Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÖZƏL ƏMƏLLƏRLƏ ALLAHA YAXINLAŞMAĞIN YOYOLLARI

15.«Allahı qoyub özlərinə dost tutanlar: «Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!» Deyirlər. (əz-Zumər 3). «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər. De ki: «Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18).
Əbu AbdurRahmən b. Ömər b. əl-Xəttab – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən əvvəlki ümmətlərdə üç nəfər səfərə çıxırlar. Gecələmək üçün bir mağaraya girmək məcburiyyətində qalırlar. Mağaraya girdikdə bir qaya parçası yuvarlanıb mağaranın ağzını örtür. Onlar bir-birlərinə: «Bizi bu qayadan yalnız əvvəl etmiş saleh əməllərimizlə (Allaha) yaxınlaşmaqla (vasitə) etməklə Allaha yalvarıb-yaxarmağımız qurtara bilər!» dedilər.
Onlardan biri: «Allahım! Mənim qocalıq yaşına çatmış valideyinlərim vardı. Axşamlar (evə gəldikdə) onlara (süd) içizdirmədən nə uşaqlarıma, nə də qulluqçularıma (süd) içizdirərdim. Bir gün otlaq axtarmaq məni çox uzaqlara apardı. Geri qayıtdıqda onları (valideyinlərimi) yatmış gördüm. Hər gün olduğu kimi süd sağdım və onları (valideyinlərimi) yuxudan oyatmamaqdan ötrü səhərə kimi süd qabı ilə başlarının üstündə durdum. Ana və atamdan əvvəl nə uşaqlarıma, nə də qulluqçularıma içirmək istəmədim. Halbuki uşaqlar ayaqlarımın altında aclıqdan ağlayırdılar. Sonra (valideyinlərim) oyanıb axşam onlar üçün sağdığım südü içdilər. «Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə onda bizi bu bəladan (vəziyyətdən) qurtar!» deyə dua etdi. Bundan sonra qaya parçası bir az aralandı. Lakin çıxmaq mümkün olmadı.
Onlardan digəri: «Allahım! Mənim bir əmim qızı var idi. İnsanlar içərisində ən çox onu sevirdim. (Başqa rəvayətdə – Mən onu kişilərin qadınları sevməkdə olduqları sevginin ən şiddətli dərəcəsində sevirdim). Mən ona yaxınlaşmaq istədim. Lakin o, məndən üz döndərdi. Bir neçə il keçdikdən sonra (kasıblıq üzündən) mənim yanıma gəldi. Mən də ona mənimlə tək qalmaq şərti ilə yüz iyirmi dinar pul təklif etdim. O, da buna razı oldu. Ona yaxınlaşmaq fürsətini tapmışdım ki, (başqa rəvayətdə – Ayaqlarının arasına çökmüşdüm ki) qız mənə: «Allahdan qorx! (haqsız yerə bakirənin möhürünü açma). Allahın qoyduğu bakirəlik möhürünü yalnız halal yolla (nigah yolundan başqa) bir yolla açma!» dedi. Bu əməldən dərhal vaz keçərək ondan uzaqlaşdım. O, isə insanların mənə ən sevimlisi idi. Onu çox sevdiyimə baxmayaraq. «Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə onda bizi bu bəladan (vəziyyətdən) qurtar!» deyə dua etdi. Bundan sonra qaya parçası bir az da aralandı. Lakin yenə də çıxmaq mümkün olmadı.
Üçüncü şəxs dedi: «Allahım! Mən işçilər tutmuşdum. Hər birinin də (işlədikdən sonra) haqqını verdim. Birindən başqa. O, haqqını almayıb getdi. Mən onun haqqını (pulunu) dövriyyəyə buraxıb çoxaltdım. Bir müddət keçdikdən sonra o, işçi mənim yanıma gəlib: «Ey Allahın qulu! Mənim haqqımı ver!» dedi. Mən də: «Burada gördüklərin dəvələr, inəklər, qoyun və qullar sənin pulunun dövriyyəsindən artıb çoxalmışdır!» dedim. O: «Ey Allahın qulu! Məni ələ salma!» deyə cavab verdi. Mən də: «Mən səni ələ salmıram!» dedim. O, da heç bir şey mənə saxlamayıb (hər şeyi) götürüb getdi. «Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə onda bizi bu bəladan (vəziyyətdən) qurtar!» deyə dua etdi. Bundan sonra qaya parçası onlar çıxa biləcək qədər aralandı və onlar çıxıb yollarına davam etdilər»
(Buxari 3465, Müslim 2743.)


Tarix: 25.04.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Maraqlı melumatlar
loading...