Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəsulullah `ın qızı Ruqiyyənin vəfatı və digər qızı Ümmü Gülsümün evlənməsi

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) Bədr döyüşünə çıxdıqda qızı Ruqiyyə xəstə idi. Ruqiyyə Osman ibni Əffan ilə evlənmişdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Osmana qalıb qızının xəstəliyi ilə məşğul olmağını əmr etdi. Bununla bərabər, Bədrdə iştirak edənlərlə eyni savab və pay alacaqdı. Ayrıca, Üsamə ibni Zeyd də həmçinin, ona xidmətçi kimi tapşırıldı. Ancaq, Allahın təqdiri ilə Ruqiyyə hələ Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə qayıtmadan vəfat etdi. Üsamə belə demişdir : "Fəth müjdəsi bizə Rəsulullahın qızı Ruqiyyəni basdırdığımız əsnada çatdı." Daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Osmana digər qızı Ümmü Gülsümü verdi. Bu səbəbdən, Osman Zin-Nureyn (İki nur sahibi) olaraq adlandırılır. Ümmü Gülsüm (radiyəllahu anhə) hicrətin 9-cu ilinin Çaban ayında vəfat etdi və Bəqi qəbrstanlığında basdırıldı.

Allahın müsəlmanlara ikram etdiyi kömək və Fəthdən sonra müşriklər və onlarla birlikdə olanlar İslama qarşı daha böyük bir kin bəsləməyə başladılar. Artıq, gecə-gündüz müsəlmanlardan intiqam almaq planlarını qururdular. Ancaq, Allahu Təala onların bütün plan və tələlərini pozub, başlarına keçirdi.

Müsəlmanlar Mədinəyə döndükdən bir neçə həftə sonra Səlim oğulları qəbiləsi Mədinəni işğal etmək üçün hərəkətə keçdi. Ancaq, müsəlmanlar müdafiədə qalaraq onların hücumlarını nəticəsiz qoydular. Bir nəticə ala bilmədikdə geri qayıtdılar.

Ayrıca, Ümeyr ibni Vəhb ər-Cəhmi və Safvan ibni Ümeyyə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qarşı bir suiqəsd planı hazırladılar. Ümmeyr bu planlarını həyata keçirmək üçün Mədinəyə gəldi. Ancaq, Mədinədə tutuldu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona hansı məqsədlə gəldiyini bildirdikdə, peşman olub İslamı qəbul etdi.


Tarix: 02.05.2013 / 22:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar
loading...