Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“MƏNİ BAĞIŞLA!” İFADƏSİ ZƏİFLİYİN, QORXAQLIĞIN VƏ TƏSLİMÇİLİYİN ƏLAMƏTİ KİMİ BAŞA DÜŞÜLMƏMƏLİDİ

Qəlbin dərin guşələrindən gələn “Səni sevirəm” ifadəsi kişinin daima arvadının dilindən eşitməli olduğu ifadələrdəndir. Lakin bu iki kəlməlik bir cümlə kişinin sevdiyi yeganə cümlə deyildir. Kişinin həmçinin arvadının dilindən eşitmək istədiyi digər bir cümlə isə “Əzizim, məni bağışla, belə olmasını mən də istəməzdim” – ifadəsidir.

Həqiqətən, bu kiçik bir cümlə özündə həqiqi etirafı və yüksək təvazökarlığı əhatə edir. Bu, ər-arvadın daxili saflığına, məhəbbətin daha geniş bir sferaya qədəm basmasına kömək edən bir ifadədir.
Hamıya məlumdur ki, bəzi kişilər son dərəcə kobud və qəddardırlar. Lakin əgər qadın istəsə, öz mülayimliyi və zəkası ilə həm ərinə, həm də onun sinəsi altında gizlənmiş sirlərinə sahib ola bilər. Bunun da yeganə sirri qadının söyləyəcəyi “Əzizim, məni bağışla, belə olmasını mən də istəməzdim” – cümləsindədir.
Əziz xanımlar! Çalışın ailə münaqişələrində qarışqanı filə çevirməyin. Həmişə üzrxahlıq edərək ərlərinizin könlünü alın. Siz ancaq bu üsulla onların qəlbinə sahib ola və onları barmağınızdakı üzüyə çevirə bilərsiz.
Qadının aşağıdakı ifadələri dilinə gətirməsi necə də gözəldir.
“Söylədiklərimə görə məni bağışla, gərək ki, onları dilimə gətirməyəydim”, “Sənin sədaqətinin və sevginin mənim üçün qiyməti yoxdur”.
Əgər qadın ərinin könlünü öz zarafatları ilə ala bilirsə, bu çox gözəl bir şeydir. Çünki təbəssüm qəlbi ruhlandırır, gülüş isə səhvlərin üstündən xətt çəkir. Bu metod hər dəfə ailənin üzərini qara buludlar alan zaman yeni bir başlanğıc üçün gözəl bir vasitədir.


Tarix: 07.05.2013 / 21:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Maraqlı melumatlar
loading...