Ömər ibn əl-Hattab (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) dedi:
“Kim xəstə bir insanı görüb “Məni sənin düçar olduqundan xilas etmiş və məni bir çox məxluqları arasında üstün tutumuş Allaha həmd olsun” – desə, həmin xəstəlik ondan yan keçər”.
اَلْحَمْدُ لِلَّهِ الَّذِي عَافَانِي مِمَّاابْتَلَكَ بِهِ، وَفَضَّلَنِي عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً
/Əlhəmdu li-Lləhi lləzi ‘afani mimməbtələkə bihi ua faddaləni ‘alə kəsirin mimmən xaləqa tafdılən/.
(ət-Tirmizi, 3431; İbn Məcəh, 3892. Şeyx əl-Albani hədisin həsən olduqunu bildirmişdir.)
İmam ən-Nəvavi bu duanın xəstə insanən inciklik və ümidsizliyə düşməməsi məqsədilə ona eşitdirməmək şərti ilə oxunmasının müstəhəb olduqunu bildirmişdir.(əl-Əzkar, 386.)
RəsulUllah (s.a.v) demişdir: “Kim axşam çağı üç dəfə: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” – desə, ona həmin gecə qızdırma üz verməz”. ( Əhməd, 2/290; İbn əs-Sunni, 1/67. Hədis səhihdir.)
اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
/Ə‘uzu bikəliməti-Lləhi ttammti min şərri mə xələq/.
Rəvayət olunurki, günlərin bir günü Osman ibn Əbul-‘As (r.a) peyğəmbər (s.a.v) -ə bədənində olan ağrıdan şikayətləndi və Allah rəsulu (s.a.v) ona dedi: “Əlini ağrıyan yerə qoyub üş dəfə “Allahın adı ilə” de, sonra isə yeddi dəfə “Hiss etdiyimin və ehtiyyat etdiyimin şərindən Allahın izzəti və qüdrətinə sığınıram”. (Muslim, 2202.)
Üç dəfə: /Bismi-Lləh/ بِسْمِ اللَّهِ
Yeddi dəfə: اَعُوذُ بِعِزَّةِ اللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَ أُحَاذِرُ
/Ə‘uzu bi-‘izzəti-Lləhi ua qudratihi min şərri mə əcidu ua uhazir/.
Tarix: 11.04.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar