Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏMİD

əl-Həmid – «Heç şübhəsiz ki, Allah Ğani (heç kimsəyə və heç bir şeyə möhtac olmayandır), Həmid (həmd də yalnız Onadır)». (Liğman 26). Qurani Kərimdə 61 yerdə Allaha nisbət edilərək zikr edilmişdir.

Həlimi (Allah rəhmət etsin) deyir ki: «Həmid – edilməyə haqq edən, həmdə layiq olandır. Çünki O, vardı və bütün varlıqları və insanı yoxdan var etdi. Sonra iki üstün neməti ağıl və həyatı insanda topladı. Sonra ona saysız nemətlər verdi və onu bütün varlıqlara üstün etdi. O, halda Ondan başqa kim həmd edilməyə daha layiqdir? Kim Onun qədər həmdə layiq olur? Xeyr, bütün təriflər və həmdlər sadəcə Onadır, başqasına deyildir».

Xattabi (Allah rəhmət etsin) deyir ki: «O, felləri ilə həmd edilməyi haqq edən və həmdə layiq olandır. Həmd zatla əlaqədar işləndikdə isə – fail vəznində olub məful – yəni Mahmud – təriflənən, həmd edilən mənasında olur. Sıxıntı və bolluq, şiddət və rahatlıq anlarında yalnız Ona həmd edilir. Çünki O, Hakimdir. Hər bir şeyi yerli yerində edər. Heç bir xəta və səhf etməz. O, hər bir vəziyyətdə həmd edilməyi haqq edəndir. Hər insan Allahı həmd etmədiyi kimi Allah da hər insanı həmd əhli etməz. Allahın qəzəbini qazanmış insanlar Ona həmd etməkdən uzaqdırlar. Allah belə insanları həmd əhli etməz. Lakin bu insanlar qiyamət günü qəbrlərindən qaldırıldıqları zaman istəməsələrdə belə Allaha həmd edəcəklər. «O, gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükr edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız». (əl-İsra 52). Heç kimsə Ona həmd etməsə də belə O, yenə də həmdə layiq olandır.

Həmd – təriflənəni və həmd ediləni sevməyi əhatə edir. Onu sevən, lakin Onu tərif etməyən Ona həmd etmiş olmaz. Onu sevmədikcə və Onu tərif etmədikcə Ona həmd etmiş olmaz. Bu sifətlər nə qədər çox olacaqsa göstəriləcək sevgi və tərif də bir o, qədər çox və böyük olar. Allah heç bir tərəfdən heç bir nöqsanlığı olmayan mütləq kamillik sahibidir. Bütün yaxşılıqlar və ehsanlar Ondan gəlir və Ona da dönərlər. Bu üzdən O, hər yöndən həmd edilməyə, sevilməyə və təriflənməyə layıqdır. O, zatı, sifətləri, isimləri və felləri üçün sevilməyə və tərif olunmağa tək varlıqdır. Ondan qaynaqlanan hər bir şey gözəldir. Və hər yaxşılıq üçün Ona həmd edilməlidir.
Bütün göylər, yer, ikisi arasında olanlar və bunlardan var olanlar Allaha həmdlə dolmuşdur. Allahın həmdi dünyanı və axirəti, bütün aləmləri doldurmuşdur. Bütün varlıqlar nöqsansız bir şəkildə Ona həmd edərlər. Sonunda Ona həmd edilməyən bir hökm yoxdur. Göylər və yer Ona həmd ilə dururlar, Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə Ona həmd edərək girirlər.

Həsənul Bəsri (Allah rəhmət etsin) deyir ki: «Cəhənnəm əhli Allaha həmd edərək Cəhənnəmə girirlər». Allah bütün aləmlərin Rəbbi olması ilə öyünür və yalnız onun həmdə layiq olduğunu bizə bildirir: «Həmd Aləmlərin Rəbbi olan Allahadır». (əl-Fatihə 2). Allah kitabları göndərməklə öyünür: «Həmd olsun o, Allaha ki, Quranı heç bir əyriliyə yol vermədən öz bəndəsinə nazil etdi!». (əl-Kəhf 1). Allah göyləri və yerləri yaratmaqla öyünür: «Həmd göyləri və yerləri yaradan, qaranlıqları və nuru yaradan Allahadır». (əl-Ənam 1). Allah hər bir şeyin sahibi olmaqla və mülkünün qüsursuz olduğu ilə öyünür: «Göylərdə və yerlərdə nə varsa hamısının sahibi olan Allaha həmd olsun». (əs-Səba 1). Onun həmdi bütün zaman və məkanı doldurmuş, bütün əşyaları və sözləri əhatə etmişdir: «Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin! Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da, gündüz də Onu təqdis edib şəninə təriflər deyin». (ər-Rum 17,18). Bütün varlıqlar necə Ona həmd etməsinlər ki? «O, yaratdığı hər şeyi ən gözəl yaradandır». (əs-Səcdə 7). Ona necə həmd etməsinlər ki, Onun əmri ilə var olmuşlar: «Dağlara baxıb onları donmuş zənn edirsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir». (ən-Nəml 88). Varlıq aləmindəki ən kiçik parçalar belə Ona həmd edir və həmd edilməsinə şahidlik edərlər: «Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır». (əl-İsra 44). Allahın bütün felləri hikmət, mərhəmət və faydalarla doludur. Onun hər bir feli ədalətdir və gözəldir. Qadağan etdiyi hər bir şey isə pisdir. Bütün varlıq Onundur. Bütün yaxşılıqlar Onun əlindədir. Bütün işlər sonda Ona qayıdacaqdır. Hər şey Ona doğru axmaqdadır. O, bu İsim və Sifətlərilə həmd edilir, övülür və mədh edilir. Allah ən gözəl və mükəmməl sifətlərə sahibdir. Heç bir nöqsanlığı və qüsuru yoxdur. Onun sahib olduğu bu sifətlərin hər biri ən mükəmməl şəkildə həmdə layiqdir. Zatında, sifətlərində, isimlərində və fellərində Ona həmd olunsun. Peyğəmbər (s.a.v) buyurdu: «Ey Rəbbimiz! Göylər, yer və hər ikisi arası qədər və bunlardan başqa sənin dilədiyin qədər Sənə həmd olsun»
(Müslim 476. )
Peyğəmbər (s.a.v) buyurdu: «Ən gözəl zikr Lə İləhə İlləllah, ən gözəl dua isə Əlhəmdulilləh» (Nəsai 837. )
Peyğəmbər (s.a.v) buyurdu: «Rukudan qalxarkən: «Rabbənə Və Ləkəl Həmd – Rəbbimiz! Həmd yalnız Sənədir»
(Buxari «Azan» 74,82, Müslim 414. )

Allahın bütün İsimləri gözəldir, pis olanı yoxdur. Onun bütün Sifətləri ən mükəmməl və ən üstündür, heç bir nöqsanlıq və qüsur yoxdur. Bütün fellərində hikmət vardır, hikmətsiz və faydasız heç bir feli yoxdur. Göylərdə və yerdəki ən gözəl örnəklər Ona aiddir. O, üstün və hikmət sahibidir. Nəyi, harada, necə edəcəyini ən gözəl bilən Odur. Heç bir bənzəri yoxdur. Kamillik Sifətlərinin ziddi yoxdur. Həyatın ziddi olan ölüm Onda yoxdur. Qayyumun ziddi olan qəflət, yanılma, yatmaq, mürgü Onda əsla yoxdur. Allah elm sahibidir. Bunun zidd olan, unutma və buna bənzər şeylər Onda yoxdur. O, tam güc və qüdrət sahibidir. Ziddi olan acizlik, yorğunluq, taqətsizlik Onda yoxdur. O, kəsinliklə heç kəsə möhtac deyildir. Gücsüzlük, yaradılma və cansızlıq Onun haqqında mümkün olmadığı kimi Onun öyülməməsi və həmd edilməməsi də mümkün deyildir. Bütün həmd və təriflər onadır. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Şeytan sizlərdən birinin yanına gələrək ona belə vəsvəsə verə bilər: «Bu şeyi kim yaradıb? «Filan şeyi kim yaradıb?», sonda isə: «Bəs onda Allahı kim yaradıb?» deyər. Əgər vəsvəsələr bu həddə çatsa qoy o, kimsə Allaha sığınsın»(Buxari 3276. )


Tarix: 05.05.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar
loading...