ibn Macə kimdir?
Onun tam adı, Əbu Abdulla Məhəmməd ibn Yezid ibn Macə mövla ər-Rabiu əl-Qazvinidir. Böyük təfsirçi alimlərdəndir. Hicrətin 209-cu ilində anadan olmuş və 273-cü ilində vəfat etmişdir.
Böyük alim Əbu Yəla əl-Xəlili demişdir: “Ibn Macə bütün alimlərə görə mötəbər, hamı tərəfindən qəbul edilən və hədis elmlərinə malik olan böyük alimdir.”
ibn Macənin “Sünən” əsərinin hədis kitabları arasında yeri:
Sənani imam İbn Macə haqda demişdir: “Böyük alimlərdən biridir. Sünən əsərinin müəllifidir. Ondan öncə yazılmış hədis kitabları arasında bərabəri yoxdur. Çünki Sünən əsərində nəinki zəif, hətta munkər hədislər var”. Sonra Sənani imam Mizzidən aşağıdakıları nəql etmişdir: “Yalnz İbn Macənin rəvayət etdiyi hədislərin əksəryəti zəifdir.”
Bu kitab, Sünən əsərlərinin dördüncüsü və Peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- sünnəsinin əsas məxəzi olan altı kitabın sonuncusudur (tamamlayıcısıdır). Keçmiş alimlər İbn Macənin Sünən əsərini Peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- sünnəsinin əsas məxəzi olan kitablardan hesab etməmiş və onların sayının beş olduğunu demişdirlər. Bəziləri isə Muvatta əsərini onların altıncısı olduğunu söyləmişdir. Bir başqa alimlər də ibn Macənin Sünən əsərində digərlərində olmayan əlavə hədislərin olmasını və onların da fayda daşıdığını önə çəkərək onu Peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- sünnəsinin əsas məxəzlərinə əlavə etmiş və altı kitabın sonuncusu olduğunu demişdir. Sonda qeyd olunmasına səbəb isə İbn Macənin yalan danışmaqda ittiham olunan rəvayətçilərdən hədis nəql etməsidir.
Yuxarıda deyilənlərdən aydın olur ki, dörd sünən kitablarından hər hansı birini və ya ümumilikdə altı kitabın hamısını səhih hesab etmək məsələyə səhlənkar yanaşmaqdır. Çünki sünən əsərlərində olan hədislərin hamısı səhih deyildir. Ola bisin ki, orada olan hədislərin əksəryətinin səhih və ya həsən olduğu üçün bəziləri onlara səhih deyib.
ibn Macənin “Sünən” əsərində olan hədislərin sayı:
Kitabın təhqiqçisi doktor Məhəmməd Fuad Abdulbaqi, bu kitabda 4341 hədis olduğunu deyir.
Bu hədislərdən 3002-sini sünnəsinin əsas məxəzi olan digər beş kitabdan hər birində və yə bəzilərində mövcuddur. Yerdə qalan 1339 hədis isə bu beş kitabda yoxdur. Onları aşağıdakı qisimlərə bölmək olar:
1.Sənədi səhih olan hədislər, sayı 428;
2.Sənədi həsən olan hədislər, sayı 199;
3.Sənədi zəif olan hədislər, sayı 613;
4.Sənədi munkər, vahi, məkzub (çox zəif isnadı - red.) olan hədislər, sayı 99-dur.
ibn Macənin “Sünən” əsərinin şərhləri:
1.Şeyx Kamaləddin Məhəmməd ibn Musa əd-Dumeyri əş-Şafiinin “Əd-Dibəc bişərhi sünən ibn Macənin” əsəri. Əd-Dumeyri hicrətin 808-ci ildə vəfat etmişdir. Bu şərh beş cilddən ibarətdir. Lakin müəllif onu tamamlamazdan öncə vəfat etmişdir.
2.Cəlaləddin əs-Suyutinin “Misbəhuz zucəcə alə sünən ibn Macənin” əsəri. Əs-Suyuti hicrətin 911-ci ildə vəfat etmişdir. O, bu kitabın bir hissəsini beş cilddə şərh etmişdir.
3.Böyük alim ibn Muləqqin əş-Şəfinin “Mə təməssə ileyhi həcə alə sünən ibn Macə” əsəri. Ibn Muləqqin bu əsərində sünnəsinin əsas məxəzi olan digər beş kitabda olmayan hədisləri şərh etmiş, çətin tanınan adları, kunyələri (ləğəbləri) və qəliz mənalı kəlimələri izah etmişdir. Kitab səkkiz cilddən ibarətdir.
4.Aləuddin Muğlatay ibn Qalic ibn Abdulla əl-Hənəfi ət-Turki əl-Mısrinin “Şərh sünən İbn Macə” əsəri. Müəllif hicrətin 762-ci ildə vəfat etmişdir.
Tarix: 17.04.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar