Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fitrə zəkatı

Hökmü:
Hikməti:
Fitrə zəkatını vermək kimə vacibdir?
Fitrə zəkatının çıxarılan miqdarı:
Fitrə zəkatının çıxarılan vaxtı:
Fitrə zəkatı kimlərə verilməlidir?

Fitrə zəkatı
Hökmü:
Fitrə zəkatı hər bir müsəlmana vacibdir. İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (2,6 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir»[1].

Hikməti:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[2].

Fitrə zəkatını vermək kimə vacibdir?
Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir azad müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq və müsəlman xidmətçilər bura daxildir.
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir»[3].

Fitrə zəkatının çıxarılan miqdarı:
Hər insanın boynuna yarım saa (yəni, 1,3 kq) buğda, yaxud bir saa (2,6 kq) xurma, kişmiş, arpa, quru süd, yaxud yaşadığın ölkədə bu yeməklərin əvəzləyicisi sayılan düyü, qarğıdalı və s. bu kimi qida məhsulları çıxarılır.
Buğdanın yarım saa (1, 3 kq) çıxarılması haqqında dəlil Urva ibn əz-Zubeyrin hədisidir. Hədisdə deyilir:
«Əsma bint Əbu Bəkr Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında, öz ailəsinin, azad və kölə xadimələri də daxil olmaqla, hərəsinin əvəzinə iki ovuc (1,3 kq) buğda, bir saa (2,6 kq) xurma çıxarardı. Onlar məhsulu ya saa ilə, yaxud uvuc ilə ölçürdülər»[4].
Amma buğdadan başqa digər məhsulların bir saa (2,6 kq) çıxarılmasının sübutu Əbu Səid əl-Xudrinin hədisidir. O deyir: «Biz fitrə zəkatını bir saa (2,6 kq) yemək, arpa, xurma, quru süd və ya kişmiş çıxarırdıq»[5].
Əksər fiqh alimləri məhsulun qiymətini çıxarmağı məqbul saymırlar. Yalnız Əbu Hənifə buna icazə vermişdir. Bu məlumatı Nəvəvi Müslimin şərhində (7/ 60) qeyd etmişdir.
Mən isə deyirəm ki, Əbu Hənifənin bu sözü (yəni, məhsulun qiymətinin çıxarılması) məqbul sayılmır. Çünki, Allah unutqan deyildir. Əgər fitrə zəkatının qiymətini çıxarmağa icazə olsaydı, bunu Allah və rəsulu buyurardı. Biz gərək şəriət dəlillərini təhrif etmədən, mənasını yozmadan, olduğu kimi qəbul edək.

Fitrə zəkatının çıxarılan vaxtı:
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını, camaat bayram namazına çıxmadan öncə verməyi əmr etmişdir»[6].
Fitrə zəkatını toplayanlar[7] bunu bir-iki gün əvvəlcədən edə bilərlər.
Nafi deyir ki, «İbn Ömər fitrə zəkatını, fitrə toplayanlara verərdi. Onlar bunu bir-iki gün öncədən edərdilər»[8].
Fitrə zəkatını səbəbsiz yerə vaxtından gecikdirmək haramdır.
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[9].

Fitrə zəkatı kimlərə verilməlidir?
Fitrə zəkatı yalnız kasıblara verilməlidir. İbn Abbasın hədisində deyildiyi kimi Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «... miskinlər üçün toxluq olsun deyə vacib etmişdir».


[1] Buxari: 3/ 367/ ? 1503. Müslim: 2/ 677-679/ ? 984, ? 986. Tirmizi: 2/ 92-93/ ? 670, ? 672. Əbu Davud: 5/ 4-5/ ? 1595, ? 1596. Nəsai: 5/ 48. İbn Macə: 1/ 584/ ? 1826. Lakin onun rəvayətində hədisin ikinci hissəsi qeyd edilməmişdir.
[2] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1480. İbn Macə: 1/ 585/ ? 1827. Əbu Davud: 5/ 3/ ? 1594.
[3] Hədis səhihdir. əl-İrva: ? 835. Darəqutni: 2/ 141/ ? 12. Beyhəqi: 4/ 161.
[4] Təhavi: 2/ 43.
[5] Buxari: 3/ 371/ ? 1506. Müslim: 2/ 678/ ? 985. Tirmizi: 2/ 91/ ? 668. Əbu Davud: 5/ 13/ ? 1601. Nəsai: 5/ 51. İbn Macə: 1/ 585/ ? 1829.
[6] Buxari: 3/ 367/ ? 1503. Müslim: 2/ 677-679/ ? 984, ? 986. Tirmizi: 2/ 92-93/ ? 670, ? 672. Əbu Davud: 5/ 4-5/ ? 1595, ? 1596. Nəsai: 5/ 48. İbn Macə: 1/ 584/ ? 1826. Lakin onun rəvayətində hədisin ikinci hissəsi qeyd edilməmişdir.
[7] Bura, xeyriyyə fondları və məscidlər aid edilir. Belə fondlar fitrəni bir-iki gün əvvəlcədən toplaya bilərlər ki, toplanan fitrəni kimə lazımdırsa ona çatdıra bilsinlər. (tərc.)
[8] Buxari: 3/ 375/ ? 1511.
[9] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1480. İbn Macə: 1/ 585/ ? 1827. Əbu Davud: 5/ 3/ ? 1594.


Tarix: 01.05.2013 / 18:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Maraqlı melumatlar
loading...