Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərdən (s.a.v) sonra xəlifə kimdir? (Xəbərdarlıq hədisi və şübhələrə cavab)

Deyirlər ki, guya Peyğəmbər (s.a.v) Əliyə (r.a) işarə edərək demişdir: "Bu mənim qardaşım, məndən sonra varisim və xəlifəmdir. Onu eşidin və itaət edin." Rəvayətdə deyilir ki, orada Əbdülmüttalibin qırx övladı var idi.

Cavab:
Bu rəvayətin həm sənədi, həm də mətni zəifdir.

Sənədinin zəifliyi:
Sənəddə Əbdülğəffar ibn əl-Qasim Əbu Məryəm əl-Kufi vardır.

İbn Kəsir demişdir: "Bu rəvayəti ondan başqa heç kəs rəvayət etməyib." ("əl-Bidayə vən-Nihayə: 3/38.)

İbn əl-Mədini isə demişdir: "O, özündən hədis uydururdu."

Əbu Hatim və Nəsai deyiblər: "Onun hədisləri tərk edilmişdir." ( "Mizan əl-İtidal" 2/328.)

Rəvayətin mətni haqqında:
Aşağıdakı səbəblərə görə mətnin zahiri qəbuledilməzdir:

• O vaxt Əbdülmüttalib övladlarının sayı qırx nəfərə çatmırdı. Onun oğlanları bunlar idi: Əbu Talib, Əbu Ləhəb, Ğəydaq, Qəsəm, Hucəl, əl-Muqəvvim, Dirar, əl-Abbas, Həmzə, Abdulkəbə, əz-Zubeyr, Abdullah və əl-Haris. Onların yalnız dördü: Həmzə, əl-Abbas, Əbu Talib və Əbu Ləhəb – Peyğəmbərin (s.a.v) peyğəmbərliyinə qədər sağ qalmışdı.

Onların nəslinə gəlincə:
Həmzənin uşaqları azyaşlı olarkən dünyalarını dəyişiblər.

Abbasın böyük oğlu əl-Fədl idi. O, peyğəmbərlikdən beş il sonra dünyaya gəlmişdi.

Əbu Talibin dörd oğlu var idi. Ən kiçiyi Əli idi. Digərləri isə Talib, Əqil və Cəfər idi.

Əbu Ləhəbin üç övladı var idi. Utbə, Uteybə və Mutəb.
Ğeydaq sonsuz olub.

Qəsəm uşaq yaşlarında dünyasını dəyişib.

Hucəlin Murra adlı oğlu olub.

Əl-Muqəvvimin oğlan övladı olmayıb.

Dirar sonsuz olub.

Əz-Zubeyrin Abdullah adlı oğlu var idi və o da sonsuz olub.

Əl-Harisin yeddi övladı olub: Əbu Sufyan, Rabiə, Novfəl, Abdu Şəms, Abdullah, Uməyyə və Ubeydə.

Bəs iddia olunan qırx nəfər haradadır?!

• Hədislərin birində Peyğəmbər (s.a.v) demişdir: "Kim bu işdə mənə kömək edərsə, sizin üçün mənim qardaşım və varisim olar." Peyğəmbərə (s.a.v) edilən mücərrəd itaət xəlifəliyə dəlalət etmir. Çünki Peyğəmbərin (s.a.v) çağırışına cavab verib itaət edənlərin sayı çox olmuşdur.

• Həmzə, Cəfər və Ubeydə ibn əl-Haris dəvətin ilk çağlarında Peyğəmbərin (s.a.v) çağırışına cavab verib dinə Əlidən (r.a) daha çox yardım ediblər.


• O vaxt Əlinin (r.a) səkkiz, yaxud on yaşı var idi.

Əlinin Əbu Bəkr və Ömərdən (r.a) öncə xəlifə olmasını isbat etmək üçün irəli sürülən əsas sübutlar bunlar idi. Bu haqda digər dəlillər mövcuddur. Lakin mən onları qeyd etmirəm. Çünki həmin dəlillərin heç birinin bu mətləbə aidiyyatı yoxdur, – ən azından mən belə düşünürəm.


Tarix: 03.05.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...