Əbu Hureyrə (radıyallahu anhu) buyurur:
- Əbubəkr (radıyallahu anhu) minbər üzərində ikən xütbə verərək dedi:
- Mən Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) keçən il, sanki bu günki kimi dinlədim. Bu zaman gözləri yaşardı və ağlamağa başladı.Sonra dedi:
- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim:
- "İxlas (Tövhid) kəliməsindən sonra sizə sağlamlıq kimi bir şey verilməmişdir. Bu səbəblə Allahdan sağlamlıq diləyin."
Əbubəkr (radıyAllahu anhu) Rasulullahı (sallAllahu aleyhi və səlləm) xatırlayarkən göz yaşları onu üç dəfə danışmaqdan saxladı.
(Musnəd, 1/158-159, hədis-10; 1/173, hədis-44 )
Əbu Bəkr əs-Siddiqin ölüm anı
İlk mömin xəlifə, doğruların düzü Əbu Bəkr ölüm anında ikən onun qızı Aişə bu şeiri oxudu:
Qəlbin sıxılıb, xırıldarkən ölüm qabağı
And olsun, var-dövlət qaytarmır cavanlığı.
Bunu eşidən Əbu Bəkr üzündən örtüyü açdı və dedi:
-Bu o deyil. Yaxşı oxu. "Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir. (Qaf, 19)
Sonra yenə buyurdu:
-Bu iki köynəklər mənimdir. Onları yu və onlar məmin kəfənim olsun, çünki dirilərin ölülərdən çox təzə şeylərə ehtiyacları var."
(İmam ibnul Cəuzi- "əs-Səbət ində əl Məut"
Xalid ibn Abdurrahmən əş-Şayi Sultan ibn Fəhd ər-Raşid)
- Əbu Bəkr əs-Siddiqin (radıyallahu anhu) ölüm vaxtı yaxınlışdığında:
Aişə (radıyallahu anhə) buyurur:
- Əbu Bəkr əs-Siddiqin (radıyallahu anhu) ölüm vaxtı yaxınlışdığında:
- Bu gün nə günüdür?- deyə soruşdu. Orada olanlar:
- Bazar ertəsi- dedilər. Əbu Bəkr:
- Əgər bu gecə ölsəm məni sabaha saxlamayın. Şübhəsiz mənim ən sevdiyim gün və gecə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) ən yaxın olacağım gün və gecədir.
[ Musnəd, 1/173, hədis-45 ]
' Yə Əbubəkr, Lə tahzən! İnnəllahə məa'nə...'
Əbu Bəkr (radıyallahu anhu) buyurur:
- Biz yola düşdük. Qövmümüz isə bizi təqib edirdi. Bizə sadəcə atı üzərində Suraka bin Məlik bin Cuşam çata bildi. Mən dedim:
- Yə Rasulullah! Bizi təqib edən bu adam bizə çatır.
Peyğəmbər (salAllahu aleyhi və səlləm) mənə dedi:
- ' Yə Əbubəkr, Lə tahzən! İnnəllahə məa'nə...' . (Ey Əbubəkr, Üzülmə, Allah bizimlə bərabərdir).
Nəhayət o, bizə yaxınlaşdı. Bizimlə onun arasında bir və ya iki, ya da üç mizraq boyu məsafə qaldı. Mən dedim:
- Yə Rasulullah! Bizi təqib edən adam artıq bizə çatdı.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) məndən soruşdu:
- Yə Əbubəkr, nə üçün ağlayırsan?
Mən dedim:
- Vallahi ki, özüm üçün ağlamıram, sənin üçün ağlayıram!
Bu zaman Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Surakaya bəd dua edərək dedi:
- Allahım dilədiyin şəkildə onun şərrini bizdən uzaqlaşdır!
Bu zaman Surakanın atının ayaqları sərt bir ərazidə qarnına qədər torpağa batdı.
[ Musnəd, 1/155, hədis- 3 ]
--------------
Hazırladı
Zubeyir
Tarix: 08.04.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar