Əs-salamu aleykum və rahmətullahi və bərakətuhu.
Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərrdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq.
Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz.
Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir.
« Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsülman olaraq can verin» (Al-i İmran, 102)
« Ey insanlar! Sizi tək bir nəfisdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadındlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah üzərinizdə nəzarətçidir» ( Nisa, 1)
« Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, Allah işlərinizi düzəltsin və günahlarınızı bağışlasın. Kim Allaha və Rasuluna itaət edərsə o böyük bir səadətə nail olar» ( Əhzab, 70-71).
Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir. Möhtərəm müsəlmanlar! İlk əvvəl sizləri təkvalı olmağa çağırıram. Allah Sübhənə və Təalə müsəlman ümmətini ən xeyirli ümmət etdi. Allah Sübhənə və Təalə buyurur ki, «Ən xeyirli ümmət siz oldunuz. Çünki siz insanları yaxşı əməllərə çağırır və pis əmməllərdən çəkindirirsiz. Və bu ümmətin yaxşılığı da bundadır ki, İnsanları xeyrə çağırıb şərdən uzaqlaşdırsın.» Dəvət mühüm movzudur. Daimə müsəlmanlara lazımdır. Lakin dəvətə aid məsələlər var. Müsəlman təkcə dəvət etmək eşidib onunla kifayətlənməməlidir. Həmçinin dəvətə aid olan məsələləri də öyrənməlidir. Məsələn, nə deməlidir, nəyə dəvət etməlidir, kimi dəvət etməldir və s. Müsəlman dəvət edəndə birinci özünə, sonra danışana, sonra isə kimi dəvət edirsə ona baxmalıdır. Təbii ki, bunların hamsını hər bir müsəlman bilməlidir. Az da olsa bilməlidir. Bu günkü mövzumuz da kimləri dəvət etmək lazımdır olduğudur. Şəkk yoxdur ki, insanlar fərqlidir. Var iman gətirənlər, var qəbul edib şübhəsi qalanlar və heç qəbul etməyənlər. Ona görə dəvət olunanlar fərqlənir. Xüsusən də şəkk gətirənlər. Onlarla çox vaxt istəməsən də münaqişə alınır. Ona görə bu gün öyrənmək istəyirik ki, dəvətdə necə münaqişə etməliyik. Yəni mübahisənin ədəbi necə olmalıdır. Çünkü bəzi insanlar qəbul edir, bəziləri isə qəbul etmir. Ümumən münaqişə və ya mübahisə budur ki, kim ilə mücadilə edirsənsə onun fikrini düzəldəsən, yəni səhih edəsən, ya da şübhəli fikirdən uzaqlaşdırasan. Mücadilənin mənası da budur, məqsəd də bundadır. Mücadilə iki növdür: Bəyənilən və bəyənilməyən. Ümumiyətlə insan mübahisə edəndir. Allah Sübhənə və Təalə buyurur:
«Biz bu quranda insanlar üçün çox məsələlər çəkdik. İnsan isə ən çox mübahisə edəndir» (Kəhf 54).
Allah Sübhənə və Təalə insanın təbiətindən danışır. Deyir ki insan ən çox mücadilə edəndir. Təbii ki, mübahisənin səbəbi var. Allah Sübhənə və Təalə əhli kitab ilə mübahisə etməyi əmr edib:
«Onlara ən gözəl tərzdə mücadilə edin» (Ənkəbut 46).
Qurana fikir versən Allah Sübhənə və Təalə çox yerdə müşriklərlə, həmçinin peyğəmbərlər də müşriklərlə mübahisə edib. Bunların hamsı bəyənilən mübahisələrdir. Məsələn, İbrahim (ə.s) neçə cür mübahisə edir. Onlar ilə xaliqi tanıtdırmaq üçün mübahisə edib. Mübahisə həm fikiri, həm də əməli olur. İbrahim (ə.s) muşriklərlə həm fikirlə, həm də əməllə mübahisə edir. Allah Sübhənə və Təalə buyurur: «Bu, Bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir.» Şəkk yoxdur ki, Allah da gözəl, qüvvəli dəlilləri, üslubu istədiyinə verir. Tarixdə görürük ki, alimlər olub güclü dəlillərinə görə qalib gəliblər. Bunların hamsı Allahdandır. Əgər mömin ixlaslı olsa, xeyir istəsə Allah ona verər, həm də kömək edər. Ona görə Allah Sübhənə və Təalə buyurur ki, o bizim dəlilimizdir. İbrahim (ə.s) ən birinci ibadət məsələsinə toxunur. Əsas məsələ də bu idi. İbrahim atasına və tayfasına dedi:
«Sizin bu tapınıb durduğunuz heykəllər nədir»« (Ənbiya 52)
O birinci səbəbin soruşur. Çünkü səbəb əsasdır. Nə səbəbə görə buna ibadət edirsiz. Umumiyyətlə münaqişədə bu, insana kömək edir. O səbəbi tutub deyirsən ki, bu düzgün deyil. Bu hər şeyə aiddir. Məsələn, biri içki içir. Əvvəl soruşmaq lazımdır ki, niyə içirsən. Bəlkə adama çatmayıb ki, haramdır, bəlkə də şübhədir, səhv başa düşüb. Ona görə də səbəbin öyrənib sonra demək lazımdır səhvdir, haramdır. Müşriklər nə cavab verdilər. Onlar «Biz atalarımızı onlara ibadət edən görmüşdük « deyə cavab verdilər» (Ənbiya 53). Yəni gözümüzü açıb görmüşük ki, ata babamız belə ibadət edir, biz də belə edirik. Nəinki onlar, hətta indi də belə deyirlər. Lakin ibadət gərək xalis Allaha olmalıdır. Vasitə olar, lakin şəriət dediyi vasitələri. Biz də deyirik kəramət var, vasitə var. Lakin fərq ondadır ki, onlar şəriətin çərçivəsindən çıxıblar. Şəriət demədiyi şeylər deyiblər. Xüsusən də o məsələlərdə ki, gərək şəriətə sığınasan. Biz isə həddi aşmayıb, şəriət nə deyib, o miqdarda olar deyirik. Biz də deyirik kəramət var, övliyalar olub, inşaallah olacaq. Bəziləri kəraməti şişirdiblər. Hətta möcüzələrdən üstün tutublar. Bəzi şeyxlərə elə kəramətlər veriblər ki, heç peyğəmbərlər belə möcüzələr etməyiblər. Və bütün məsələlər də səbəbi şişirtmək və şəriət dəlillərindən qırağa çıxmaqdır. Ona görə də İbrahimin (ə.s) qövmü dedi ki, ata-babamız necə ibadət edib, bütlərə səcdə edib, biz də elə edəcəyik. İbrahimə (ə.s) də dedilər ki, sən təzə din gətirmisən. Müşriklərin də şübhəsi budur. Demədilər ki, onlar bizə ruzi, şəfa verir. Dedilər biz belə görmüşük, belə ibadət edirik. Onlar da saleh insanlar olub. Lakin İbrahim (ə.s) nə cavab verir:
«And olsun ki, siz də və sizin atalarınız da açıq aşkar azmısınız.» Ona görə belə vasitə olmaz. İbadət gərək xalis Allaha olsun. Xalis olmayan ibadət qəbul olmur. Sonra İbrahim (ə.s) onlara bəzi dəlillər gətirdi ki, siz ona ibadət edin, hansı ki, sizi atanızı, yerləri, göyləri yaradıb. O xaliqə ibadət edin. Sizin ibadət etdiyiniz şeylər heç nə bacarmır. Əgər bacarsalar da heç nə edə bilməzlər. Hər iki tərəfdən qapıları bağlıdır. Hərtrəfli acizdirlər. Allaha şərik qoşmaq olmaz. Bu peyğəmbərin münaqişələrindən biri idi. Belə münaqişələr çoxdur. Həmçinin Allah müşriklərlə, xüsusən də ölümdən sonra dirilməni inkar edənlərlə mübahisə edir. Ağıllı mübahisə. Sonra İbrahim (ə.s) əməli mübahisəyə keçir. Bütlərin hamısını dağıdır və ən böyüyünü saxlayır. Ondan da səbəbin soruşanda o dedi ki, o desin sizə. Lakin o bütdür, onlar onu özləri əllə düzəldib. Bu da əməli hüccətlərdən biridir. Biz dedik elə mübahisələr var ki, bəyənilmir. Mübahisə edəndə baxmaq lazımdır kimi dəvət edirsən. Bəlkə fəlsəfəçidir, kəlam əhli hansı ki, ağlı qurandan üstün tutur. Quran və sünnəni ağla tabe edənlər, ağıl nəyi yaxşı görürsə ona yaxşı, nəyi pis görürsə ona pis deyirlər. Onlara ağıllılar deyilir. Onlarla mübahisə etmək lazım deyil, əgər elmdə mütəməkkin (kamil) deyilsən. Ona görə baxmalısan kim ilə mübahisə edirsən. Bəzi müsəlman qardaşlar həmişə mübahisə etməyə can atırlar. Belə mübahisələr bəyənilmir. Peyğəmbərimiz (s.ə.s) buyurur: «Əgər bir qövm daim mübahisə edirsə, o qövm zəlalətdədir. Xüsusən də bəyənilməyən mübahisə.» Həmçinin Peyğəmbər buyurur ki, mübahisə ibadəti pozur. Allah Sübhənə və Təalə buyurur: «Həcc vaxtı mübahisə edənin, həcci pozular» (Bəqərə 97). Mübahisə həmçinin orucu da pozur. Peyğəmbərimiz (s.ə.s) buyurub: «Oruc tutan söyüş söyməz, mübahisə etməz». İmam Zəhəbi bəyənilməyən mübahisəni böyük günahlardan adalandırır. Mübahisə etdiyin adamın gərək elmi olsun. İmam Şafi deyib ki, «Mən yüz alimlə mübahisə edərəm, lakin bir cahillə mubahisə etmərəm. Çünkü ona bir şey sübut edə bilmirəm.» Allah Subhəna və Təalə buyurur: «Şeytanlar onlara tabe olanlara vəsvəsə edib elimsizcəsinə mübahisə etdirərlər.» Ona görə hər adamlarla mübahisə etmək lazım deyil. Allah Təaələ buyurur: «Siz və atalarınızın bunlara verdiyi adlar haqda mübahisə edirsiz. Halbuki Allah bu barədə heç bir dəlil deməyib.» Həmçinin mübahisə insanı xeyirdən məhrum edir. Peyğəmbər (s.ə.s) görür ki, qədr gecəsi nə vaxt olması barəsində mübahisə edirlər. O (s.ə.s), deyir çıxmışdım sizə xəbər verim, Allah onu götürdü məndən. Əgər insan elmi, mübahisə etmək üçün öyrənirsə o cənnəti görməyəcək. Ümumiyyətlə müsəlman görək belə şeylərə baş qoymaya. Dəvət o demək deyil ki, nə gəlidi danış. Gərək qaydaların biləsən. Ziad bin Hudeyr deyir ki, vaxt gələcək insanlar Qurandan şübhələrlə mübahisə edəcəklər. Siz də onlara Sünnə ilə cavab verin. Çünki əhli-sünnə Quranı ən yaxşı biləndir. Əli bin Əbu Talib (r.a) İbn Abbasa (r.a) xavariclərlə mübahisəyə gedəndə ona deyir ki, onlar səninlə Quranla danışsalar, sən onlara sünnə ilə cavab ver. Həmçinin Əli (r.a) deyir ki, Quranı 3 qism insanlar öyrənir.
1. Allaha görə öyrənənlər;
2. Mübahisə üçün öyrənənrlər;
3. Dünya üçün, pul qazanmaq üçün öyrənənlər.
Lakin axirətdə birincisi nicat tapacaq.
Allah Təalə bizi gözəl mübahisə edənlərdən etsin Amin!»
Tarix: 13.04.2013 / 17:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 439 Bölmə: Maraqlı melumatlar