Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (15-21)

15-ci əlamət: dəllallığın yayılması:
Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: "Dünyanın sonu gəlməzdən əvvəl dəllallıq yayılacaq"
(ət-Təbərani. əl-Munziriyə görə səhihdir)
Əbu Hüreyra həmçinin danışır ki, Peyğəmbər (sav) belə deyib: "Elə bir vaxt gələcək ki, insan öz var-dövlətini necə: halal və ya haram yolla qazandığına fikir verməyəcək".
(Buxari, Əhməd və Ən-Nəsan)

16-cı əlamət: ölçü və çəkidə aldatma hallarının çoxalması:
İbn Ömər danışır ki, bir dəfə Peyğəmbər (sav) onlara üzünü çevirib belə dedi: "Allah sizi beş cür sınaqdan qorusun: əgər insanlar açıq-aşkar pozğunluq etsələr, onların arasında taun və keçmişdə onların sələflərini tutmayan xəstəliklər yayılacaq; əgər onlar ölçü və çəkidə aldatmağa başlasalar, onlar üçün ağır illər başlanacaq, ərzaq çatışmamazlığı və ədalətsiz hökmdarlar peyda olacaqlar; əgər onlar öz mülklərindən zəkat verməyi dayandırsalar, onlar göylərdən yağan yağışı əldən verəcəklər və əgər mal-qara olmasaydı, yağışlar tamamilə kəsilə bilərdi; əgər onlar Allahın və peyğəmbərin əhdinə (məsləhətinə) sadiq olmasalar, Allah onların düşmənlərinə onları məğlub etməsinə və onların malik olduqlarının bir hissəsini almasına icazə verər; əgər onların hökmdarları Allahın yazdığına uyğun mühakimə etməsələr və Allahın göndərdiklərindən özləri üçün rahat olduğunu seçsələr, Allah onların arasında düşmənçilik salar".
(İbn Macə, "Silsilət-əl-Əhadis əs-Səhihə", c. 1, səh.216-217; "əs-Sunan əl-Varid fi əl-Fitən",səh. 160-161. Əlbaniyə görə həsəndir)

17-ci əlamət: müsiqinin və mahnıların artması:
Səhl ibn Sad danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Dünyanın sonuna yaxın pozğunluq, iflas və mənəvi çirkinlik baş alıb gedəcək» Ondan soruşurlar: «Ey Allahın Elçisi! Bu nə vaxt olacaq? O cavab verir: «Müsiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı zaman?».(İbn Macə. Əlbaniyə görə həsəndir)
Əbu Malik əl-Əşari danışır ki, o, Allah Rəsulunun (sav) belə dediyini eşidib: «Mənim ümmətimdə elə insanlar olacaq ki, onlar zinakarlığın, ipək paltar geyilməsinin, uyuşdurucu içkilərdən və musiqi alətlərindən istifadə edilməsinin icazə verildiyini zənn edəcəklər. Dağın ətəyində məskən salan insanlar olacaq. Onların böyük sürüləri olacaq və bir dəfə onların yanına miskin bir adam gələcək. O, onlardan sədəqə istəyəndə deyəcəklər: «Sabah gələrsən». Gecə ikən Allah, dağı onların üstünə aşıracaq, sağ qalanlarını isə meymunlara və donuzlara çevirəcək. Onlar Qiyamət gününə qədər belə iyrənc vəziyyətdə qalacaqlar».
(Buxari)

18-ci əlamət: içkinin və narkotik maddələrin yayılması:
Ubadə ibn əs-Samit danışır ki, Allahın Rəsulu (sav) delə deyib: «Mənim ümmətimdən olan bəzi insanlar uyuşdurucu içkiləri icazə verilmiş hesab edəcəklər və onlara müxtəlif adlar qoyacaqlar».(Əhməd. Əlbaniyə görə səhihdir)
Bu gün insanların çoxu məhz belə edir, onlar Quranda güya ki, yalnız çaxırın qadağan olunduğunu deyərək araq, likor, şampan və s. uyuşdurucu içkilər içir və yalniz çaxıra əl vurmurlar. Bəzi günahkarlar arağa hətta «dərman» da deyirlər. Sübhan Allah! Onların beyinləri nə qədər də dumanlıdır!

19-cu əlamət: məscidlərin və Quran vərəqlərinin bəzədilməsi:
Ənəs danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «İnsanlar birbirinin qarşısında məscidlərlə öyünməyənə qədər Qiyamət saatı qopmayacaq».
Əbu əd-Dərda danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Əgər siz, məscidləri və Quranın vərəqlərini bəzəməyə başlasanız, onda siz məhv olacaqsınız».(əl-Hakim, ət-Tirmizi. Əlbaniyə görə səhihdir. Bax: "Silsilət-əl-Əhadis əs-Səhihə", c. 3, səh. 337)
Ənəs deyib: «İnsanlar məscidlərlə öyünəcək və onları azaz ziyarət edəcəklər. Onlar məscidlərdə düzəltdikləri cəh-cəlalla öyünəcəklər». İbn Abbas deyib: «Siz məscidləri yəhudilərin və xaçpərəstlərin tidikləri kimi bəzəyəcəksiniz».(Bu deyimləri Buxari rəvayət edib)
Ömər Mədinədəki Peyğəmbər (sav) məscidini sahmana salanda belə deyib: «İnsanları yağışdan qoru, amma onların diqqətini azdırmamaq üçün qırmızı və sarı rənglərdən çəkin».(«Fəth əl-Bari», c. 1, səh. 539)
Əl-Münavi yazır: «Şəriət məscidlərin və Quranın vərəqlərinin bəzədilməsinin əleyhinədir, ona görə ki, qəşəng naxışlar insanın diqqətini cəlb edir, ona səfərbər olmağa və özünün Uca Allahın qarşısında olduğunu hiss etməyə mane olur. Şafii məssəbli ilahiyyatçılar hesab edirlər ki, məscidlərin və hətta Kəbənin qızıl və gümüşlə bəzədilməsi qəti qadağandır, başqa bəzəklər isə arzuolunmazdır».(«Fayd əl-Qadir», c. 1, səh. 367)
Əl-Mehdi deyib: «Məkkədəki Müqəddəs məscidə və Mədinədəki Peyğəmbər məscidinə gəldikdə isə, onlar müsəlman alimlərinin razılığı olmadan bəzədilmişlər. Və əgər onlar o vaxt susmuşdularsa, bu hələ onların razılığı demək deyildi. Məscidlər, mömin ilahiyyatçıların razılığını soruşmayan, ədalətsiz hökmdar¬lar tərəfindən bəzədilmişdir».
(Məhəmməd əs-Sənaninin «Subul əs-Səlam» kitabından, c. 1, səh. 232)

20-ci əlamət: Quranın oxunmasına
mahnıya yanaşdıqları kimi yanaşmaları.
Əbis əl-Qifəri danışır ki, Peyğəmbər (sav) aşağıdakı hadisələrin baş verəcəyindən ehtiyat edirdi: davamçılarının öz övladları tərəfindən idarə olunmaqlarından, aralarında çoxlu candarm olmasından, şərabın istifadəsinin, hakimlərin pulla ələ alınmasının, qohumluq əlaqələrinin qırılmasının yayılmasından və həmçinin mahnılara yanaşdıqları kimi Qurana yanaşan insanların peyda olmasından. Onlar, onlardan çox bilməyən kəsi irəli sürəcəklər ki, o onlar üçün Quranı mahnı kimi oxusun.(Ət-Təbərani və əd-Dani rəvayət edib, Əlbaniyə görə səhihdir. "Silsilət əl-Əhadis əs-Səhihə", c.2, səh. 672-674. )
Bu o deməkdir ki, müsəlmanların arasında Quranın oxunma qaydasına və mənasına fikir verməkdən daha çox onun gözəl oxunuşuna diqqət yetirən insanlar peyda olacaq. Lakin bu, heç də o demək deyil ki, islamda Quranın avazla oxunması pislənir. Əksinə, hər bir mömin bacardığı qədər bunu etməlidir. Bəkir ibn Əl-Münzir danışır ki, Peyğəmbər (sav) belə deyib: "Quranı avazla oxumayan bizdən deyil" .(Əbu Davud. Bax: "Riyad əs-Salehin", 1007. )
Rəvayət edilir ki, Əbu Hüreyrə Peyğəmbərin (sav) belə dediyini eşidib: "Allah gözəl səs malik olan və Quranı avazla ucadan oxuyan peyğəmbəri dinlədiyi kimi heç bir şeyi dinləmir".(Buxari və Müslüm. "Fəth əl-Bari", 9/86)
İmam Əhməd deyib: "Quranı gözəl bir tərzdə, dalğınlığı və kədəri ifadə edərək oxumaq lazımdır. Və, "Allah gözəl səs malik olan və Quranı avazla ucadan oxuyan peyğəmbəri dinlədiyi kimi heç bir şeyi dinləmir" sözlərin mənası məhz bundan ibarətdir".(Əl-Ədəb əş-Şəriyyə", 1/741)

21-ci əlamət: hündür binalar tikməkdə yarışma:
Əbu Hüreyrənin uzun hədisində Peyğəmbərin (sav) belə dediyi xəbər verilir: «…İnsanlar hündür binalar tikməkdə bəhsə çıxmayana qədər Qiyamət saatıqopmayacaq».
(Hədisi əd-Dani rəvayət edib. Onun mahiyyəti Buxarinin rəvayətində verilir)
İbn Həcər yazır: «Burada insanların özləri üçün başqalarından daha hündür binalar tikmək arzuları nəzərdə tutulur. Güman ki, insanlar bir-birinin qarşısında özlərinin hündür binaları ilə lovğalanacaq və onları müxtəlif üsullarla bəzəyəcəklər. Artıq bu gün biz bunun şahidi oluruq və etiraf etməliyik ki, insanların özləri üçün nə isə daha böyük bir şey tikmək istəyi getdikcə artır». Diqqət yetirin ki, bu sözlərin müəllifi hicri tarixi ilə 773-852-ci illərdə yaşayıb.


Tarix: 17.04.2013 / 13:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Maraqlı melumatlar
loading...