Bu da, digər hadisələr kimi, ilahi proqramla həyata keçən hadisədir. Bir kəsin vəfat edəcək məkanı və dəfn ediləcək yeri, onun harada doğulacağından o qədər də asılı deyil. Bir kəs yaşadığı yerdə vəfat edə biləcəyi kimi, yaşadığı yerlərdən çox-çox uzaqlarda da vəfat edə biləcək ehtimalı mövcüddur. Hər kəsin ölüm yeri təyin edlib və onu ora onun əcəli aparıb çıxardır.
Əbu Said əl Hudridən belə rəvayt edilib: «Rəsulüllah (s.ə.s.) Mədinə içində gedərkən, qəbir qazan bir topluluq gördü və qəbrə qoyulacağın kim olduğunu soruşdu. Dedilər ki: «Bir Həbəşlidir. Burada (Mədinədə) ölüb». Bunun üzərinə Rəsulüllah (s.ə.s.) buyurdu ki: «Lə iləhə illallah! Məmləkətindən buraya, torpağından yaradılmış olduğu bir yerə sövq edildi!»
(Bəzzar; Hakim; Beyhəkki; Şuayb «İman».)
Digər bir rəvayətdə: «Bu, ondan yaradıldığı torpağa bəfn edildi.» (Təbarani, İbn Ömərdən.). Başqa rəvayətdə də belə bildirilir: «Onun ölümü, onu yaradıldığı torpağa gətirdi». (Təbarani, Əbu Dərdadan).
Mətar Bin Ukamisdən edilən rəvayətdə Rəsulüllah (s.ə.s.) belə buyurmuşdur: «Cənabi Haqq, bir qulunun «filan» yerdə öləcəyini hökm vermişsə, onun oraya getməsi üçün onun üçün bir həcət (səbəb, istək, ehtiyac) yaradır» (Həmin həcəti (ehtiyacı, tələbatı) üçün oraya gedər və orada vəfat edər)
(Tirmizi. İm. Suyuti, «Aləmul Bərzah»..)
Əbu Hureyrədən (r) edilən rəvayətdə Rəsulüllah (s.ə.s.) belə buyurdu: «Hər yeni doğulana (gələcəkdəki) qəbrindən bir az torpaq səpilir.» (Əbu Nuaym. im. Suyuti, «Aləmul Bərzah».)
Məsuddan (r) edilən rəvayətdə bildirilir ki: «Bətin işləri ilə vəzifələnmiş mələk, bətində olan nütfəni götürüb əlinə qoyur və: «Ya Rəbbim! Bundan xəlq ediləcəkmi, edilməyəcəkmi?» - deyə soruşur. «Ediləcək» - deyilirsə, soruşur ki: «Ruzisi nədir, əsəri (əməyi, qoyub getdiyi işləri), əcəli və əməli nədir?» Cənabi-Haqq buyurur ki: «Lövhi-Məhfuza bax!». Mələk «Lövhi-Məhfuza» baxır. Ruzisini, əsərini, əcəlini və əməlini görür. Dəfn ediləcək yerdən torpağını götürür. Həmin nütfə ilə yoğurur. Beləliklə də: «Ondan sizi yaratdım. Sizi ona da qaytaracağam» (Taha: 55.) - ayəsinin mənası da budur!».
(Hakim, «Nəvadirul-Usul». )
Hilal bin Yəsəfdən edilən digər bir rəvayətdə bildirilir ki: «Hər doğulacaq körpənin göbəyində, mütləq (gələcəkdə) öləcəyi yerin torpağı vardır.»
(Deynuri, «Mücaləsat». İm. Suyuti, «Aləmul Bərzah»..)
Tarix: 12.04.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Maraqlı melumatlar