Tənnuxi adlı bir alim Bağdad şəhərində baş vermiş maraqlı bir hadisəni qələmə almışdır.
Bağdad şəhərində bir vəzir ağbirçək bir qadının mal-dövlətini qəsb edir.Ağbirçək qadın ağlaya ağlaya vəzirən yanına gedir və bunun zülm olduğunu ona xatırladır.Vəzir isə bu çirkin əməlindən tövbə etmir.
Ağbirçək qadın, vəzirin onun mal –dövlətini qaytarmaq istmədiyini gördüyündə , ona bəddua edəcəyini deyir.
Harınlamış vəzir isə ağbirçək qadınla istehza edərək, istəyirsən gecənin üçdə bir hissəsində dua et deyərək gülür.
Ağbirçək qadın hər gün gecənin üç də bir hissədində qalxır namaz qılır və bəddua edir.
Çox keçmədən həmin vəziri insanlara zülm etdiyi üçün işdən uzaqlaşdıdırlar və mal-dövlətinidə müsadirə edirlər.Üstəlik bazarda insanların qarşısında ona şallağ da vururlar.Bu zaman ağbirçək qadın oradan keçərkən vəzirə, çox sağol ki mənə bu vaxtda ibadət və dua etməyi xatırlatdın,Uca Allaha dua və ibadət üçün bu vaxt həyatımızn ən yaxşı anlarıdır deyir.
Dəyərli Bacı və Qardaşlarım.
Həqiqətən bu anlar həyatımızın ən qiymətli anlarıdır.
Çünkü Uca Allah bu vaxt üçün buyurmuşdur ki, dua edin duanızı qəbul edim, bağışlanma diləıyin günahlarınızı bağışlayım.
Tarix: 13.04.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar