Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazda edilməsi bəyənilməyən (məkruh) əməllər

Namazda edilməsi bəyənilməyən (məkruh) əməllər:
1. Ehtiyac olmadan paltar və ya bədən ilə oynamaq:
Mueyqib deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (namaz vaxtı) səcdə yerinin torpağını düzəltmək istəyənlərə demişdi ki, «əgər belə etsən, onda bir dəfə et»[1].

2. Əllərin böyürlərə qoyulması:
Əbu Hureyrə deyir ki, «insana, əlləri böyürlərə qoyub namaz qılmaq qadağan edilmişdir»[2].
3. Gözləri səmaya dikmək:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Namaz vaxtı dua edərkən gözlərini səmaya dikən insanlar bu əməllərindən əl çəksinlər. Əks halda gözləri kor edilər»[3].
4. Ehtiyac olmadan dönmək:
Aişə deyir ki, mən Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazda o tərəf – bu tərəfə dönmək haqqında soruşdum və o belə dedi: «Bu oğurluqdur. Şeytan bununla bəndənin namazından oğurluq edir»[4].
5. Aşağıdakı hədisdə deyilənlərə baxmaq:
Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) naxışlı paltarda namaz qıldı və sonra dedi: «Bu paltarın naxışları məni namazdan yayındırdı. Bu paltarı Əbu Cəhmə aparın və əvəzində onun naxışsız qalın paltarını gətirin»[5].
6. Paltarı “sədl” etmək və ağızı örtmək:
Əbu Hureyrə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz vaxtı paltarı “sədl” etməyi və kişilərin ağızlarını bağlamasını qadağan etmişdir»[6].
Şəmsul Haqq adlı alim “Ovnul Məbud” kitabında (2/ 347) deyir ki, Xəttabi belə demişdir: «Sədl, paltarı yerlə sürünənə qədər uzatmaqdır».
Neylu Əvtar kitabında isə deyilir: Əbu Ubeydə “Ğərib” kitabında belə demişdir: «Sədl, kişinin, enli paltarının qol hissəsindən əllərini çıxararaq kənarlarını qaldırıb sinəsinə sıxmadan geyinməsidir. Əgər enli paltarın kənarlarını sinəsinə yığarsa bu “sədl” sayılmır. Nihayə kitabının müəllifi isə deyir ki, sədl, paltara bürünərək əllərini də paltarın daxilinə salıb bu halda rüku və ya səcdə etməkdir. Bu, köynək və digər geyimlərdə edilə bilər. Sonra deyir ki, bəziləri deyirlər ki, bu, izarın[7] orta hissəsini başa atıb kənarlarını isə çiyinlərə qoymaq yox, sağ və sol tərəflərə sallamaqdır. Cövhəri deyir: Ərəb dilində “paltarını sədl etmək”, onu uzatmaqdır. Lakin hər halda hədisi bütün bu mənalara aid etmək olar. Çünki ərəb dilində “sədl” sözü bu mənaları əhatə edir. Bütün mənaları, özündə bir neçə mənanı əhatə edən bir sözə aid etmək daha güclü üslubdur».
7. Əsnəmək:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Namaz vaxtı əsnəmək şeytandandır. Kimin əsnəməyi gəlsə, onu bacardığı qədər sıxsın (əlini ağzına tutsun)»[8].
8. Qiblə yaxud sağ tərəfə tüpürmək:
Cabir Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həqiqətən biriniz namaza durarkən uca Allah onun qarşısında olar. Ona görə heç kəs qarşısına və ya sağ tərəfinə tüpürməsin. (əgər zərurət olarsa) Sol tərəfə, sol ayağının altına tüpürsün. Əgər anidən tüpürməli olsa onda paltarı ilə belə etsin» - sonra, Peyğəmbər paltarını büküb bunu nə qaydada etməyi göstərdi[9].
9. Barmaqları bir-birinə keçirmək:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz evində dəstəmaz alıb məscidə gələrsə, evinə qayıdana qədər namazda olar. Amma belə etməsin» - deyib, əl barmaqlarını bir-birinə keçirdi[10].
10. Saç və paltarı yığmaq: [11]
İbn Abbas Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuş, saç və paltarı yığmaq isə qadağan edilmişdir»[12].
11. Səcdəyə gedərkən dizləri əllərdən öncə yerə qoymaq:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kimsə səcdəyə gedərkən dəvə oturduğu kimi oturmasın. Əllərini dizlərindən öncə yerə qoysun»[13].
12. Səcdə zamanı qolları yerə qoymaq:
Ənəs Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səcdəni düzgün edin. Biriniz qollarını it kimi yerə qoymasın»[14].
13. Yemək hüzurunda, yaxud böyük və kiçik subaşı sıxıntısında namaz qılmaq:
Aişə deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Yemək hüzurunda və böyük və kiçik subaşı sıxıntısında namaz qılınmaz»[15].
14. İmamı ötmək:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər»[16].

