Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BÜTÜN PEYĞƏMBƏRLƏRİN ƏQİDƏNİN ƏSASLARI ÜZƏRİNDƏ İTTİFAQ ETMƏLƏRİ

Əsirlərdən boyu sabit olan Tövhid üzərində bütün Peyğəmbərlər ittifaq etmişlər: 1. Bütün nöqsan Sifətlərdən münəzzəh olan Allah Ucadır, Əzəlidir, Başlanğıcı yoxdur, birdir, mülkündə heç bir ortağı yoxdur, bənzəri, ziddi, yardımçısı, nəsihətçisi, yol göstərəni yoxdur. Yalnız Onun iznindən sonra axir'td' şəfaətçi şəfaət edə bilər.

2. Oxşarı yoxdur, bənzəri yoxdur, nə doğmuşdur, nə də doğulmuşdur. 3. Allah Ğanidir (Nemət, Rəhmət xəzinələri sonsuz olub heç bir şeyə möhtac olmayan). Yeməz, içməz və heç bir şəkildə yaratdıqlarının ehtiyac duyduqlarına ehtiyac duymaz. 4. O, heç bir zaman bir haldan başqa bir hala dəyişməz. İxtiyarlıq, xəstəlik, yatmaq, unutqanlıq, peşmanlıq, qorxu, kədər və s. bu kimi hallar olmaz. 5. Yaratdıqlarından heç bir şeyə bənzəməz. Əla xüsus nə Zatında, nə Sifətlərində, nə də Fellərində Onun misli kimi bir şey yoxdur. 6. O, yaratdıqlarından heç bir şeyə Hülul (1)etməz və yaratdıqlarından heç biri də Onun zatına Hülul etməz. O, Zatı ilə yaratdıqlarından ayrı, yaratdıqları da Ondan ayrıdır. 7. O, hər şeydən daha Uca, hər şeydən daha böyükdür, hər şeyin üzərində, hər şeydən daha yüksəkdədir. Ondan o, tərəfə heç bir şey yoxdur. 8. O, hər şeyə qadirdir. Dilədiyini etməkdə heç bir şey Onu aciz edə bilməz. O, hər dilədiyini edəndir. 9. O, hər şeyi bilir. Sirri və daha gizli olanı da bilir. Olanı, olacağı, olmayanı da bilir. Olmayan əgər olsaydı necə olardı, necə olsaydı onun keyfiyyətini də bilir. Elə bir varlıq yoxdur ki, Allah onun həqiqətini bilməsin. 10. O, Səmi və Basirdir. O, bütün səslərin fəryadını, dillər ayrı-ayrı, ehtiyaclar cürbəcür olmasına baxmayaraq onları eşidir və gecənin qaranlığında qara qayanın üzərində qara qarışqanın belə səslərini eşidir və görür. Onun Kürsüsü yerləri və göyləri əhatə etmişdir. 11. O, qeybə sahibdir (Bilinən və Bilinməyən hər şeyə şahiddir). Mülkünün idarəsində heç kimsəni vəkil təyin etməmişdir. 12. O, Əzəli (Əvvəl) və Bəqidir (Əxir). Zəifləməz, yox olmaz, tərk edib getməz və ölməz. 13. O, Mutəkəllimdir (Danışan). Əmr edən və Qadağa qoyandır. Haqqı söyləyər və yol göstərər, Rəsullar göndərir, Kitablar endirir, yaxşılıq edəni mükafatlandırır, pislik səbəbilə cəzalandırır. İtaət olunduqda qarşılığını verən, üsyan edildikdə bağışlayandır. 14. O, vədində sadiq, xəbərində doğru olandır. Ondan daha doğru sözlü, Ondan daha doğru xəbər verən heç kimsə yoxdur. O, əsla sözündən dönməz. 15. O, Ucalar Ucası Saməddir. Bütün ehtiyac sahiblərinin ehtiyacını qarşılayar. Ondan daha səbirli, tərifi Ondan daha çox sevən, Bağışlamağı Ondan daha çox sevən, Ehsanı Ondan daha çox sevən kimsə yoxdur. 16. O, Quddusdur, Səlamdır. O, hər cür ayıblardan və nöqsanlardan uzaqdır. O, Muhsindir - Ehsan etməyi sevər. Şəkurdu – şükr edənləri sevər. Tayyibdir – təmizləri sevər. Alimdir – qullarından elimli olanları sevər. Kərimdir – kərəm sahiblərini sevər. Qavidir – qüvvətli mömin zəif mömindən ona daha sevimlidir. Adildir - ədalət sahiblərini sevər. Həyy və Sittirdi – həya əhlini və iffətli bir şəkildə örtünəni sevər. Ğafur və Afuvvdur – qullarını bağışlayan və əff edəni sevər. Sadiqdir – doğru olanları sevər. Rafiqdir – mülayim və yumşaq olanları sevər. Rahimdir – mərhəmət sahiblərini sevər. Təkdir – tək olanı sevər. İsim və Sifətlərini sevər. Bu İsimlərlə ona dua edənləri sevər. Onları bilən, dərk edən, Uca Allaha həmd edən, onlarla dua edənləri də sevər. 17. O, hər tərəfdən Kamildir. Uca Allah Zatını Sifətlərlə sifətləndirdiyini və İsimlərlə isimləndirdiyində heç bir şübhə yoxdur. Uca Allahın sevdiyini, pis gördüyünü, qəzəb etdiyini, razı olduğunu, hiddətləndiyini, dünya səmasına endiyini, Ərşinin üzərinə İstiva etdiyini, elm və həyat sahibi olduğuna, qüdrət və iradə sahibi olduğuna, mələklərin Ona yüksəldiyini, Onun qatından buyurduqlarını endirdik-lərinə, eşitmək, görmək, vəch (üz) sahibi olduğuna, iki əli olduğuna, qullarının üzərində olduğuna, Muhsinlərlə, səbr edənlərlə, muttəqilərlə bərabər (Məiyyə) olduğuna, göylərin və yerlərin (Qiyamət günü) Onun sağ əlində olduğuna, sevinməklə, gülməklə, qullarının qəlblərinin Onun barmaqlarından iki baqmağı arasında olduğuna iman edirik. 18. O, Adildir. Zülm etməz, əziyyət verməz, qulları Ondan zülm edər deyə qorxmazlar. 19. Əhli İslamın dinlər arasında vasat (orta, doğru) olduğu kimi, Əhli Sünnət də əqidələr içərisində Vasatdır. Onlar Uca Allahı öz Zatını vəsf etdiyi kimi vəsf etmiş, Onun Sifətlərini inkar etməmiş, Sifətlərini məxluqatın sifətlərinə bənzətməmiş, İsim və Sifətlər barəsində Rəsulullahın  buyurduğundan kənara çıxmamışlar. Onlar - Təhrif – (bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir). Tətil – (Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək). Təmsil (Muməssil) – (Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin Təşbih – də deyilir. Bənzətmək, bənzər vermək). Təkyif (Mukəyyif) – (Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək) – kimi şeylərdən uzaq olmuşlar.






(1)Hüluliyyə – Allahın Zatıyla hər yerdə olduğunu qeyd edənlərdir. Onlar Allahın Məiyyə – Birlikdə, bərabər olmaq sifətində həddi aşaraq Allahın ona yaxın olan (əl-Mukərrəbun) şəxslərə hulul etdiyini (yəni nüfuz etmək, girmək, iki şeyin bir şeymiş kimi birləşməsini) irəli sürən sapıq firqədir.


Tarix: 05.05.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar
loading...