Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruzilər və əcəllər Allahın əlindədir

insanı qoruyan və təvəkküldə kifayət edən, müvəffəq edən və hidayət verən Allaha həmd olsun. Ona, onu bütün nöqsan sifətlərdən üstün tutaraq həmd edirəm. Onu dost tutan zillətə düşməz, Ona düşmən olan üstün olmaz. Şəhadət edirəm ki, Alahdan başqa ilah yoxdur. O, təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, nəbimiz Məhəmməd, Onun qulu və rəsuludr. Allahına ən yaxşı təvəkkül edəndir. Allahım! Qulun və rəsulun Məhəmmədə, ailəsinə və əshabına, tabiinə və yaxşılqda onlara tabe olanlara Salavat və salam et!

! ..Ey Allahın qulları!..Allahdan lazımınca qorxun. Çünki təqva ağıl sahiblərinin yoludur. Xata etməkdən təqva ilə əmin olunur. Cənnət nemətləri onunla əldə edilir və cəhənnəmdən qurtuluş onunladır.
Ey Müsəlmanlar!..Nəfsə görə yaşanılan müxtəlif zəifliklər arasında iki mövzu var ki, insanın həyatında böyük ölçüdə təsiri var. Onu; ona uyğun olmayan və halal olmayan, Allahın onu şərəfli və yaratdıqlarından çoxuna üstün edərək ona bağışladığı uca məqama və şərəfli səviyyəyə yaraşmayan yerlərə aparır. Bunlar; ruzinin kəsilməsindən vəya azalmasından qorxmaq və ömrün tükənməsindən vəya azalmasından qorxmaqdır.
Bu Dinin üstün tərəflərindən, tərifə layiq cəhətlərindən biri də xəstəliyi incə və əsaslı bir şəkildə müalicə etməsidir. Bu, xəstəliyin müsəlmanı təsiri altına almasının qarşısını alır. İman zəifliyinin, təvəkkül etməməyin və imanın azalmasının bir nəticəsi olaraq qorxulan şeylərin açıq hədəfi halına gəlməsinə mane olur.
Allah Sübhanahu ruzini və əcəli sadəcə öz əlində tutaraq qullarının qəlblərinə rahatlıq vermiş, onlardan bu iki qorxuya sövq edən amilləri qaldırmışdır. Qulların ümidlərinin Ona bağlanması, qəlbəlrinin Ona yönəlməsi və ehtiyaclarını Ondan istəməkləri üçün özünün xaricində heç kimsə üçün ruzi və əcəl məsələsində bir pay ayırmamışdır. Qullar bu inamla, həyatın mərhələlərini Allahdan başqa kimsədən qorxmadan, əmin amanlıq içində başa vururlar. Nəfslər ucalır və Allahdan başqa kimsəyə baş əymir. İnsanda ümidlər yüksəlir və Allahdan başqasına əyilmir.
Allah Sübhanahu ruzi məsələsində qullarını arxayınlaşdıraraq qəti bir dillə, səmimi bir sözlə və həqiqi bir vəd ilə belə buyurur: "Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır). Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir. (Əz Zariyat surəsi, 22-23)
Yenə qulları üzərindəki bəzi nemətlərini sayaraq və sadəcə onun yaradan və ruzi verən, yaşadan və öldürən olduğunu bildirərək beləbuyurur: "Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır" (Ər Rum surəsi, 40)
Bu, ruzinin sadəcə Ondan istənməsini, sadəcə Ona ibadət edilməsini və şükr edilməsini şərtləndirir. Allah Sübhanah və Taəla belə buyurur: "Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!"" (Əl Ənkəbut surəsi, 17) Rəsulullah sallallahu aleyhi va səlləm də əmisinin oğlu Abdullah b.Abbas radiyallahu anhumaya etdiyi məşhur vəsiyyətində bunu izah edərək belə buyurur: Bil ki, millət sənə bir şeylə fayda vermək üçün toplansa, Allahın sənin üçün yazdığından başqa fayda verə bilməzlər. Və sənə bir şeylə zərər vermək üçün toplansalar, Allahın sənin üçün yazdığının xaricində bir zərər verə bilməzlər. Qələmlər qaldırıldı və səhifələr qurudu. Bu hədisi; İmam Əhməd, Tirmizi və Hakim səhih bir isnad ilə rəvayət edir.
Əcəl mövzusuna gəlincə Allah Taəla onun da öz yanında bir kitabda yazılı və təqdir edilmiş olduğunu bildirir. Belə buyurur: "Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir" (Ali İmran surəsi, 45)
Bu həqiqətin açıqlığına, bu vədin doğruluğuna və bu izahın açıq aydın olmasına baxmayaraq bəzi insanların içinə düşdükləri iman zəifliyi əksəriyyət etibarilə onları bu vəd edilən həqiqətdən uzaqlaşdırmışdır. Onlarla bu həqiqətin arasını açır və Allahın vədindən, ruzilərin paylanmasının və əcəlin yalnız Allahın əlində olduğundan, heç kimin bunlar üzərində bir hökmünün olmadığından qafil olurlar. Bir də nə görsən yaxşıdır Onlardan biri özü kimi bir insanın qarşısında əyilir və alçalır. Yaltaqlanır və ona təriflər yağdırır. Bu şəkildə, heç də haqqı olmadığı və layiq olmadığı halda onu, haradasa sadiqlər mərtəbəsinə, salehlər və islah edənlər məqamına yüksəldir. Sonra bu sözlərinə bir çox yalan qatır və bir çox həqiqəti dilə gətirmir. Bu davranışın nəticəsində, o, qul üzərinə bir vəbal olur və bu Rəbinin qəzəbinə və hirslənməsinə səbəb olur. Möminlərin anası Aişə radiyallahu anhadan gələn bir hədisdə Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: Kim insanları hirsləndirmə bahasına Allahın razılığını axtararsa Allah ondan razı olur və insanları da ondan razı edər. Kim də Allahı qəzəbləndirmə bahasına insanların razılığını axtararsa Allah ona qəzəblənər və insanların da ona qəzəblənməsini təmin edər. Bu hədisi, Tirmizi və digər bəzi alimlər səhih bir isnadla və müxtəlif sözlərlə rəvayət edir. Sığınılacaq yer haradadır Qurtuluş və qaçış haradadır Ey Allahın qulları! Şübhəsiz bu; alçaq bir sifət və nifrət doğuran bir xüsusiyyətdir. Ağıl sahiblərinin çəkindiyi və anlayışlı insanların uzaq durduğu bir xasiyyətdir. Buna, qeybət, söz daşımaq, pisləmə, lənət oxuma və böyük günahlarla təqsirləndirmə kimi başqasının zərərinə olan şeylər də əlavə olunarsa daha da çirkin olur.
Allahın qulları! ..Allahdan lazımınca qorxun və Allaha ən yaxşı şəkildə etibar edin. Ruzinin və əcəlin Allahın əlində olduğunu yada salın. Heç bir nəfsin ruzini və ömrünü tamamlamadan ölməyəcəyini, fayda və zərərin Allahın qatından gəldiyini, Allahın qullarına kifayət olduğunu və qulların, Allahdan başqa heç kimsənin himayəsinə ehtiyacı olmadığını xatırlayın. Lənətə gəlmiş şeytandan Allaha sığınıram.
"(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz" (əz-Zümər surəsi, 36)
Allah məni və sizləri Kitabının hidayəti və Peyğəmbəri sallallahu aleyhi va səlləmin sünnəti ilə faydalandırsın. Uca Allahdan özüm üçün, sizin üçün və bütün müsəlmanlar üçün hər cür günahdan bağışlanma istəyirəm. Şübhəsiz O. Çox bağışlayan və mərhamət edəndir.
Həqiqətən də, həmd Allahadır. Ona həmdedir,Ondan kömək istəyir və bağışlanma istəyirik. Nəfislərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz. Kimi də azdırarsa ona hidayət edən olmaz. Şəhadət edəirəm ki, Allahdan başqa ibadətə layiq İlah yoxdur. O, təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və rəsuludur. Allahım! Qulun və rəsulun olan seyyidimiz Məhəmmədə, ailəsinə və əshabına, tabiinə və onlara yaxşılıqda tabe olanlara salavat və salam et!.
Bundan sonra Ey Allahın qulları! ..Bəzi elm əhli insanlar belə demişlər: İnsan Allahı razı edincə Allah ona kömək edər və onu ruziləndirər. Onu insanlara möhtac etməz. İnsanın Allahı qəzəbləndirmə bahasına insanları razı etməsi, onlardan qorxduğu üçün, ya da bir şeylər gözlədiyi üçündür. Bu isə, iman zəifliyindəndir. Onların edəcəyini zənn etdiyin şey həyata keçməzsə, bu onlardan deyil, Allahdandır. Çünki O nə istəyirsə o olur və nə istəmirsə o olmaz. Ondan başqa ilah yoxdur və Ondan başqa ibadət edilən də yoxdur.
Allahdan lazımınca qorxun ey Allahın qulları!. Allaha ən yaxşı şəkildə təvəkkül edin. Sevgili peyğəmbərimizə Salavat və salam deyin. Çünki bu Allahın kitabında sizlərə əmr edilmişdir. Allah azzə və cəllə belə buyurur: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)" (Əl Əhzab surəsi, 56)

Allahin salamı və xeyir-duası üzərinizə olsun!


Tarix: 14.04.2013 / 14:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Maraqlı melumatlar
loading...