Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏSƏD...ONUN MƏNASI, HÖKMÜ, TƏSİRİ, SƏBƏBLƏRİ VƏ ƏLACI

Həmd və səna olsun aləmlərin rəbbi olan Allaha, Salat və Salam olsun peyğəmbərlərin ən şərəflisi Muhəmmədə:

Allahu Təala müsəlmanlar arasında bir-birlərinə məhəbbət hissi yaratdı və bunun ixlaslı olması üçün, yalnız Allah rizasına sevənlərdən bu məhəbbəti qəbul edəcək. Məhz Allah üçün bir-birlərini sevənləri qiyamət günü Öz ərşinin kölgəsi altında toplayacaq. Allah üçün olan bu məhəbbət müsəlmanlar arasında bəzi hüquqları muhafizə etməyə sövq etdi. Beləki, müsəlmanlar bir-birlərinin malını, canını, namus və qeyrətini pisliklərdən və əziyyətdən qorumalıdırlar.

Lakin bəzi nəfslər çirkin və iylənmiş sularda üzürlər, Allahu Təalanın başqalarına verdiyi xeyrə, ruzi və nemətə paxıllıq edirlər. Bunun nəticəsində də qeybət, söz gəzdirənlik, istehza və başqa çirkin əməllərə əl atırlar. Təəssüfki, heç bir cəmiyyət bu cür nəfslərdən xali deyildir.



Buna görə də, müsəlmanlar arasında yayılmış bu cür çirkin vərdişləri müalicə etmək, belə mövzulara diqqət yetirməliyik. Xüsusilə də müsəlman cəmiyyəti daxilində yaşayan gənclər arasında bu cür adətlər intişar etmişdir. Müsəlman qardaş öz müsəlman qardaşının gözəl səsinə, gözəl hafizəsinə və yaxud gözəl ibadətinə həsəd aparır.



Həsəd mövzusunu bir neçə hissəyə ayıraraq, sizə daha aydın olan şəkildə çatdırmaq istəyirik.



Həsədin mənası:

Başqasında olan nemətin itməsini və yox olmasını arzulamaq, həmin nemətin həsəd aparan şəxsdə olub, olmaması şərt deyil.



Həsədin iki növü var:


1. Həsəd aparılan şəxsdə nemət olduğuna görə, ona nifrət etmək. Bu pis həsəddir.
2. Başqasının fəzilətini və üstünlüyünü sevməmək, onunla bərabər və yaxud ondan üstün olmağı arzulamaq. Bu isə qibtə etməkdir.



Həsədin bir çox formaları vardır. Məsələn; başqasındakı neməti görüb, onda olmamasını arzu etmək, yaxud həmin neməti itirməsini arzulamaq, yaxud həmin nemətin onda deyil, özündə olmasını istəmək, yaxud da həmin nemətdən özündə də olmasını arzu etmək amma həsəd apardığı şəxsdən nemətin itməsini arzulamamaq və sairə.



İslam şəriətinə görə həsəd aparmanın hökmü:

Həsəd aparmaq haramdır, Ənəs bin Malik (A.O.R) rəvayət edirki Peyğəmbərimiz (S.A.S) belə demişdir: "Bir-birinizə kin bəsləməyin (qəzəblənməyin), bir-birinizə həsəd aparmayın və bir-birinizdən üz döndərməyin. Qardaş olaraq Allahın qulları olun. Müsəlman öz qardaşıyla 3 gündən artıq küsülü qalmaz" Müslüm rəvayət etmişdir.



Həsədə aparan yollar və səbəblər:

1- Həsəd aparanın başqasına qarşı kin bəsləməsi, düşmənçilik və nifrət etməsi.

2- Həsəd aparanın özündən razı qalması, təkəbbürlülüyü və öyünməsi.

3- Başçılığı, böyüklüyü və cah-cəlalı sevmək, kiməsə həsəd aparmağa səbəbdir.

4- Kimdəsə birdən-birə yaxşı bir şeyin peyda olması, Allahın ona nemət verməsi, başqasının ona həsəd aparmasına səbəb ola bilər.

5- Dünyanı və dünya malını sevmək.

Eləcə də, kimdəsə nemət olarsa, həmin şəxs başqalarından fərqlənərsə, onda olan nemətə görə başqalarına başçılıq edərsə, sözü keçən olarsa, ictimaiyyat arasında bu nemətə görə ad-san qazanarsa, bunlar hamısı kiminsə ona həsəd aparmasına gətirib çıxara bilər.



