Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (Doqquzuncu misal)

Doqquzuncu misal

Mustəvrid ibn Şəddaddan belə rəvayət olunur: «Mən Allah elçisi (sav) ilə birlikdə ölmüş quzunun başına toplaşmış camaatla birlikdə idim. Allahın elçisi (sav) üzünü camaata tutub:

“Sizcə bu quzunu sahibləri üçün dəyərsiz olduğuna görəmi tullayıblar” – deyə soruşdu. Camaat da: “Bəli, ey Allahın elçisi! Onun dəyərinin öldüyünə görə tullayıblar” – deyə cavab verdi. Allahın elçisi (sav): “Məhəm¬mədin canı əlində olana and olsun ki, bu quzunun leşi sahibi üçün nə qədər dəyərsizdirsə, dünya Allah üçün ondan da dəyərsizdir” – buyurdu». Tirmizi bu hədisi həsən-səhih adlandırmışdır.
İmam Əhmədin Müsnədində bu hədisdə Allahın elçisi (sav) belə deyir: «And olsun canım əlində olana ki, ölmüş quzunun leşi sahibi üçün nə qədər dəyərsizdirsə, dünya Allah üçün ondan da dəyərsizdir». Allahın elçisi (sav) sadiq and içərək təkidlə bu sözləri bildirdi. Əgər dünya kimi bir varlıq Allah yanında ölmüş quzunun leşinin sahibi üçün dəyərsiz olmasından da alçaq və dəyərsizdirsə, onda dünya aşiqləri Allah yanında ölmüş quzudan da dəyərsizdir. Leşin quzu olması sahibi üçün böyük qoyunun leşi olmasından daha dəyərsizdir. Çünki ola bilər sahibi qoyunun yunundan istifadə edib və onun dərisini aşılasın. Lakin kiçik quzunun leşi isə son dərəcə dəyərsizdir. Yardım diləmək üçün üz tutulan yeganə varlıq Allah-taaladır.


Tarix: 15.04.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar
loading...