Sual: Mənə deyiblər ki, ana südü ilə uşaq əmizdirmək Allah tərəfindən bərəkətləndirilmişdir və Quranda deyilir ki, ana südünün hər damcısı mübarəkdir. Mənə deyə bilərsiniz Quranda bunun üçün hansı hissəyə müraciət edim?
Cavab: Həmd Allaha məxsusdur.
Şübhəsiz ki, Allahın istədiyi yerə bərəkət nazil olur və əgər bir kəs Allahdan onun malına və yaxud ruzisinə bərəkət verməsini istəyirsə bərəkət hasil olar. Beləcə Allah onu bərəkətli edir və yaxud O insanı mübarək edir. Necə ki, İsa əleyhissəlam demişdir. Allah təala buyurur: “Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm 19:31)
Həmçinin bərəkət Allahın yerləşdirdiyi, qoyduğu şeylərdə olur. Allah təala yağış haqqında buyurur: “Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.” (Qaf 50:9)
Yəni, yağışın gəlməsi ilə siz bərəkət qazanırsınız, əldə edirsiniz, çünki yağış ağacların və bitkilərin yetişməsinə, böyüməsinə səbəb olur. Ana südünə gəldikdə, Qurani Kərimdə xüsusilə onun bərəkətindən bəhs edən hər hansı bir ayə xatırlamıram.
Şeyx Abdulkərim əl-Xudeyr
Qurani Kərim anaları təşviq edir ki, öz körpələrini təbii yolla əmizdirsinlər. Allah təala buyurur: “Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür”.(əl-Bəqərə 2:233)
Alimlər tərəfindən şərh edildiyi kimi uşaqlarını əmizdirmək anaya Allah tərəfindən verilən bir əmrdir. Alimlər həmçinin qeyd etmişdirlər ki, əmizdirmənin bir hissəsi fərzdir. Bu da əmizdirmənin başlanğıcında gələn sarı maddədir və körpənin immun sisteminin inşasında böyük faydasının olduğu tibbi nöqteyi nəzərdən bizə məlumdur. Şübhəsiz ki, Allahın əmrlərini yerinə yetirməkdə böyük bərəkət var.
Güc və Qüdrət Sahibi Allahdır.
Tarix: 05.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Maraqlı melumatlar