Həsəd aparanın başqalarına və cəmiyyətə göstərdiyi təsiri və ziyanı:

- Həsəd aparanın imanı kamil olmur. Allah yolunda çalışan insanı eyni anda, getdiyi yolların tozu və cəhənnəm odu bürüməz. Eləcə də heç bir Allah qulunun daxilində iman və həsəd bir yerdə ola bilməz.

- Həsəd aparmaqla insan xeyir əməllərdən uzaq olur, cəmiyyətdə insanlar arasında nifrət və kin yaranır. İnsanlar bir-birlərinə həsəd aparmayınca daim xeyir içində olacaqlar.

- Həsəd aparmaq Allahın qəzəbinə də səbəb olur, bu da günahdır. Həsəd, yaxşı və savab əməlləri yeyir, necəki alov taxtanı yeyir.

- İnsanlar belə, həsəd aparana pis baxırlar və onunla düşmənçilik edirlər. İnsanların ən pisi və şərlisi, başqalarını incidib qəzəbləndirən və onlarla düşmənçilik yaradandır.

- Həsəd aparan həmişə həsəd apardığı adamın haqqını yeyir, yəni ona halal olmayan şeyləri danışır, yalan deyir, qiybət edir və hətta həsəd apardığı şəxsin sirrini yayır.



Bəs həsəd aparılan şəxs bu halda nə etməlidir? Əgər bilsəki ona həsəd aparanlar var;

- Etdiyi günahlardan Allaha tövbə etsin

- Allaha təvəkkül etsin

- Allaha sığınsın, zikirlər etsin

- Həsəddən qorunması üçün Allaha dua etsin

- Həsəd aparana qarşı pis davranmasın və ədalətli olsun

- Hətta ona yaxşılıq etsin

- Həsəd aparana Allahın ona verdiyi nemət haqqında danışmasın



Ola bilsinki, kimsə özündə və qəlbində həsəd yarandığını hiss etsin. Bundan qurtulmaq üçün bəzi xüsusiyyətləri və İslami əxlaqları, insan öz daxilində yeniləməlidir.

- Təqva və səbr

- Kiməsə həsəd aparırsansa, onun haqqını tapdalamamaq

- Kin saxlamamaq

- Unutmaki həsəd aparmaq bu dünyada və axirətdə ziyandır

- Həsəd apardığın şəxslə gözəl rəftar etmək

- Həmişə görəndə ona salam vermək

- Daxilindəki təkəbbürlüyü və öyünməyi boğmağa çalışmaq

- İxlas

- Quran oxumaq

- Hesab və cəza gününü xatırlamaq

- Dua etmək və sədəqə vermək



Həsədin necə də çikrin və xoşagəlməz bir adət olduğunu, aşağıdakı ayələrdən oxuyun.

"Mələklərə, Adəmə səcdə edin dedik səcdə etdilər, yalnız İblis səcdə etmədi, o, cinlərdən idi və Rəbbinin əmrindən çıxdı, fasiq oldu." Kəhf surəsi, 50-ci ayə

Deməli göydə Allaha ilk dəfə asi olaraq işlənilən günah həsəd olub.



"Onlara haqqla Adəmin iki oğlunun xəbərini (hekayəsini) oxu. Qurban verdilər, onlardan birinin qurbanı qəbul olundu, o birinin qurbanı qəbul olunmadı. (Qurbani qəbul olunmayan dediki) səni öldürəcəm, (qurbanı qəbul olunan isə dediki) Allah yalnız müttəqilərdən (Allahdan qorxanlardan) qəbul edir." Maidə surəsi 27-ci ayə

Bu da, yer üzündə Allaha asi oluraq işlənilən ilk günah idi, hansıki qardaş öz qardaşına həsəd apardı.



"Kitab əhlindən çoxları, onlara haqq yolu aydın olandan sonra (haqq yolunu açıq-aşkar tanıyandan sonra) həsəd apararaq, sizi iman gətirdikdən sonra yenidən kafir etmək üçün can atdılar" Bəqərə surəsi, 109-cu ayə

Fikir verinki həsəd aparmaq kitab əhlinin, yəhudi və xristianların sifətlərindəndir.



Peyğəmbərimiz (S.A.S) buyurmuşdurki: "Sizdən əvvəlki ümmətlərdə olduğu kimi, həsəd, kin və küdurət xəstəliyi sizə də keçib" Bu hədisdə də görə bilərikki, həsəd bir xəstəlikdir və bizdən əvvəlki ummətlərdə və əsrlərdə də olmuşdur.

Allah bizi həsəddən qorusun!


Tarix: 14.04.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 305 Bölmə: Maraqlı melumatlar
loading...