Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar – zülmün yer üzündə yayılmasına səbəbdir

Günah və xətaların nəticələrinə onların su mənbələrinə və havaya, əkin və meyvə bağlarına, məkan və evlərə verdikləri bütün mümkün ziyanlar aiddir. Uca Allah deyib: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar.” (ər-Rum, 41)
“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar.” (ər-Rum, 41)

Mucahid deyib: “Allaha and olsun ki, söhbət sizin dənizlərdən getmir. Axar suyun yanında yerləşən hər məkan dənizdir”.
İkrima deyib: “Quruda və dənizdə fəsad törəyir, lakin mən bu sizin dənizdir demirəm. Bu su yanında yerləşən istənilən məkandır”.
Katada deyir: “Quru altında şəhərlərin sakinləri, dəniz altında isə kəndlər və əyalətlərin sakinləri nəzərədə tutulur”.
Uca Allah “bahr” sözünü şirin sulara münasibətdə istifadə edib: “İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır.” (Fatir, 12), halbuki dünyada şirin sulu dəniz yoxdur. Şirin sulu axar çayların suları olur, dənizlərin yatar suları isə duzlu olur. Məsələ ondadır ki, Allah su yanındakı məkanları bu suların müxtəlifliyi ilə adlandırırb.
İbn Zayd bu ayənin: “quruda və dənizdə fəsad törəyir” təfsirinə dair deyib: “Bu günahlardır”.

Hesab edirəm ki, o günahların – zülm və fəsadların yer üzündə yayılmasının səbəbləri olduğunu nəzərdə tuturdu. Günah yayılan zülmdürsə, onda “onlara, etdiklərinin bir qismini daddırsın” sözlərində “lər” ədatı səbəb və nəticəyə işarə edir. Öncəki təfsirə əsasən fəsad altında Allah qullarının günah etdikdə yer üzünə göndərdiyi məhrum olma, ziyan və əzab nəzərdə tutulur. Hər dəfə onlar günah işlədikdə O, onlara cəza göndərir. Ilk müsəlmanlardan biri deyib: “siz hər dəfə günah etdikdə Allah mülkü ilə sizi cəzalandırır”.
Bir sözlə - Allah hamıdan yaxşı bilir- burada fəsad altında həm günahlar, həm də onların nəticələri nəzərdə tutulur. Bu ayənin açıq aşkar mənasıdır və buna Allahın sözləri işarə edir: “etdiklərinin bir qismini daddırsın”. Bizim vəziyyətimiz belədir və Allah bizə bəzi əməllərimizi daddırır və bizi bütün günahlara görə cəzalandırsaydı yer üzündə bir dənə belə diri məxluqat qalmazdı.
Günahların yerə təsirlərinin nəticəsinin biri də çökmələr, zəlzələlər və bərəkətin yox olmasıdır.

Allahın Rəsulu (sav) səmud qövmünün məkanının yanından keçdikdə insanlara bu yerə ayaq basdıqda ağlamağı əmr etmişdir. O, onların su mənbələrindən içməyi və quyularından su çıxartmağı qadağan etmiş, onların suyu ilə yoğrulmuş xəmiri isə dəvələrə verməyi əmr etmişdir, çünki Allaha asilik suya zərər gətirir. Bundan əlavə, günahlar məhsulsuzluq və meyvələrə müxtəlif xəstəliklər gətirir.

Imam Əhmədin “Müsnəd”ində hədis rəvayət edilir ki, Omeyadların anbarında kisədə xurma tumu boyda olan buğda tapılmışdır və onun üstündə yazılmışdır: “Onlar ədalətin hökmranlıq etdiyi dövrdə yetişiblər”. Bəlaların çoxunu Allah Sübhanə Təala qulları günah etdikdə nazil etdi. Səhrada yaşayan bir neçə qocaman kişi mənə danışırdı ki, onlar biz indi yığdığımızdan daha böyük meyvələr yığırdılar. Meyvələrin tutulduğu xəstəliklərin çoxu onlara məlum deyildi, çünki onlar bu yaxınlarda əmələ gəlib.


Tarix: 12.04.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar
loading...