_______________________________________________________________
[1] Buxari: 3/ 79/ ? 1207. Müslim: 1/ 388/ ? 546. Əbu Davud: 3/ 223/ ? 934. Tirmizi: 1/ 235/ ? 377. İbn Macə: 1/ 327/ ? 1026. Nəsai: 3/ 7.
[2] Buxari: 3/ 88/ q2, 1220. Müslim: 1/ 387/ ? 545. Əbu Davud: 3/ 223/ ? 94. Tirmizi: 1/ 237/ ? 381. Nəsai: 2/ 127.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 343. Müslim: 1/ 321/ ? 429. Nəsai: 3/ 39.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7047. Buxari: 2/ 234/ ? 751. Əbu Davud: 3/ 178/ ? 897. Nəsai: 3/ 8.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2066. Buxari: 2/ 234/ ? 752. Müslim: 1/ 391/ ? 556. Əbu Davud: 3/ 182/ ? 901. Nəsai: 2/ 72. İbn Macə: 2/ 1176/ ? 3550.
[6] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 966. Əbu Davud: 2/ 347/ ? 629. Tirmizi: 1/ 234/ ? 376. Onlar yalnız birinci cümləni rəvayət etmişlər. 1/ 310/ ? 966. O isə yalnız ikinci cümləni rəvayət etmişdir.
[7] İzar, müəyyən geyim formasıdır. Bu, iki tərəfi açıq olan uzun parçadan ibarət bir paltardır. Buna misal olaraq həcc ziyarətində kişilərin geydikləri paltarın alt hissəsini misal çəkmək olar. (tərc.)
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3013. Tirmizi: 1/ 230/ ? 368. İbn Xuzeymə: 2/ 61/ ? 920.
[9] Müslim: 4/ 2303/ ? 3008. Əbu Davud: 2/ 144/ ? 477.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 445. Hakim: 1/ 206.
[11] Paltarı yığmaq, namaza durarkən və ya səcdəyə gedərkən bu hal üçün paltarı yuxarı qaldırmaqdır. Saçı yığmaq isə səcdəyə gedərkən uzun saçlar yerə dəyməsin deyə, onları yığmaqdır. (tərc.)
[12] Buxari: 2/ 297/ ? 812. Müslim: 1/ 354/ ? 490. Nəsai: 2/ 209.
[13] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 746. Əbu Davud: 3/ 70/ ? 825. Nəsai: 2/ 207. Əhməd: 3/ 276/ ? 656.
[14] Buxari: 2/ 301/ ? 822. Müslim: 1/ 355/ ? 493. Tirmizi: 1/ 172/ ? 275. Əbu Davud: 3/ 166/ ? 883. İbn Macə: 1/ 288/ ? 892. Nəsai: 2/ 212.
[15] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7509. Müslim: 1/ 393/ ? 560. Əbu Davud: 1/ 160/ ? 89.
[16] Buxari: 2/ 182/ ? 691. Bu onun rəvayətidir. Müslim: 1/ 320/ ? 427. Əbu Davud: 2/ 330/ ? 609. Nəsai: 2/ 69. İbn Macə: 1/ 308/ ? 961.


Tarix: 01.05.2013 / 18:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Maraqlı melumatlar
loading...