81. Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız.
82. Əgər üz çevirsələr, bilki, sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır.
83. Onlar Allahın neməti haqqında bildikləri halda sonradan onu inkar edirlər. Onların çoxu kafirdir.
84. Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə üzürxahlıq etməyə izn verilməyəcək və üzür diləmələri də tələb olunmayacaqdır.
85. Zalimlər əzab çəkməyə başladıqda, onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.
86. Müşriklər Allaha qoşduqları şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” Bütlər isə onlara: “Şübhəsiz ki, siz yalançısınız!” – deyə cavab qaytaracaqlar.
87. O gün müşriklər Allaha təslim olduqlarını bildirəcək və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.
88. Kafir olub insanları Allah yolundan sapdıranlarla törətdikləri fitnə - fəsada görə əzab üstündən əzab artıracağıq.
89. O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik. Səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlarla da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik.
90. Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd – nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.
(ən – Nəhl – 81,82,83,84,85,86,87,88,89,90)
12. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur.
13.O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasında içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.
14. Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz – özünüzü aldadırsınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı.
15. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”
(əl – Hədid – 12,13,14,15)
Tarix: 11.04.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar