Qız uşağının sırğa taxması üçün qulaqlarını deşməkdə bir qəbahət yoxdur. Bunu hələ də bir çox insanlar etməkdədirlər və hətta Peyğəmbərin sallallahu aleyhi və səlləm vaxtında qadınlar qulaqlarına və digər yerlərinə zinət əşyaları taxardılar və buna görə töhmət olunmurdular.
Bunu etməyin qız uşağına ağrıya səbəb olması məsələsinə gəldikdə bundan məqsəd onun məsləhətində, marağındadır. Çünki qadına zinət əşyası və özünü bəzəmək lazımdır. Qulaqları deşmək icazə verilən bir məqsədə xidmət edir və buna ehtiyac olduğundan icazə verilir. Necə ki, tibbi səbəblərdən, əsaslardan dolayı qadının cərrahiyyə əməliyyatından keçərkən keyləşdirilməsinə icazə verilir. Zinət əşyalarını taxmaq üçün qulağı deşməyə də icazə verilir. Çünki bu qadının ehtiyac duyduğu bir şeydir və çox ağrıya səbəb olmur, qadına böyük təsiri yoxdur.
Daha doğrusunu Allah bilir.
Saleh Fouzan ali Fouzan
Tarix: 03.04.2013 / 23:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar