Allahın qulları cənnətdə bu dünyanı yada salacaqlar? Dünyada istədiklərini orada da istəyəcəklərmi?
Cavab- Həmd Allaha məxsusdur.
Cənnət camaatı bu dünya həyatını xatırlayacaqlar, yadlarına salacaqlar.
Qurani Kərimdə buna dəlalət edən sübutlar, dəlillər varid olmuşdur.
Məsələn, Tur surəsində Allah təala bizə bildirir:
“25 - Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.
26 - Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
27 - Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.
28 - Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”(ət-Tur 52:25-28)
Cənnət əhli həmçinin şərli, pis insanları da xatırayacaqlar. O kəslər ki, iman əhlinin, camaatının imanına şək-şübhə salmaq istəyirdilər və onları küfrə, küfr etməyə dəvət edirdilər.
Allah təala buyurur:
50-Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar.
51 - Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi.
52 - O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki,
53 - Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?” (əs-Saffat 37:50-53)
Bu dünya günlərni yada salacaqlar. Bu dünyada özləri, uşaqları, ailələri və malları ilə əlaqədar başlarına gələn sınaqlar və imtahanları xatırlayacaqlar və sevinclə söyləyəcəklər: “Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!” (Fatir 35:34)
Həmçinin bu dünyada yedikləri meyvələrə oxşayan meyvələri gördükləri zaman onlara bu dünya xatırladılacaqdır. Lakin bu meyvələrin ölçüsü və dadı, ləzzəti fərqli olacaqdır. Allah təala buyurur: “(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar”. (əl-Bəqərə 2:25)
Həmçinin çətinliyə düşdükləri zaman etdikləri duaları xatırlayacaqlar. Əllərini səmaya qaldıraraq əməllərini qəbul etməsi və saleh əməllər etməkdə onlara kömək etməsi, nemətlərə varis olanların cərgəsinə daxil etməsi üçün Allah təalaya etdikləri dua anlarınaı yada salacaqlar.
Allah təala buyurur: “25 - Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.
26 - Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
27 - Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.
28 - Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!” (ət-Tur 52:25-28)
Bu dünyada olan nemətləri orada iştah, arzu etmək məsələsinə gəldikdə, əslində onlar bu dünyada olanlardan daha yaxşısını istəyəcəklər, iştah edəcəklər. Çünki cənnətdə hətta ən aşağı dərəcədə, məqamda olan kəs bu dünyada olan ləzzətlərdən on qat çox ləzzət alacaqdır.
Abdullah ibn Məsud demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Mən cəhənnəmdən çıxan axırıncı insanın və cənnətə daxil olan axırıncı insanın kim olduğunu bilirəm. O kəs ki, cəhənnəmdən sürünərək çıxır (çıxacaq). Allah təbərəkə və təala ona deyəcək: “Get və cənnətə daxil ol”. O ora gedəcək və düşünəcək ki, (cənnət) dolub. Beləcə, geri qayıdacaqdır və deyəcək: “Ey Rəbbim, cənnətin dolu olduğunu gördüm”. Allah təala ona ikinci dəfə deyəcək: “Get və cənnətə daxil ol”. Beləcə o ora gedəcək və düşünəcək ki, cənnət dolub, ona görə də geri qayıdacaq və deyəcək: “Ey Rəbbim, cənnətin dolu olduğunu gördüm”. Allah ona deyəcək: “Get və cənnətə daxil ol, orada sənə dünya və (dünyanın) on qatı var”. Həmin kəs deyəcək: “Sən hər şeyin Məliki olduğu halda mənimlə istehza edirsən? (və yaxud, Sən mənə gülürsən?) və mən Allah rəsulunun sallallahu aleyhi və səlləm elə güldüyünu gördüm ki, hətta onun arxa dişlərini görmək olurdu. O sallallahu aleyhi və səlləm belə deyirdi: “O, cənnətədə məqamı ən aşağı olan kəsdir”. (Hədis müttəfəqun aleyhdir, hədisin bu mətnini Müslim 272; rəvayət etmişdir)
Cənnət əhlinin dilədiyi hər bir şey onlar üçün hasil olacaq. Allah təala buyurur: “(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!” (əl-Zuxruf 43:71)
Bir çox hədislərdə bildirilir ki, cənnət camaatı uşaqlarının olmasını və yaxud bir şeylər əkmək istəyəcəklər. Bunun üçün gözləməyə ehtiyac olmayacaq.
Əbu Hüreyra radiyallahu anhu rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm bir gün söhbət edirdi. Yanında bir bədəvi var idi. O sallallahu aleyhi və səlləm cənnət camaatından birinin əkinçilik ilə məşğul olması üçün Rəbbindən necə izn almasını vəsf edirdi. (Ərəb dilində, keçmiş zamanın burada istifadə edilməsi həmin şeyin mütləq baş verəcəyini göstərmək üçündür). Allah ondan soruşdu (soruşacaq): “Məgər burada sənin istədiyin hər bir şey yoxdurmu?“. O deyəcək: “Bəli var, lakin mən əkmək (əkinçiliklə məşğul olmaq) istəyirəm”. Beləcə o gedəcək və toxumlarını əkəcəkdir, bir göz qırpımında onlar bitəcəklər, yetişəcəklər, məhsul yığılacaq və dağlar kimi qalaq ediləcəkdir. Allah ona deyəcək: “Buyur, ey Adəm övladı, səni heç nə doydurmur (razı salmır, qane etmir)!”. Həmin bədəvi dedi: “Ey Allahın rəsulu, mütləq o ya Qüreyşdən, ya da Ənsardan olacaq. Çünki onlar əkinçilik camaatıdır (əkməyi xoşlayırlar), biz əkinçiliyi xoşlamırıq! Peyğəmbər sallallahu aleyhi və səlləm (ürəkdən) gülümsədi”. (Buxari 6965; rəvayət etmişdir)
İbn Həcər aşağıdakı hədisi Fəth əl-Baridə rəvayət etmişdir; bundan biz öyrənirik ki, insanın cənnətdə dilədiyi, iştahının çəkdiyi bütün dünyəvi arzuların yerinə yetirilməsi mümkündür.
Əbu Səid əl-Xudri rəvayət edir ki, Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Mömin cənnətdə uşaq istəsə; hamilə qalması, doğulması, arzu olunan yaş dövrünə çatması istədiyinə kimi bir anda olacaq”. (Tirmizi 2487; rəvayət etmişdir. Əbu İsa demişdir: Bu qərib həsən hədisdir; həmçinin baxın; Səhih əl-Cami 6649)
Allahdan diləyimiz budur ki, Öz Lütfü və Rəhimi ilə bizi cənnət əhlinin içinə qatsın. Allah daha yaxşı bilir.
Muhammad Saleh əlMunəccid
Tarix: 14.04.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Maraqlı melumatlar