Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dinimiz nə üçün islam adlanır?

Cavab: Çünki kim bu dinə daxil olursa özünü Allaha (əsləmə) təslim edir və Ona (istisləm) tabe olur, boyun əyir və Allah və Onun rəsulunun sallallahu aleyhi və səlləm bütün hökmlərinə riayət edir, onlardan möhkəm tutur. Qüdrətli Allah buyurur: “(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?”. (əl-Bəqərə 2:130)

Allah təala buyurur: “Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə cavab vermişdi”. (əl-Bəqərə 2:131)

Həmçinin Allah təala buyurur: “ (Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır”. (əl-Bəqərə 2:112)

Fətəvə isləmiyyə, cild 8, səh.355, Darussalam


Tarix: 05.04.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...