizə halal deyil! (Qadınlar) açıq-aşkar pis bir iş gör¬mə¬yincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət vermə¬yin..." (ən-Nisa: 19).
5.Cahillik dövründə qadın ər seçməkdən məhrum idi. İslam dini gəldikdən sonra qadına ər seçmək üçün tam ixtiyar vermişdir. Əbu Hureyrə 9r) Peyğəmbərdən (sav)rəvayət edərək deyir:
"Dul qadınla onun (dili ilə dediyi) icazəsindən sonra nikah edilir, bakirə qızla ondan icazə aldıqdan sonra nikah bağlanır" Səhabələr dedilər: Ey Allahın Rəsulu, ondan icazə necə alınır? (yəni, bakirə qız utandığından danışmadığı üçün səhabələr bu sualı verirlər!)
Peyğəmbər (sav)buyurdu: "Onun susması – icazəsi deməkdir"(Buxari: 9\ 191\ ? 5136. Müslim: 2\ 1036\ ? 1419.)
Xənsə bint Xidam əl-Ənsariyyə deyir: Mən dul qadın idim. Atam məni ərə vermişdi. Lakin mən istəmirdim. Peyğəmbərin yanına gəldim və o mənim nikahımı geri qaytartdı"(Buxari: 12\ 318\ ? 6945. )
İbn Abbas (r) deyir: Bir bakirə qız Peyğəmbərin yanına gəlib atasının onu zorla ərə verdiyini dedikdə, Peyğəmbər (sav) qıza seçim etmək üçün ixtiyar verdi"(Əbu Davud: 2\ 576\ ? 2096. Ibn Macə: 1\ 603\ ? 1875. Albani hədisin səhih olduğunu qeyd edib.)
İslam qadına, bakirə yaxud dul olmasından asılı olmayaraq, özünə ər seçmək üçün tam hüquq vermişdir. Əgər onun böyükləri onu istəmədiyi bir adama ərə versələr, qadının həmin nikahı geri qaytarmağa tam hüququ çatır.
6.İslam, evlənmək istəyən kişiyə nikah bağlayacağı qadına mehr verməsini vacib etmişdir. Bu mehr, qadının maddi hüququdur. Bu mal onun özünə məxsus olur. Heç kəsin bunda payı ola bilməz. Mehrin sahibkarı da odur.
Allah taala buyurur:
"Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (ən-Nisa: 4)
"İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz...." (ən-Nisa: 24).
7.İslam şəriətinin qanunlarına görə qadın da hər hansı düşmənə aman verə bilər. Bu Peyğəmbərin(sav) səhih Sünnəsində öz əksini tapmışdır.
Ummu Hani binti Əbu Talibin köləsi Əbu Murrah sahibəsi Ummu Hani binti Əbu Talibdən rəvayət edərək deyir: "Mən Məkkənin fəthi ilində Peyğəmbərin yanına getdim. Bu vaxt o çimirdi və qızı Fatimə ona pərdə tutmuşdu. Mən Peyğəmbərə salam verdim. O dedi: "Bu kimdir?" Dedim: Ummu Hani binti Əbu Talibdir. O dedi: "Ummu Hani xoş gəlib!" o, çimib qurtardıqdan sonra bir paltara bürünmüş halda qalxıb səkkiz rükət namaz qıldı. Mən dedim: Ey Allahın Elçisi! Anamın oğlu Əli, İbn Hubeyranın aman verdiyi kimsəni öldürdüyünü iddia edir. Peyğəmbər (sav)buyurdu: "Ey Ummu Hani! Sənin aman verdiyinə biz də aman verdik!" Ummu Hani demişdir: (o vaxt Peyğəmbərin qıldığı) Bu namaz duha namazı idi"(Buxari: 6\ 273\ ? 3171.)
İslam dini, qadının əhdi-peymanına ehtiramla yanaşmağı, verdiyi vədləri həyata keçirməyi əmr edir. Onun aman verdiyi insana heç bir zərər toxundurmaq olmaz.
8.İslam, hətta kafirlərlə müsəlmanlar arasında baş verən müharibə vaxtı qadınları öldürməyi qadağan etmişdir
Abdullah ibn Ömər (r) deyir: Peyğəmbərin apardığı döyüşlərinin birində ölmüş qadın meyidi tapıldı. Bundan sonra Peyğəmbər (sav) döyüş vaxtı qadınların və uşaqların öldürülməsini qadağan etdi"(Buxari: 6\ 148\ ? 3015. Müslim: 3\ 1364\ ? 1744.)
Qadın döyüşçü sayılmadığına görə onu öldürmək yasaq edilmişdir. Qadın Allah taalanın düşməni olsa belə, İslam onun zəif olduğunu nəzərə almışdır. Çünki İslamın məqsədi insanları qırmaq deyil, onun təbliğatının qarşısını kəsən maneələri götürməkdir.
9.İslam, qadınlara yaxşılıq etməyi, onlarla gözəl davranmağı kişilərə tövsiyə etmişdir. Allah taala buyurur:
"Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin..." (ən-Nisa: 19).
Əbu Hureyrə (r)Peyğəmbərdən (sav) rəvayət edərək deyir:
"Kim Allaha və axirət gününə iman gətirirsə qonşusuna əziyyət verməsin. Qadınlarla xoş davranın. Çünki onlar qabırğadan yaradılmışlar. Qabırğanın ən əyri hissəsi yuxarı tərəfidir. Sən (qabırğadakı) bu əyriliyi düzəltmək istəsən onu sındıracaqsan. Onu düzəltməkdən vaz keçsən öz əyriliyində qalacaqdır. Qadınlarla xoş davranın!" .(Buxari: 9\ 252-253\ ? 5185, 5186. Müslim: 2\ 1091\ ? 1468.)
10. İslam qadının yemək, içmək, geyim, ev, müalicə və s. xərcliklərinə zəmanət vermişdir. Bu bir arxayın ictimai zəmanətə bənzəyir. Bu zəmanət onun həyat mərhələlərinə şamil edilir. Bu xərcliklər, kişinin: atanın, ərin yaxud oğulun üzərinə düşən vacibatlardır... Allaha and olsun ki, bu qadına verilən ən gözəl himayə¬darlıq və hədsiz mərhəmətdir. İslam, qadının bütün xərclərini kişiyə vacib etdiyi bir halda, qadını bütün məsrəflərdən azad etmişdir. Qadına öz malını qorumağa haqq vermiş və onu öz malının sahibi təyin etmişdir.
Bu, İslam şəriətinin gözəlliklərindəndir. Çünki qadının cəmiyyətdə çox böyük və məsuliyyətli vəzifəsi vardır. Bu vəzifə - dünyaya övlad gətirmək və onları gözəl tərbiyə etməkdir. Bunu etmək üçün ona vaxt lazımdır. Həmçinin qadın yaradılış baxımından zəifdir. Ona görə də işləmək onu üzür və ona əziyyət verir. Ən əhəmiyyətlisi isə, qadın kişilərin tamah obyektidir. Qadının kişi ilə birlikdə işləməsi onun və kişinin dininə zərərdir. Bununla belə qadının işləməsinə və ruzi qazanmasına müəyyən şərtlər çərçivəsində icazə verilir. Belə şərtlərdən biri: iş qadının dünyaya uşaq gətirməsinə və onları tərbiyə etməsinə mane olmamalı, işə gedərkən abır-həyalı olmalı, hicab geyinməli, işlədiyi yerdə kişilər olmamalıdır. Əgər bu şərtlər olarsa qadının işləməsi eyib etməz. Lakin qadının İslam cəmiyyətində əsas təyinatı onun himayədə olmasıdır. Evdə olan kişinin; ata, oğul, ər və ya qardaşın qadının maddi ehtiyaclarını ödəməsi vacibdir.
Əsas odur ki, İslam şəriəti qadına ona məxsus fitri hüquqlarını vermiş, İslam şəriətinə uyğun xoşbəxt, hörmət və izzətlə yaşamasına şərait yaratmışdır. İslamın sayəsində nemətlər əldə edən qadın ən gözəl bolluq içindədir. Ey müsəlmanlar! Allah taalanın bizə verdiyi İslam nemətinə şükr etməliyik.
Tarix: 08.05.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Maraqlı melumatlar