Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UCA ALLAH FİTNƏ-FƏSADI LƏNƏTLƏMİŞDİR

Allah insanlara pislik etməkdən çəkinməyi əmr etmiş, zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi yasaqlamışdır. Allahın bu əmrinə itaət etməyənlər isə ayədə yazılan ifadə ilə desək, “şeytanın yolu ilə gedənlər” kimi tərif edilmiş və açıqaydın Allahın haram saydığı bir yolun yolçuları adlandırılmışlar.

«İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar» .(ər-Rum,41)

Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri və soyqırımları yaşanmaqda, günahsız insanlar vəhşicəsinə öldürülməkdə, süni səbəblər əsasında bir-biri ilə düşmən edilən cəmiyyətlər ölkələri qana bulaşdırmaqddır. Bir-birindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn belə qanlı hadisələrin hər ölkədə özünəməxsus səbəbləri ola bilər. Ancaq tam aydın olan məsələ budur ki, bu vəhşətin əsl səbəbləri dinin insanlara gətirdiyi sevgi, sayğı və xoş münasibətə dayanan gözəl əxlaqdan kənardakı nəsnələrdə gizlənir. Dinsizliyin bir nəticəsi olaraq Allah qorxusuna malik olmayan və axirətdə hesab verəcəklərinə inanmayan, bu səbəblə də “necə olsa kimsəyə hesab verməyəcəyəm” deyə düşünən, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edə bilən kütlələr yaranmaqdadır. Allah və din adı altında ortaya çıxan, amma Allahın lənətlədiyi günahları etmək üçün təşkil olunan ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bir ayədə “Allaha and içib” peyğəmbəri öldürmək üçün plan quran “doqquz kişilik dəstədən” belə bəhs olunur:

Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri və soyqırımları yaşanmaqda, günahsız insanlar vəhşicəsinə öldürülməkdə, süni səbəblər əsasında bir-biri ilə düşmən edilən cəmiyyətlər ölkələri qana bulaşdırmaqdadır. Bir-birindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn belə qanlı hadisələrin hər ölkədə özünəməxsus səbəbləri ola bilər. Ancaq tam aydın olan məsələ budur ki, bu vəhşətin əsl səbəbləri dinin insanlara gətirdiyi sevgi, sayğı və xoş münasibətə dayanan gözəl əxlaqdan kənardakı nəsnələrdə gizlənir. Dinsizliyin bir nəticəsi olaraq Allah qorxusuna malik olmayan və axirətdə hesab verəcəklərinə inanmayan, bu səbəblə də “necə olsa kimsəyə hesab verməyəcəyəm” deyə düşünən, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edə bilən kütlələr yaranmaqdadır. Allah və din adı altında ortaya çıxan, amma Allahın lənətlədiyi günahları etmək üçün təşkil olunan ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bir ayədə “Allaha and içib” peyğəmbəri öldürmək üçün plan quran “doqquz kişilik dəstədən” belə bəhs olunur:

Allah taala buyurmuşdur:
«Şəhərdə doqquz kişi var idi ki, onlar Yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzdilər. Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onların (kimlər tərəfindən) öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!” Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik»

Bu ayədə təsvir olunan hadisənin də bizə göstərdiyi kimi, bəzi insanların “Allahın adı altında” ortaya çıxmaları, hətta “Allaha and içmələri”, yəni onları çox “dindar kimi” göstərə biləcək kəlmələrdən yararlanmaları o insanların heç də dinə uyğun olan bir iş gördüklərini göstərmir. Əksinə, belələri Allah rizasına və din əxlaqına tamamilə zidd olan işlər də görə bilərlər. Bu məsələdə əsas meyar onların gördüyü işlərin mahiyyətinin nə olmasıdır. Əgər onların gördüyü işlər ayədə də bildirildiyi kimi, “yer üzündə fitnə-fəsad törətmək və əsla yaxşı iş görməmək”dirsə, bilin ki, o adamlar həqiqi dindar ola bilməz və onların məqsədi də dinə xidmət etmək deyil. Qəlbində Allah qorxusu olan və həqiqi İslam əxlaqını anlayan bir insanın amansızlıq, fitnə-fəsad tərəfdarı olması və bu tip əməllərə qoşulması qətiyyən mümkün deyil. Bu səbəblə də terror probleminin həqiqi həlli yolu real İslamdır. Quranda bildirilən gözəl əxlaq dərk edilərsə, insanlar düşmənçiliyi, davakarlığı və xaos şəraitini özlərinə hədəf seçən qruplara tərəfdar olmayacaq, onlarla birlik qurmayacaq. Çünki Allah Quranda insanlara fitnə-fəsaddan uzaq olmağı əmr etmişdir:

Allah taala buyurmuşdur:
«(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!»(əl-Bəqərə,205-206)

----------
Yaşar Qurbanov


Tarix: 08.04.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Maraqlı melumatlar
loading...