Kişinin insaniyyət qazanması, irsinin qorunması, məxluqatı sevməsi, qəlbin güclənməsi, nəfsin xoş olması, qəlbin nemətlərlə dolması, könlünün rahatlanması, fasiq və zalımların qorxutmalarından əmin olması, xəstəlik, sıxıntı və kədərin azalması, nəfsin izzətli olması, qəlb nurunun qorunması, fasiq və zalımların zülmünə qarşı bir çıxış yolunun əldə edilməsi,
ummadığı yerdən ruzinin verilməsi, itaətlərin yerinə yetrilməsi asanlaşması, Allaha dua etməyin çoxalması, müsəlmanlara zəfərin verilməsi, fasiq və asilərin çətinləşdirdikləri şeylərə qarşı asanlığın gəlməsi, dualarına həmən cavab verilməsi, mələklərin ona yaxınlaşması, şeytanın və şərli cinlərin ondan uzaqlaşması, insanların ona xidmət etməkdə və ehtiyaclarını ödəməkdə bir-birilərilə yarışmaları, onunla söhbət və yaxınlıq qurmaları, ölümdən qorxmaması, Rəbbinə qovuşması ilə sevinməsi, qəlbində dünyanı kiçik, axirəti isə böyük görməsi, itaətin dadını və imanın ləzzətini alması, ərşi daşıyan və başqa mələklərin dualarına nail olması, qurtuluşa həris olması, Allahın onu sevməsi və s.
CƏNNƏT VƏ CƏHƏNNƏMLİKLƏRİN ƏMƏLLƏRİ
Cənnətliklərin əməlləri: Cənnətliklərin əməli iman və təqvadır. Cəhənnəmliklərin əməli də küfr, fasiqlik və itaətsizlikdir. Cənnətliklərin əməlləri Allaha, mələklərinə, kitablarına, Peyğəmbərlərinə, axirət gününə, qədərə inanmaqdır. Allahdan başqa ilah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna inanmaq, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni həcc etmək, Allahı görür kimi ibadət etmək. Biz Onu görməsək də belə o, bizi görür. Danışarkən döğru söyləmək, əmanəti sahiblərinə vermək, söz və anda bağlı qalmaq, valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini kəsməmək, qonşuya, yetimə, miskinə, köləyə və heyvanlara qarşı rəhmli olmaq. Allaha qarşı səmimi olmaq, Ona təvəkkül etmək, Onu və Rəsulunu sevmək, Allahdan qorxmaq və ümüd etmək, Ona yönəlmək, hökmünə səbr etmək və nemətlərinə şükr etmək. Quran oxumaq, Allahı zikr etmək (dil və qəlb ilə), Ona dua etmək, Ondan istəmək və Ona sığınmaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək, kafir və münafiqlərə qarşı Allah yolunda cihad etmək, yaxşılığı kəsənlərlə əlaqə qurmaq, verməyənə vermək, haqsızlıq edənə bağışlamaq. Şübhəsiz ki, Allah Cənnəti müttəqilər üçün hazırlamışdır. Bunlarda gizlində də, açıq da xərcləyənlər, qəzəblərini boğanlar, insanları bağışlayanlardır, Allah yaxşı olan və yaxşılıq edənləri sevər. Bütün işlərdə mömin və kafir arasında fərq qoymadan ədalətli olmaq.
Cəhənnəmliklərin əməlləri isə: Allaha şərik qoşmaq, Peyğəmbəri yalanlamaq, küfr, həsəd, yalan, xainlik, zülm, əxlaqsızlıq, oğurluq, əqraba və möminlərlə əlaqələri kəsmək, cihad etməkdən qaçmaq, simiclik, iki üzlü olmaq, Allahın rəhmətindən ümüd kəsmək, Onun cəzasından arxayın olmaq, öyünmək, təkəbbür, Allahın fərzlərini tərk etmək, Allahın hədlərini aşmaq, qadağalarını etmək, Allahın yerinə qullarından qorxmaq, qullara ümüd bağlamaq, onlara təvəkkül etmək, göstərmək və şöhrət üçün əməl etmək, Quran və Sünnəyə müxalif olmaq, Allaha üsyan edərək qullara itaət etmək, batil üzərə israrlı olmaq, Allahın ayələrini ələ salmaq, haqqı inkar etmək, sehrbazlıq, valideynlərlə pis davranmaq, adam öldürmək, faiz və yetim malını yemək, mömin kişi və qadınlara böhtan atmaq və s.
