56. Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
(ən – Nisa – 56)
38. Allah deyəcək: “Sizdən əvvəl gəlib – getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər tayfa Oda girdikcə havadarlarını lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Allaha deyəcək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!”
39. Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim ürəyimizdə heç bir üstünlüyünüz olmayıb. Elə isə qazandıqlarınıza görə dadın əzab!”
40. Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzandırırıq.
41. Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.
(əl – Əraf - 38,39,40,41)
27. Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.
28.O gün onların hamısını bir yerə toplayacaq, sonrada müşriklərə: “Siz də, şərikləriniz də yerinizdə qalın!” – deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
29. Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik”.
30. Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.
(Yunus - 27,28,29,30)
103. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.
104. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar.
(əl – Muminun – 103,104)
16. Qabaqda onu Cəhənnəm gözləyir; Orada ona irinli su içirdiləcək.
(Ibrahim – 16)
36. Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.
37.Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz.
(Fatir – 36,37
41. O gün dost – dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara köməkdə edilməyəcəkdir.
43.Həqiqətən zəqqum ağacı
44. günahkar adamın yeməyidir.
45. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
46. qaynar su qaynayan kimi.
47. Onu tutub Cəhənnəmin ortasına sürüyün!
48. Sonra əzab vermək üçün başın qaynar su tökün!
49. Dad bu əzabı! Sən ki, qüdrətli və şərəfli idin.
50. Sizin şübhə etdiyiniz əzab budur!
(əd – Duxan – 41,43,44,45,46,47.48,49,50)
8. Kimin tərəziləri yüngül gələrsə,
9.anası Haviyə olacaqdır.
10. Sən haradan biləsən ki, o nədir?
11. O, çox qızmar bir oddur!
(əl – Qariyə - 8,9,10,11)
2. O şəxsi, mal – dövlət toplayıb onu təkrar – təkrar sayır
3.və elə güman edir ki, var – dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır.
5. Sən hardan biləsən ki, Hütəmə nədir?
6. Bu, Allahın qaladığı Odudur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
(əl – Huməzə - 2,3,4,5,6,7,8
Tarix: 11.04.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Maraqlı melumatlar