Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Fitnələrin ürəklərə ərz olunması və orada ləkə salması )

Üçüncü fəsil: Fitnələrin ürəklərə ərz olunması və orada ləkə salması.

Huzeyfə (r.a) belə rəvayət edir: “Biz Ömərin yanında idik. Bizdən: “Peyğəmbərin (s.a.v) fitnə haqqındakı hədisini kim eşitdi?” deyə soruşdu. Camaat dedi: “Biz onu eşitmişik.” O dedi: “Ola bilsin siz, adamın ailəsi, malı və qonşusu barəsindəki fitnəsini nəzərdə tutursunuz?” Onlar “Bəli” dedilər. Ömər dedi: “(Xeyr!) o fitnəyə namaz, oruc və sədəqə kəffarə olar. Lakin Peyğəmbərin dəniz dalğası kimi dalğalanacaq olan fitnələri izah edərkən hansınız eşitdi?” Hüzeyfə dedi: “O zaman camaat susdu. Mən isə “Onu eşitmişəm!” dedim. Ömər dedi: “Sənmi! Allah atana rəhm etsin!” Hüzeyfə belə dedi: “Peyğəmbərin belə buyurduğunu eşitdim: “Fitnələr ürəklərə həsir (çubuqları) kimi budaq-budaq ərz olunar. Artıq onlar hansı ürəyə girərsə, o ürəkdə qara bir ləkə hasil olar. Hansı ürək onları qəbul etməzsə, o ürəkdə də ağ bir ləkə meydana gələr. Beləcə iki ürəyə yerləşərlər. (Bu ürəklərdən) biri (qəmbər) daş kimi ağdır. Göylərlə yer durduqca (davam etdikcə ) ona heç bir fitnə zərər verməz. O birisi isə ağ-qara qarışıqlı,
başı aşağı dayanan dolça kimidir. Nə bir yaxşını tanıyar, nə də bir pis şeyi inkar edər. Yalnız havasını dadan bilər.” Hüzeyfə dedi: “Həmçinin ona səninlə bu fitnələr arasında, qırılmaq üzrə olan bağlı bir qapı vardır!” deyə danışdım. Ömər dedi: “Qapı sınacaq? Bu işdə ciddi ol! Əgər açılsaydı, bəlkə bağlanardı.” Mən dedim: “Xeyr, qapı sındırılacaq!” Və ona: “Bu qapının, öldürüləcək yaxud öləcək bir şəxs olduğunu və bunun səhv olmadığını (Peyğəmbərin sözündən olduğunu)
dedim.” Əbu Xalid deyir ki: “Mən Saədə: “Ey Əbu Malik! Bu “Qara murbaad” nədir?” dedim. O dedi: “Qaradakı şiddətli ağartı” deməkdir!” Mən ona dedim: “Kuzu mucaxxiyən” nədir?” O dedi: “(Əyri) başı aşağı dolça” deməkdir!”


Tarix: 24.04.2013 / 21:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar
loading...