Ağlı başında olan insan sözündə, işində, əməlində, gizlində və aşkarda, gecədə və gündüzdə, istənilən yerdə və şəraitdə daima Allahdan qorxmalı və Allahın daima nəzarəti altında olduğunu biməlidir. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizin görmədiklərinizi görür, eşitmədiklərinizi isə eşidirəm. Göy səs verdi. Guruldadı. Peyğəmbər: «Səmada olan səsləri eşidirsinizmi» deyə buyurdu. Səhabələr: «Xeyr, ya Rəsulullah!» dedilər. Peyğəmbər: «Mən eşidirəm. Göydə elə bir qarış yer yoxdur ki, orada (Qiyamda, rukuda) və səcdə də olan bir mələk olmasın». Vallahi mənim bildiklərimi bilsəydiniz az gülər, çox ağlayardınız. Yataqlarınızda qadınlarınızdan belə zövq almazdınız. Yüksək yerlərə çıxaraq Allaha yalvarıb bağışlanma diləyərdiniz»
(Tirmizi 2313, İbn Məcə 4190, Əhməd 5/173)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət və Cəhənnəm mənə göstərildi. Xeyir və şər baxımından bu günki kimisini görmədim. Əgər mənim bildiklərimi bilsəydiniz az gülər. Çox ağlayardınız»
(Buxari, Müslim)
Düşün ki, Cəhənnəm atəşi ciyərlərinə işləmiş, sən imdad – deyə bağırırsan. Lakin acıyan olmur. Ağlayırsan, peşmançılıq hissləri keçirirsən, lakin faydasızdır. Tövbən qəbul olmur. Çağırışına cavab verən yoxdur. Düşün ki, orada uzun bir müddət. Bəlkə də əbədi qalmalı olacaqsan. Əzab canına keçəcək, susuzluq ciyərlərini parçalayacaqdır. Dünyadakı içəcəkləri xatırlayacaq, Cəhənnəm atəşi ilə qarşı-qarşıyasan. Sənə əzab verməklə görəvli olan Cəhənnəm qoruyucularının əlindən su qabını alacaqsan, içdiyin şeyi ağzına yaxınlaşdırdığın zaman üzünü qovuracaq, içdiyin ilk qurtum boğazını qoparacaq, qarnına çatdıqda isə bağırsaqlarını parça-parça edəcəkdir. Rahatlıq istəyəcəksən, lakin orada rahatlıq əbədiyyən yoxdur. Kədərin, sıxıntın artıqca Cənnəti xatırlaya-caqsan. Xatırlayacaqsan ki, Allahın əmrlərini yerinə yetirmədin, Ona yaxınlıq qazanmadığına görə qəlbin sanki boğazına tıxanacaqdır. Cənnətin nemətlərini, içəcəklərini, suyunun soyuqluğunu, orada olan yaşayışın gözəlliyini xatırlayacaq, həsrətlə qəlbin yerindən söküləcəkdir. Sonra bəzi yaxınlarını, ananı, atanı, qardaşını. Bacını və digər dostlarını orada olduqlarını xatırlayacaq həzin bir səs, yanıq bir qəlblə onlara nida edərək: Anacan, atacan… Bir qurtum su! – deyəcəksən. Ümüdünü boşa çıxaran cavablar veriləcəkdir sənə. Allahın qəzəbinə layiq olduğun üçün onların da sənə qarşı duyduqları qəzəbi görməkdən və ümüdünün boşa çıxmasından ötrü qəlbini parçalayacaq qədər kədərlərə dalacaqsan. Dünyada onlar sənə nəsihət etmiş, öyüd vermiş və sənin üçün xeyirli olanı göstərmişlər. Lakin sən öyüd verənləri sevmirdin. Bunun üçün də Allaha yönələrək səni geri dünyaya təkrar döndərməsini xahiş edəcəksən. Sənə uzun müddət cavab verilməyəcəkdir. Çünki Onun qatında sənin dərəcən və yerin yoxdur. Sonra sənin ümüdünü təmamən boşa çıxaran: «Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!». (əl-Muminun 108). Bu cavabı eşitdikdən sonra qəlbin ağrayacaq, danışmağa taqətin belə qalmayacaqdır, nəfəs belə almayacaqsan. Sonra sənin kədərinin və həsrətinin daha da artmasını istəyərək həm sənin, həm də düşmənlərin üzərinə Cəhənnəm qapıları bağlanacaqdır. Artıq əbədiyyən rahatlıq yox, bitməyən kədər, tükənməyən üzüntülər, sağalmayan xəstəliklər, açılmayan zəncirlər, söndürülməyən susuzluqlar, sakitləş-məyən izdirablar
(Haris b. Əsədil Muhasibi, ət-Təvəhhüm s. 59-61)
Tarix: 14.04.2013 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 327 Bölmə: Maraqlı melumatlar