Allah taala buyurur: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır”. (əl-Hucurat, 11)
Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, rəsulullah (s) buyurur: “Səhabələrimi söyməyin! Canım əlində olana and olsun ki, əgər sizlərdən biriniz Uhud dağı boyda qızıl xərcləsəniz, yenə də onların etdiyi bir əmələ, hətta yarısına belə çatmaz”. (Müslim 4/1967 “Şərhun Nəvəvi” 16/93)
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) deyir: “Bil ki, səhabələri (Allah onlardan razı olsun!) söymək ən çirkin haramlardan biridir. Istər onların fitnəyə uğrayanı olsun, istər olmasın. Çünki, onlar bu müharibələrdə nələrisə ictihad etmişdilər”. (“Şərhun Nəvəvi” 16/93)
Əbu Zər (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu eşitmişdir: “Bir insan başqasını fasiqlik və ya küfrlə ittiham etdiyi halda dediklərində yalnışdırsa, o özü onlardandır”. (Buxari “Fəthul Bari” 10/464 Əhməd “Müsnəd” 5/181)
Abdullah bin Məsud peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür”. (Buxari 1/17 Müslim 1/18 Bax; “əl-Lulu val Mərcan” 1/13)
Abdullah bin Ömər (Allah ondan və atasından razı olsun!) rəvayət edir ki, peyğəmbər (s) buyurur: “Bir kişi müsəlman qardaşına “ey kafir” deyərsə, onlardan biri həmin kəlmədən olar”. (Buxari 7/97 Müslim 1/79 Bax; “əl-Lulu val Mərcan” 1/13)
Müslimdə olan rəvayətdə isə “Bir insan müsəlman qardaşı üçün “ey kafir” deyərkən doğru olarsa, o biri ziyana uğrayar. Yox əgər səhv olarsa, dediyi özünə qayıdar” deyilir. (Müslim 1/73)
Əbu Hureyrə (Allah ondan razı olsun!) rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Bir-birinə söyüş söyən iki nəfər məzluma zülm etməyiblərsə, onların günahı söyüşü başlayandadır”. (Əbu Davud 4/274) Bu hədisin mənası ondan ibarətdir ki, bir-birinə söyüş söyən iki nəfərin günahı söyüşü başlayana yazılar. Əgər burada məzluma zülm edilibsə, onu söymək və zülm etmək daha günah olduğundan hərənin günahı öz boynuna yazılar. Allah ən gözəl biləndir. (Bax; Əbu Davudun “Sünən”inin şərhi “Övnul məbud” 13/237)
Əbu Zər (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə dediyini eşitmişdir: “Kim bilə-bilə atasından başqasını atası olduğunu iddia edərsə, küfr edər. Kim onun olmadığı birşeyi özününkü iddi edərsə, bizdən deyil və onun üçün oddan hazırlanmış yerini hazır bilsin! Kim başqasını kafir və ya Allahın düşməni olmadığı halda belə adlarla çağırarsa, dedikləri özünə qayıdar”. (Müslim 1/80) İmam Nəvəvi deyir: “Bəzi alimlər bu hədis barəsində bir neçə fikir söyləmişlər. Çünki, hədisin zahiri nəzərdə tutulan fikrlə eyni deyil. Heç vaxt haqq tərəfdarları ölüm, zina və hətta, müsəlman qardaşına “ey kafir” deməklə edilən günaha görə kimisə kafir adlandırmır. Buna görə də hədisin yozumunda bəzi məqamlar var:
1. Müsəlman qardaşını küfrdə təqsirləndirən adam yanılarsa, başqasını boş yerə günahkar adlandırdığına görə günah qazanar.
2. Bu hədis möminləri kafir adlandıran xavariclərə aiddir. Bu fikir Qadı İyadın İmam Malikdən (Allah ona rəhmət etsin!) nəql etdiyi rəydir. Ancaq, bu, zəif rəydir. Çünki, xavariclər məsələyə başqa cür yanaşırlar. Onlar başqaları kimi yox, özlərinə məxsus şəkildə kimlərisə küfrdə ittiham edirlər.
3. Başqasına kafir deməklə insan günaha öyrəşir. Günahları etdikcə isə gözündə kiçilir və küfrə yol vermiş olur.
4. Başqasını küfrdə günahlandırdığı özünə qayıdır. Bu, həqiqi küfr deyil, müsəlman qardaşını kafir adlandırdığına görədir. O, özünü kafir adlandırmış kimi sayılır.
“Kim bilə-bilə atasından başqasını atası olduğunu iddia edərsə, küfr edər” kəlamına gəlincə, bu, mümkün olmayan bir iddiadır. Həmin insan nemətə, Allahın haqqına küfr etmiş, nankor olmuş olur. Atasından başqasının atası olduğunu iddia etmək, insanı dindən çıxardan küfr anlamına gəlməz. Peyğəmbər (s) hədislərin birində qadınlara “Siz küfr edirsiniz” dedikdən sonra, bu küfrün onların yaxşılığı və rəfiqələrini küfr etməkdən ibarət olduğunu açıqladı.
Yuxarıda qeyd olunan hədisin tam mətni Müslimdə belə rəvayət olunur: “Ey qadınlar, sədəqə verin və Allahdan çoxlu bağışlanma diləyin! Mən sizi Cəhənnəm əhlinin əksəriyyəti görürəm”. Qadınların içərisindən biri dedi: “Ya rəsulullah, bizi cəhənnəm əhlinin əksəriyyəti edən nədir?” Dedi: “Siz çoxlu lənət yağdırırsənız və rəfiqələrinizi küfr edirsiniz. Mən əqli və dini zəifliyi ən çox sizdə gördüm”. Qadın dedi: “Ya rəsulullah, əqli və dini zəiflik nədən ibarətdir?” Dedi: “Əqli zəifliyə gəlincə, bilmək lazımdır ki, iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dini zəifliyi isə onun gecə namazlarına durmaması və ramazan ayını orucsuz keçirməsidir”. (“Səhihi Müslim” 1/68)
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) deyir ki, adətən bəziləri xoşuna gəlmədikləri insanlara qarşı “uzunqulaq”, “it”, “qoyun” və bu kimi pis ifadələr işlədirlər. Bu cür ifadə işlətmək iki aspekdən günahdır: birincisi, yalan, ikincisi isə başqasına əziyyət verməkdir. (Nəvəvi “Zikrlər” 314)
Kiməsə söyüş söymək, təhqir etmək şəriətə müxalif əməllərdəndir. Hətta, heyvanlara, quşlara qarşı pis ifadələr işlətmək olmaz. Zeyd bin Xalid rəvayət edir ki, peyğəmbər (s) buyurur: “Xoruzu söyməyin! O, sizi namaza oyadır”. (Əbu Davud 4/327 Bax; “Səhih əl-Cami” 6/161)
Tarix: 17.04.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Maraqlı melumatlar