Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ (ıı)

Satılması qadağan olan şeylər
1. Sərxoşedici içkilər: Aişə (Allah ondan razı olsun) deyir ki, əl-Bəqərə surəsinin axırıncı ayələri nazil olanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) camaat qarşısına çıxıb dedi: «Sərxoşedici içkilərin alış-verişi haram edildi»[1].

2. Ölmüş heyvan, donuz və büt:
Cabir ibn Abdullah (Allah ondan razı olsun) Fəth ilində Məkkədə olarkən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həqiqətən Allah və Onun rəsulu sərxoşedici içkilərin, ölmüş heyvanın, donuzun və bütlərin alıb-satılmasını haram edir. Orada olanlar dedilər: Ey Allahın elçisi, bəs ölmüş heyvanların piylərini necə? Onunla gəmilər rənglənir, quru dərilər yağlanır, insanlar ondan işıqlandırma üçün istifadə edirlər. Bu halda da olmaz? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Xeyr, haramdır. Sonra sözünə əlavə edərək dedi: Allah, yahudiləri öldürsün! Allah, iki növ heyvanın (inək və qoyunun) piyini onlara haram etdikdə onlar piyləri əridib satdılar və beləliklə ondan qazandıqlarını yedilər»[2].
3. İt: Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) it satmağı, zina etməyə və fala baxdırmağa görə verilən bəxşişi, qadağan etmişdir»[3].
4. Canlı məxluqatı əks etdirən rəsmlər: Səid ibn Əbul Həsən deyir: «Mən İbn Abbasın (Allah ondan razı olsun) yanında idim. Bu zaman bir nəfər kişi onun yanına gəldi və dedi: Ey İbn Abbas, mən öz əlimin zəhməti ilə dolanan bir insanam. Bax mən bu rəsmləri çəkirəm. İbn Abbas dedi: Mən sənə yalnız Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) eşitdiyimi danışacağam. O demişdir: «Kim bir rəsm çəkərsə, çəkdiyi rəsmə ruh verincəyə qədər Allah ona əzab verər. Amma o, heç vaxt ona ruh verə bilməyəcək. Kişi bunu eşidər-eşitməz vahiməyə düşdü, rəngi saraldı. Sonra İbn Abbas ona dedi: Əgər sən rəsm çəkməkdə israr etsən, onda cansız əşyaların şəklini, ağac və s. – çək»[4].
5. Yetişməmiş meyvə: Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), «meyvə yetişənədək, xurma isə bütövlənənədək onun satılmasını qadağan etmişdir. Orada olanlar dedilər: Xurmanın bütövləşməsini necə bilək? O dedi: Xurmanın bötövləşməsi, qızarması və ya saralmasıdır»[5].
Ənəs (Allah ondan razı olsun) digər rəvayətdə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bötövləşməmiş meyvənin satılmasını qadağan etdi. Orada olanlar dedilər: Meyvənin bütövləşməsini necə bilək? O dedi: Bötövləşməsi, qızarmasıdır. Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Əgər Allah, meyvənin yetişməsinə mane olsa, siz öz qardaşınızın malını (əvvəlcədən meyvənin dəyərini) nə haqla götürərsiniz?»[6].
6. Dənələri yetişməmiş əkin məhsulu: İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütövləşməmiş xurmanın, yetişməmiş və tələfolma təhlükəsi soyumamış sünbülün satılmasını qadağan etmişdir. Bu qadağa, həm satana, həm də alana şamil edilmişdir»[7].
***


[1] Buxari: 4/ 417/ ? 2226. Müslim: 3/ 1206/ ? 1580. Əbu Davud: 9/ 380/ ? 3473. Nəsai: 7/ 308.
[2] Buxari: 4/ 424/ ? 2236. Müslim: 3/ 1207/ ? 1581. Tirmizi: 2/ 281/ ? 1315. Əbu Davud: 9/ 377/ ? 3469. İbn Macə: 2/ 737/ ? 2167. Nəsai: 7/ 309.
[3] Buxari: 4/ 426/ ? 2237. Müslim: 3/ 1198/ ? 1567. Əbu Davud: 9/ 374/ ? 3464. Tirmizi: 2/ 372/ ? 1293. İbn Macə: 2/ 730/ ? 2159. Nəsai: 7/ 309.
[4] Buxari: 4/ 416/ ? 2225. Rəvayətin mətni ona məxsusdur. Müslim: 3/ 1670/ ? 2110. Nəsai: 8/215. Onun rəvayəti müxtəsərdir.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6928. Buxari: 4/ 397/ ? 2167.
[6] Buxari: 4/ 398/ ? 2198. Rəvayətin mətni ona məxsusdur. Müslim: 3/ 1190/ ? 1555. Nəsai: 7/ 264.
[7] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 917. Müslim: 3/ 1165/ ? 1535. Əbu Davud: 9/ 222/ ? 3352. Tirmizi: 2/ 348/ ? 1245. Nəsai: 7/ 270.


Tarix: 01.05.2013 / 18:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar
loading...