Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurbanlıq və onun əhkamları

Qurbanlıq və onun əhkamları:
Allah təala buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”(əl-Həcc: 37). “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər: 2).

Qurban nədir?
Qurban, Zül-hiccənin onu bayram namzaından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvandır.

Qurbanın hökmü!
Qurban kəsmək təkid olunmuş sünnədir. Hənəfi məzhəbinə görə isə imkanı olanlara hər il vacibdir. Bu Qurban namazından sonra, Allaha ən sevimli olan əməllərdəndir.

Qurbanın fəziləti!
Qurban kəsən adam kəsdiyi heyvanın hər tükünə görə savab qazanır. Hər savab isə on qat artırılır. Allah istədiyi şəxsin savabını artırar. Qurbanın ilk damla qanı axanda onu kəsənin günahı bağışlanır.

Qurbanın hikməti!
Allaha yaxınlıq.
Atamız İbrahimin sünnəsini diriltmək. O, öz oğlu İsmail üçün qoyun kəsmişdir.
Bayram günü ailə üçün rahatlıq, kasıb və fağırlar arasında mərhəmət və müsəlmanların birinin digərinə köməyi.
Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha şükr etmək.

Qurbanlıq heyvanın növləri və yaşları:
Qoyun və ya qoç: Altı aydan böyük olmalıdır.
Keçi: Bir yaş və ya çox.
Inək: Iki yaşı tamamlanmalıdır.
Dəvə: Dörd yaşı tamam olmalıdır.

Qurbanlıq heyvanın şərtləri:
Qurbanlıq heyvanda heç bir eyib olmamalıdır. Məsələn, bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş. Lakin buynuzda olan az sınıq və qulaqda olan az kəsiyin eybi yoxdur.


Qurbanı kəsməyin vaxtı:
Bayram namazından sonra bayramın dördüncü günü əsr namazına qədər davam edir.


Kəsilmiş heyvanın bölünməsi:
Yaxşı olar ki, qurbanlıq heyvanı üç hissəyə bölüb: Bir hissəsini kasıblara sədəqə olaraq paylasın, bir hissəsi kasıb yaxud varlı olmasından asılı olmayaraq yaxın qonşular, dostlar və qohumlara versin, bir hissəsini isə özü və ailəsi üçün götürsün.

Qurban kəsənin edəcəyi müstəhəb əməllər:
Qurban kəsmək istəyən Zül-hiccə ayının birindən etibarən saçını və dırnaqlarını tutmamalıdır.
Bacardığı qədər heyvanı özü kəsməlidir. Kəsməyi bacarmayanlar həmin vaxt kəsdirdikləri heyvanın yanında olsunlar.

Qurban Kəsərkən Oxunan Dua:
Qurbanını qibləyə tərəf yönəldib: "Bismilləh vallahu əkbər, Allahummə həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli" (dunın mənası: Allahın adı ilə. Allah hər şeydən ucadır. Allahım bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvəzinədir. (Yaxud: Allahım bu filankəs və onun ailəsinin əvəzinədir.)
Peyğəmbərin (s.a.v) etdiyinə uyğun olaraq heyvanın qara ciyərindən yemək yaxşıdır.


Diqqət!
Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər. Peyğəmbər (s.a.v) iki qoyun kəsir və biri haqda deyir ki, "Allahım bu Məhəmməd və onun ailəsi üçündür". Lakin inək və dəvə isə yeddi nəfər və onların ailəsinin əvəzinə kəsilə bilər. Ölən adam vəsiyyət edibsə onun əvəzinə də kəsmək yaxşıdır. Hətta vəsiyyət etməsə də onun adını ailə ilə birlikdə hallandırmaq olar.
Qəssaba əməkhaqqı olaraq qurban əti vermək olmaz. Əməkhaqqını pul verdikdən sonra sədəqə kimi ət vermək olar.
Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər (s.a.v) kəsmişdir. O, ikinci qoyunu kəsərkən deyir ki, "Allahım bu isə mənim və ümmətimdən qurban kəsməyənlərin əvəzinədir".
Qurban kəsdirməyi, yaşadığı yerdən asılı olmayaraq, başqasına tapşırmaq olar.

Bəzi geniş yayılmış xətalar!
Dişi heyvanın kişilərin əvəzinə, erkək heyvanın isə qadınların əvəzinə kəsilməsinin qadağan olunmasını etiqad etmək.
Heyvanın yalnız bir nəfəri əvəz etməsini etiqad etmək.
Qurbanın ömürdə bir dəfə vacib olmasını etiqad etmək.
Ölən adama vacib olmasını etiqad etmək.

Sonda Allah bizlərin saleh əməllərini qəbul etsin!!!


Tarix: 08.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Maraqlı melumatlar
loading...