Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şayiələr qarşısında İslamın mövqeyi

Hər ilahlıq və RƏBB`lik iddiasında olandan daha böyük və çox böyük olan ALLAH`a həmd olsun. O, hər şeyin RƏBB`i, Məliki, və Mövlasıdır. O, ucaların ucasıdır. Şəhadət edirəm ki, Ondan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki yoxdur. Gizli və açıq hər şeyi biləndir. Hər müsibəti və hər çətinliyi aradan qaldıra biləndir. Ona həmd edirəm. O, hər cür qüsurdan uzaqdır. Kainatda Ondan başqa yardım edəcək, ibadətə və itaətə layiq haqq məbud, dərdlərin deyiləcəyi hakim, RƏBB yoxdur. Şəhadət edirəm ki, peyğəmbərimiz Muhəmməd ibn Abdullah Onun qulu və seçilmiş elçisidir. O, RƏBB`inin risalətini təbliğ etmişdir. Azmamış və doğru yoldan çəkilməmişdir. ALLAH Ona, ailəsinə, səhabələrinə və Qiyamət gününə qədər Onun seçkin yolu ilə gedənlərə xeyir-dua etsin.
Ey ALLAH`ın qulları! Nəsihətlərin ən xeyirlisi insanların RƏBB`i ALLAH`ın (Sübhanahu və Təalə) nəsihətidir.

“…(Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də ALLAH`dan qorxmanızı tövsiyə etdik.…” (ən-Nisa surəsi, 4/131. )
ALLAH`dan layiqincə qorxun! Ondan layiqincə qorxmaqda fitnələrdən qorunma və müsibətlərdən xilas vardır. Qays ibn Habib belə deyir: “Təqva ilə fitnələrdən çəkinin.”
Ey müsəlmanlar!.. ALLAH (Sübhanahu və Təalə) insanı yaratdığından bəri qüvvələr arasında müharibə vardır. İnsanlığın dərinliklərini hədəf alan və insanlığın təbiətnə təsir edən bir müharibə... Müharibə və böhranların, fəlakət və çətinliklərin öldürücü silahları ilə insanı hədəf alması ilə yanaşı hadisələr və fəlakətlər arasında inkişaf edən, dəyişikliklərdə artan gizli müharibə vardır. Bu müharibə daha zərərli və daha öldürücüdür. Çünki, insanın daxili aləmini, dəyərlərini və inkişafını hədəf alır. Bu çirkin müharibənin nə olduğunu bilirsinizmi? Bu şayiə müharibəsidir.
Şayiə, mənəvi müharibələrin ən təhlükəlisi, hətta ən dağıdıcısıdır. Cəmiyyətlər üçün təhlükəli olan bu müharibə, beynəlxalq və ictimai təhlükə sayılsa, səhv olmaz. Bu məsələ mütləq araşdırılmalı və həll edilməli, ona qarşı çıxılmalı, kökündən dəyişdirilməsi üçün tədbir görülməli, insanlar ondan çəkindirilməli, ona səbəb olan amilləri aradan qaldırmaq üçün həmrəy davranılmalıdır. Elə edilməlidır ki, bu müharibə fərdlərin xilasının, cəmiyyətlərin etibarlılığı və sabitliyinin, xalqların və sivilizasiyaların əsasını təskil edən ümmətin manəviyyatını yox etməsin.
Ey müsəlmanlar! İnsanlıq tarixini araşdıranlar, şayiələrin insanın varlığı ilə birlikdə olduğunu görür. Hətta şayiələr, tarix boyu sivilizasiyalar arasında olmuş və artmışdır. Şayiə, hər cəmiyyət və mühit üçün onun əsası və inkişafına təhlükə mənbəyidir. İslam gəldiyində, şayiələrə və onları yayanlara qarşı, cəmiyyətin fərdləri arasında ictimai həmrəyliyə zərər verən şayiələr yaydıqları üçün qəti tədbir görmüşdür. Hətta İslam bunu gözəl əxlaqa və dəyərli xüsusiyyətlərə zidd olan davranış saymışdır. Bu davranış böyük şəriətimizin gətirdiyi və təşviq etdiyi birliyə, sevgi və qardaşlığa, ziddir. Şayiə bütün bunları aradan qaldırır.
İslam, qeybətdən və namuslara toxunmaqdan, yalan və iftiradan, insanlar arasında söz gəzdirməkdən də çəkindirmişdir. Şayiələr də bunlardan biridir. İslam dilə nəzarət edilməsini əmr etmiş və sözün təhlükəsinə diqqət çəkmişdir. İftiranı haram qılmış, şayiə yayanları acıverici əzabla təhdit etmişdir.
“Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını)…” (ən-Nur surəsi, 24/19. )
İslam, xəbərlərin nəql edilməsində doğruluğun araşdırılmasına və bundan əmin olmağa təşviq etmişdir. ALLAH (Sübhanahu və Təalə) belə buyurur:

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (əl-Hucurat surəsi, 49/6. )
İnsanın ALLAH (Sübhanahu və Təalə) qarşısında məsul olduğunu və hər şeydən hesaba çəkiləcəyini bildirmişdir.

“Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi, 50/18. )
“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki, qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (əl-İsra surəsi, 17/36. )
Şayiələr, müsəlmanlar haqqında pis zənn bəsləməyə əsaslanır. ALLAH (Sübhanahu və Təalə) belə buyurur:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır....” (əl-Hucurat surəsi, 49/12. )
Rəsulullah (Sallallahu əleyhi və səlləm) belə buyurur:
“Zənndən çəkinin, çünki, zənn, sözün ən yalanıdır.” (əl-Buxari. Muslim. )
İslam öz mənsublarına məsuliyyətsiz danışmağı, hər şayiə zamanı düşüncəsiz hərəkət etməyi, insanların ardınca düşməyi və hər sözü doğru hesab etməyi qadağan etmişdir. Yenə Rəsulullah (Sallallahu əleyhi və səlləm) belə buyurur:
“İnsanın hər eşitdiyini deməsi yalan sayılması üçün kifayətdir”
Başqa rəvayətdə isə:
“İnsana günah kimi kifayətdir” (Muslim. ) buyurur.
İftiraçılara və şayiələri yayanlara mane olmaq, şayiə çıxaranların və yalan xəbər sahiblərinin qarşısını almaq üçün Peyğəmbər (Sallallahu əleyhi və səlləm), əl-Buxarinin “əl-Ədəbu`l-Mufrad” adlı əsərində Əsma binti Yeziddən (radiyallahu anhu) rəvayət etdiyi bir hədisdə belə buyurur:
“Aranızda ən pis olanı deyimmi?”
“De, ey Rəsulullah!” deyirlər. Belə buyurur:
“Söz gəzdirib, dostlar arasını vuranlar, günahsız insanların fitnəyə düşməsini istəyənlərdir.”
İman qardaşları! Bitkilərin ətrafındakı lazımsız otlar onların inkişafına mane olduğu kimi, şayiələr də cəmiyyətin əsasını sarsıtdığı üçün bu bitkilərdən daha təhlükəli və daha zərərlidır.
Nə qədər günahsız insanı qətlə yetirdilər və dostlar arasında fitnə yaratdılar. Nə qədər alim və böyük insana toxundular. Şayiələr nə qədər ailəni yıxdı, cəmiyyəti və siviliza-siyanı məhv etdi. Hətta bir şayiə nəticəsində fitnələr və bəlalar, müharibələr və çətinliklər ortaya çıxar, dünya müharibəsi yaranar və dövlətlərarası ziddiyyətlər artar. Müharibənin başlanğıcı bir sözdür. Bir pis söz fitnə yarada bilər. Çünki, kinli birisi onu böyüdərək qızışdırır.
Ey ALLAH`ın qulları! Şayiələr yayan insan pis xüsusiyyətli, xəstə və azğın fikirlidir. Onun insanlığı yoxdur və dini duyğuları zəifdir. Saxtakarlıq daxilinə işləmişdir. O, qəzəblənib, əziyyət verməkdən narahat olmaz. Fitnəkar və qatildir, yer üzündə pozğunluq törədir. Ölkələr və insanlar üçün fitnə çıxarır. O zəhərli bir orqana bənzəyir və odun samanı yandırdığı kimi yandırır. Buqələmun kimi rəng dəyişdirir. Zəhərli ilan kimi zəhərini qusur. İşi yalnız pozğunluq və iftira, pislik və qara yaxmaqdır. Bütün bunlar onun adətidir. O hər zaman ara qızışdırmaqda davam edir. Yalandan əl çəkmir. Başqası haqqında söz uydurmağı bir kənara qoymur. Pis dildən və ya qələmdən pis niyyətlə çıxan şayiə səbəbilə nə qədər insan zərər gördü. Bu İslam ümmətinin yarasının sirridir.
İman qardaşları! Tarix boyu şayiələr, pəncələrini bütün dünyaya xüsusən də İslam əhlinə keçirmişdir. Bu şayiələri yayanlar zəif şəxsiyyətə malik olanlardır. İslam düşmənləri, tarix boyu xüsusən Peyğəmbərləri öldürən və anlaşmaları pozan yəhudilər, İslam dəvətini yox etmək, dəvətçilərə söz atmaq və onlar haqqında şübhə oyandırmaq üçün ən böyük şayiələri çıxarmışlar. Onların bu şayiələrindən hətta Peyğəmbərlər də xilas ola bilməmişdir. Peyğəmbərlər haqqında gizli və aşkar müxtəlif iftiralar və şayiələr yaymışlar.

“…onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi)” (əl-Bəqərə surəsi, 2/87. )
İsa (Əleyhissəlam) Onun və anasının haqqında deyilən şayiələr şübhə yaymışdır.

“Ey Harunun bacısı! Atan pis insan, anan da zinakar deyildi!” (Məryəm surəsi, 19/28. )
Təmizlik və saflığın ən böyük nümunələrindən biri olan Yusufun (Əleyhissəlam) namusu və şərəfi ilə bağlı pis şayiələr yayılmışdır.

“…Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” (Yusuf surəsi, 12/24. )
Hidayət Peyğəmbərinin (Sallallahu əleyhi və səlləm) təmiz həyatı da, şayiələr və onlara qarşı olan davranışları gözəl örnəkdir. Onun mübarək dəvəti hələ başlanğıcda bir çox şayiələrə məruz qalmışdır. Sehrbazlıq və dəlilik, yalançılıq və kahinliklə günahlandırılmışdır. Kafirlər və nifaq salmağa vərdiş etmiş münafiqlər Rəsulullahın (Sallallahu əleyhi və səlləm) dəvəti əleyhinə iftira və batil töhmət uydurmaqda hər cür üsuldan istifadə etdilər. Bunların ən məşhuru isə ifq hadisəsidir. Bu hadisə, şayiələrin pis cəhətlərini ortaya çıxarmışdır. Şayiələr, Peyğəmbərin (Sallallahu əleyhi və səlləm) təmiz evini və ALLAH (Sübhanahu və Təalə) dərgahında insanların ən dəyərlisi Muhəmmədin (Sallallahu əleyhi və səlləm), Əbu Bəkr, Aişə və Safvan ibn Muattılın ? namusunu hədəf almışdı. Bu şayiələr, Mədinədə müsəlmanları tam bir ay narahat etdi. İslam cəmiyyəti bu iftiranın oduna yandı. Vicdanları sızlayır, şayiələr onları üzürdü. Əgər ALLAH`ın (Sübhanahu və Təalə) yardımı olmasaydı, bu şayiələr hər şeyi məhv edəcəkdi. Nəhayət bu çirkin faciəyə son qoymaq və müsəlmanlara şayiələr qarşısında necə hərəkət edəcəklərini bildirən vəhy nazil oldu:

“Məgər o yalan sözü eşitdiyiniz zaman mömin insanlar və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?” (ən-Nur surəsi, 24/12. )
Bu ayələrin davamında belə buyurulur:

“Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (ALLAH)! Bu, çox böyük bir böhtandır!” - deməli deyildinizmi? ALLAH sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz. ” (ən-Nur surəsi, 24/16-17. )
Aişə (radiyallahu anha) bir ay ağladı və gözünə yuxu getmədi. Sonda ALLAH (Sübhanahu və Təalə), yeddi qat səmanın üzərindən Onu təmizə çıxardı. ALLAH Ondan razı olsun və Onu da razı etsin. Ey ALLAH`ın qulları! Bu şayiələrdən biri də Rəsulullahın (Sallallahu əleyhi və səlləm) ölümünü fürsət bilən kafirlərin və münafiqlərin yaydığı şayiələrdir. Onlar “Artıq İslamın sonu çatdı və bir daha mövcud olmaz” şəklində şayiələr çıxararaq, müsəlmanlara qarşı psixoloji mübarizəyə başladılar. Bu, bəzi səhabələrə təsir etmişdi. İnsanlar çaşıb qalmışdılar. Nəhayət ALLAH (Sübhanahu və Təalə) Əbu Bəkr əs-Siddiqi ? ortaya çıxardı və ümmətə doğrunu xatırladaraq şayiələrə son qoydu.

“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs ALLAH`a heç bir zərər yetirməz. Lakin ALLAH şükür edənlərə mükafat verər.” (Ali İmran surəsi, 3/144 )
Ey İslam ümməti! Əsrlər keçdikcə şayiələr də dəyişmişdir. Dövrümüz şayiə yayanların qızıl dövrüdür. Bu, texnikanın inkişaf etməsi və dünyanı qloballaşdıran əlaqə vasitələrinin nəticəsidir. Şayiələri yaymaqda ən böyük vəzifəni kütləvi informasiya vasitələri və peyk kanalları öz üzərinə götürmüşdür. Onlar bunu psixoloji terrorun ən çirkin formasında edirlər. Bu terrorun İslam ümmətinin əqidəsi, qaydaları və dəyərləri qarşısında çirkin məqsədləri və qarışıq hədəfləri vardır. Şayiələr, psixoloji bombalar və güllələr kimidir. Düşmənin gizli orqanları və hərbi qüvvələri ilə edə bilmədiyini edir. Xüsusilə, böhran anlarında qorxu və xəstəlik yaymağa, narahatlıq və qarşıdurma yaratmağa, fitnə salmağa çalışırlar.
Şayiə, insanlar arasında hava kimi yayılır və onların arasında dəniz dalğaları kimi həyəcan yaradır. Onun təhlükəsi, əsgərləri aldanmış axmaq insanların olmasındadır. Şayiələr onları sehrə salmış və özləri də bilmədən düşmənlərin şayiələrini yayırlar. Şayiələrin millətdə və dünyada qərar sahibi olanlara çox mənfi təsiri olmuşdur. Ümməti mühüm problemlərlə məşğul olmaqdan çəkindirərək, saxta məsələlərə yönləndirmiş, İslam birliyinin parçalanmasına və daxili cəbhənin bölünməsinə səbəb olmuşdur.
Ey Muhəmməd Ümməti! Şayiələr, cəmiyyətin sabitliyinə qarşı işlənmiş günahdır. Şayiə çıxaran dini, cəmiyyəti və ümməti qarşısında günahkardır. Bu ümmət arasında qarışıqlıq və təhlükə yaradır. Bu hətta narkotik maddə qaçaqçılığından da təhlükəli ola bilər. Onların hər ikisinin hədəfi insandır. Lakin, insan mənəviyyatını hədəf almaq daha təhlükəlidir. Şayiələri həqiqət kimi qəbul edənləri gördükdə insan təəssüf edir. Onlar xəbər kanalları və şübhəli internet səhifələri qarşısında saatlarla otururlar. Göz və qulaqlarını, qəlblərin dinləməkdən diksinəcəyi və inanan nəfslərin gördükdə narahat olacağı batil şayiələrlə pozurlar. Şayiələri yayan o qorxaq yarasalar da, beynəlxalq missioner lobbisinin əlində İslam ümmətinin sabitliyinə qarşı istifadə edilən bir vasitə olduqlarını bilməzlər. Onlara baxmağa alışanlar dinlərini, dünya və axirətlərini itirməkdən qorxsunlar. Haqqı batilə qarışdırıb doğru yoldan azmaqdan çəkinsinlər. İslam əhli olaraq bizlərə sabit dəyərlərimizdən azmaq, qənaətlərimizin sarsılması və uydurma şayiələrə aldanıb alimlərimizdən və böyüklərimizdən biri haqqında haqsız zənn bəsləmək heç bizlərə yaraşarmı? Bəs bizim ağlımız və fikrimiz necə oldu? Hər şeyi dedi-qodular səviyyəsində dəyərləndirdikdə dinimiz və imanımız harada qaldı? əz-Zəhəbi ? belə deyir:
“Hər alimin sözündən yalnız bir xətadan və ya insanların onun haqqında dediklərinə görə imtina etsəydik, heç bir insan bizimlə qalmazdı. İstəkdən və nizamsızlıqdan ALLAH`a sığınırıq.”
Ey ALLAH`ın qulları! İslam dininə, onun sabitliyinə və İslam cəmiyyətinə qarşı yeridilən bu mübarizənin təhlükəsini bu şəkildə anlayırıq. Həmin mübarizəyə qarşı çıxmaq, cəmiyyətdə olan birliyi və fərdlərarası həmrəyliyi yox etməməsi üçün şayiə mikrobunun kökünü kəsmək lazımdır. Ümmətin alimlərinə, dəvətçilərinə, elm adamlarına və gənclərə böyük məsuliyyət düşür. Çünki, onlar hədəfə alınır. Onlar da çəkişmələrin ölçüsünü dərk etməli, bunların mövcudluğuna və yayılmasına imkan verməməlidirlər. Araşdırma və xəbərlərin doğruluğundan əmin olma-ğa çalışmalı, batil şərhlərə müraciətdən, şübhələrə düşməkdən uzaq olmalıdırlar. Həmçinin, şayiələrdən uzaq olaraq hadisələrə elm və bəsirətlə baxmalıdırlar. Quran və sünnəyə bağlı olmalı və fitnələr anında keçmiş alimlərin davranışını örnək almalıdırlar. Ümmət, onun sabitliyi və ictimai nizamı üçün bu dağıdıcı təsirləri aradan qaldırmaqda məsuliyyət daşıyır. Bu eyni zamanda ailənin, məscidin, məktəbin və kütləvi informasiya vasitələrinin vəzifəsidir. Şüurlandırma ilə işə başlayaraq imanı qorunmağı gücləndirmək, həqiqətləri araşdırmaq və yaymaq lazımdır. Xüsusilə böhran anlarında sözləri nəql edərkən və xəbərləri yayarkən diqqətsiz davranılmamalıdır. İnsanlar qorxudulub narahat edilməməli, izahlarda hədd aşılmamalıdır. Hadisələr və dəyişən vəziyyətlər zamanı sivil dialoq üçün saxtakarlıq etmədən səmimiyyətlə və şəffaf şəkildə mənəviyyatı gücləndirib, qorxu və zəiflikdən uzaq olaraq elmi metod işlənilməlidir.
ALLAH (Sübhanahu və Təalə) belə buyurur:

