Sual: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) cənnət barədə vəsf etdiklərinə əsaslanmaqla cənnətin bədii rəsimlərini təxəyyül əsasında çəkmək barədə hökm nədir?
Cavab: Həmd Allaha məxsusdur.
Bu cür etmək icazəli deyil və mümkün olmayan bir şeydir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bizə Allah Azzə və Cəllədən cənnətin vəsfi barədə belə xəbər vermişdir: “Mənim saleh qullarım üçün heç bir gözün görmədiyi və heç bir qulağın duymadığı və heç bir insanın ağlından belə keçirmədiyi şeylər hazırlamışam. Əgər istəyirsənsə oxu:
“Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!” [əl-Səcdə 32:17]
Bu cür bədii rəsimlər cənnətdəki nemətlərin əhəmiyyətinin aşağı olduğu kimi bel bir təsəvvür yarada bilər. Quran və Sünnədə cənnət barədə rəvayət olunan vəsflər, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) səhabələrinə başa saldıqları kifayətdir. Ən doğrusunu Allah bilir.
Muhəmməd Saleh əl-Münəccid
Tarix: 02.04.2013 / 21:03 Müəllif: *Beyaz_Gul* Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar