Günahlar ömrü azaldır və həyatın gətirəcə biləcəyi xeyiri məhv edir. Həqiqətən salehlik ömrü uzadırsa, asilik onu azaldır.
Bəziləri hesab edir ki, ömrün azalması altında onun gətirə biləcəyi xeyirin azaldılması nəzərdə tutulur. Bu ədalətli rəydir, lakin bu günahların pis aqibətinin bir hissəsidir. Digərləri hesab edirlər ki, ömür dünya ruzisi azaldığı kimi azalır.
Allah Subhanə Təala xeyiri artırıb çoxaldan çoxlu səbəblər qoyub hansını ki, biz dünya ruzisindən alırıq və bu həmçinin ömürə də aiddir. Onların fikrincə ömrün bir növ səbəblərə görə artmasında və digər səbəblərə görə azalmasında mümkün olmayan bir şey yoxdur. Dünya ruzisi və ömür, xoşbəxtlik və bədbəxtlik, sağlamlıq və xəstəlik, zənginlik və yoxsulluq – bunların hamısı Qudrətli və İzzətli Allah tərəfindən qədərə yazılıb, lakin O istədiyini buna gətirən səbəblərlə birgə yazıb.
Üçüncülər hesab edirlər ki, günahların təsiri altında ömrün azalması onunla izah edilir ki, həqiqi həyat yalnız qəlb diri olduqda mümkündür və ona görə Allah Sübhanə və Təala kafirləri diri deyil ölü adlandırıb; “Onlar ölüdürlər – diri deyillər” (Ən-Nəhl, 21). Beləliklə, həqiqi həyat – qəlbin yaşamasıdır və insan həqiqətdə Allahla yaşadığı saatlarda yaşayır. Elə bu onun ömür yaşayışıdır. Salehlik, təqva və Allaha itaət bu saatları artırır, həqiqi ömrü artırır ki, bundan başqa ömür də yoxdur. Bir sözlə, əgər qul Allahdan üz döndərirsə və Ona asi olursa, o həqiqi ömrün günlərini itirir və bunun nəticəsini belə deyəcəyi gün dadacaq: "Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!" (əl- Fəcr, 24). Belə insan dünya və axirət həyatında ona xeyir gətirənə diqqət verə də bilər, verməyə də bilər. Bunu etməyibsə həyatını boş yerə işlədərək onu tam məhv edib. Buna diqqət edibsə, onda onun arzuladığı məqsəd uzun və maneələrlə dolu olacaq. Eləcə də nə qədər pis əməllərə giribsə, o qədər də xeyir əməllərdən fayda götürmək ona çətin olacaq. Ömrün həqiqətdə qısalması elə budur.
Məsələnin məğzi ondadır ki, ömür – insanın yaşadığı qədərdir, lakin insan yalnız Rəbbinə can atıb və Onun məhəbbəti ilə ləzzət alanda, Onu zikr edəndə və bütün digər şeylərə münasibətdə Onun razılığını üstün tutduqda yaşayır.
Tarix: 12.04.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Maraqlı melumatlar