“O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “ALLAH bizə bəs edər. O nə gözəl vəkildir!” - deyə cavab verdilər. Sonra da ALLAH`ın ne-məti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və ALLAH`ın razılığını qazanmış oldular. Həqiqətən, ALLAH böyük mərhəmət sahibidir. Sizi yalnız o şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! ” (Ali İmran surəsi, 3/173-175. )
ALLAH (Sübhanahu və Təalə) məni və sizləri böyük Quran və Rəsulların Şərəflisinin sünnəsi ilə faydalandırsın. Bu sözümü deyərək, böyük ALLAH`dan (Sübhanahu və Təalə) özüm üçün, sizlər və bütün müsəlmanlar üçün hər günahdan bağışlanma diləyirəm. Sizlər də bağışlanma diləyin və Ona tövbə edin! O, səbir sahibi və bağışlayandır.
Kainatı yaradan və insanları yoxdan var edən ALLAH`a həmd olsun. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. O, neməti bol verəndir. Xeyir və bərəkətlər ehsan edəndir. Doğruluğu əmr etmiş, yalanları və şayiələri haram qılmışdır. Şəhadət edirəm ki, peyğəmbərimiz Muhəmməd, ALLAH`ın qulu və Rəsuludur. İnsanların ən xeyirlisidır. ALLAH Ona, ailəsinə, fəzilət sahibi əshabına, tabiinə və Qiyamət gününə qədər onlara tabe olanlara xeyir-dua etsin, onları mübarək qılsın!..
Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun.. Bilin ki, dininiz İslam, müsəlman cəmiyyətinin əsasını qorumaq məqsədilə, şayiələrin qarşısını alacaq davranışı müəyyən etmişdir. Dağıdıcılığın və təxribatın qarşısını alacaq maneələri və qoruyucu amilləri qoymuş, təhrik və pozğunluğun davam etməsini, şüurlu və saleh insanların qəflətindən istifadə edərək onlara təsir etməsinin və sağlam binanın uçurulmasının qarşısını alacaq tədbirlər almışdır.
Ey sevimli qardaşlar! Şayiəyə qarşı ilk addım, nəfsləri ALLAH`dan (Sübhanahu və Təalə) qorxu və işlərdə həqiqəti axtarma şəklində tərbiyə etməkdir. Müsəlman hər kəsə qulaq asmamalı, əksinə həqiqəti araşdırmalı və öyrənməlidir. Dəlil və şahid tələb etməlidir. Bu şəkildə o, pərdə arxasında işləyən, hər islahatçı və çalışqan insana qarşı yalan və iftiranı ağızlarında saqqız edən haqsız iddia sahiblərinin yolunu bağlayır.
Ədalət və insafın bir zərurəti də əqidəmizə və şəriətimizə, İslam dövlətimizə və müsəlmanlara qarşı ortaya atılan batil sözləri və şayiələri, mətbuat vasitəsilə edilən hücumları inkar etməkdir. İslam ölkələri və İslam alimləri haqqında pis danışmaqda məqsəd şəxslər deyil, əksinə onların inancı və metodlarıdır. Harameyn ölkəsinə (ALLAH izzətini davam etdirsin və sabitliyini qorusun) edilən hücumlar ALLAH`ın (Sübhanahu və Təalə) izni ilə onun qənaətini və sabit dəyərlərini sarsıda bilməyəcək, əqidəsindən və mövqeyindən geri addım atmasına səbəb olmayacaq. Bu sualları mütləq vermək lazımdır. Görəsən Harameyn ölkəsinə hücum edənlər nə istəyirlər? Onların arxalarında kim dayanır? Kimin sözü ilə bilmədiklərini tərifləyir və dərk etmədiklərini sayıqlayırlır?
Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxaq və ALLAH`ın dinini öyrənib, öyrədərək və əməllərimizi düzəldib vəzifəmizi doğru şəkildə yerinə yetirək! Bu gün dünyanın, İslamın və müsəlmanların həqiqəti bilməyə nə qədər də ehtiyacları vardır. Beynəlxalq kütləvi informasiya vasitələrinin burada iştirakı da çox gözəl olardı. Gəlin düşmənlərimizə qarşı bir cərgədə birləşək, ümmətimizə və cəmiyyətimizə ALLAH`ın (Sübhanahu və Təalə) izni ilə faydalar verən və pislikləri uzaqlaşdıran doğru yolda olaq, fitnələr qarşısında müsəlmanların əmrlərinə və dəyərli alimlərinə dəstək olaq, pis fikirli iftiraçıların sözlərini qəbul etməyək. Fitnələrin baş qaldırdığı bu zamanda ümmətin gəmisini xilas sahillərinə çıxaracaq, usta rəhbərlərə nə qədər də böyük ehtiyac var... Çünki, gəmini idarə etmək istəyənlər çoxaldıqda gəmi batar. Hər yerdə müsəlmanların vəziyyətlərini düzəltməsini ALLAH`dan (Sübhanahu və Təalə) diləyirik.
ALLAH`ın (Sübhanahu və Təalə) əmr etdiyi kimi Peyğəmbərə (Sallallahu əleyhi və səlləm) xeyir-dua edin. ALLAH (Sübhanahu və Təalə) belə buyurur:

“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! ” (əl-Əhzab surəsi, 33/56. )


Tarix: 08.05.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 481 Bölmə: Maraqlı melumatlar
loading...