Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

«...Onlara yaxşı rəftar (ehsan) edərsə» hədisində yaxşı rəftarın mənası nədir?

Sual:
Peyğəmbərin sallallahu aleyhi və səlləm: "Kimin iki qızı olarsa və onlara yaxşı rəftar edərsə, (qızlar) onun üçün Cəhənnəmdən qalxan olarlar» hədisində yaxşı rəftarın mənası nədir?

Cavab:

Həmd Allaha məxsusdur.

Qızlara və başqalarına yaxşı rəftarın mənası onlara islam tərbiyəsi vermək, haqqı öyrətmək, onların namuslu, iffətli olmaları üçün çalışmaq, bunda həris olmaq və onları Allahın qadağan etdiyi şeylərdən, məsələn təbərruc (açılıb saçılmaq) və digər bu kimi şeylərdən uzaq tutmaqdır. Həmçinin bura bir kəsin öz bacılarını və oğlan övladlarını və digərlərini tərbiyə etməklə yerinə yetirdiyi yaxşılıq (ehsan) növləri də aid edilir. Bundan məqsəd odur ki, onların hamısı Allah və Onun Rəsuluna sallallahu aleyhi və səlləm itaət etsinlər, Allahın haram buyurduğu şeylərdən uzaq dursunlar, Allah Sübhənahu və Təala qarşısında olan vəzifələrini yerinə yetirsinlər. Bununla da məlum olur ki, yaxşı davranmaqdan (ehsan) məqsəd sadəcə onları yemək, içmək və geyimlə təmin etmək mənasında yaxşılıq etmək anlamına gəlmir, daha doğrusu, nəzərdə tutulan məna bundan daha əzəmətli, əhatəldiir: yəni, onlara həm dünya, həm də axirət işlərində onlara qayğı ilə yanaşmaq, yaxşılıq etməkdir.

Fətəvə əl-Şeyx ibn Bəz “Fətəvə əl-Cəmiə lil Məra əl-Müslimə” hissə 3, səh.1074


Tarix: 05.04.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar
loading...