Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua- ən güclü səbəblərdəndir

Deməli dua ən güclü səbəblərdən biridir və duada xahiş edilənə duanın sayəsində nail olmaq yazılıbsa, onda duanın heç bir fayda vermədiyini demək düzgün deyildir. Eləcə də, yeməyin, içməyin, istənilən əməl və hərkətlərin mənasız olmasını demək düzgün deyildir. Lakin, arzulanan nəticəni əldə etmək imkanı verən duadan daha təsirli səbəb yoxdur. Sahabələr bütün digər müsəlmanlardan Allah və Onun Rəsulu (sav) , barəsində daha yaxşı məlumatlı idilər və Onun dinindən digərlərindən daha yaxşı baş çıxarırdılar. Onlar bu səbəbə əl atırdılar,

Ömər bin əl-Həttab düşmənın üzərində qələbə çalmaq istədikdə duaya əl atardı və dua onun ən güclü əsgərlərindən idi. O tərəfdarlarına deyərdi: “Siz qələbəni çox saylı olduğunuza görə əldə etmirsiniz. Həqiqətən sizə göylərdən kömək edirlər”, o həmçinin deyərdi: “Həqiqətən məni duaya cavab narahat etmir duanın özü narahat edir və onlara dua etməyi təlqin edə bilsəydim onlar cavabı alardılar”,
Belə dərketməni rəhbər tutaraq şairlərdən biri deyib:
Mən istədiyimi, arzuladığımı Sən istəməsəydin,
Mənə dua etməyi öyrətməzdin.
Həqiqətən, qullarına dua etməyi təlqin edəndən cavabı gözləmək olar. Allah Sübhanə Təala deyib:
“Mənə dua edin, Mən də sizə cavab verim” (əl-Gafir, 60);
“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm” (əl-Bəqərə, 186)
Ibn Macanın “Sunana”sında Əbu Hüreyradan rəvayət edilir ki, Allahın Rəsulu(sav) , buyurub: “Allah Ondan istəməyənə qəzəblənir”.
Bu o deməkdir ki, Allah Ondan istəyəndən və Ona itaət edəndən razıdır. Həqiqətən Böyük və Uca Allah hər nemətin mənbəyidir, Onun qəzəbi isə hər bədbəxtçiliyin və çətinliyin mənbəyidir.


Imam Əhməd “Kitab əz-Zuhd”a aşağıdakı rəvayəti gətirib:
“Mən Allaham və Məndən başqa ibadətə layiq haqq məbud yoxdur. Razı qaldıqda hədsiz nemət bəxş edirəm. Qəzəbləndikdə isə yeddinci nəsilə kimi lənətləyirəm”.
Sağlam ağıl, müqəddəs mətnlər, nöqsansız həqiqət və müxtəlif qövmlərin tarixi və dini şəhadət edir ki, aləmlərin Rəbbinə yaxınlaşmaq və Onun razılığını əldə etmək səyi, Onun məxluqatlarına xeyirli və yaxşı münasibət – bütün xeyirlərin əldə edilməsinə əsas səbəbdir və bütün əkslər isə - bədbəxtçiliyin əsas səbəbləridir. Eləcə də, Uca Allahın nemətlərini əldə etmək və əzabından qorunmaq üçün Ona itaətdən, Ona yaxınlaşmağa səydən və Onun məxluqatlarına qarşı xeyirxah olmaqdan daha yaxşı yol yoxdur.
Allah Sübhanə Təala Kitabında dünya və axirət həyatındakı salamatlığı və bəlanı aralarında səbəb-nəticə əlaqəsini təyin edərək əməllərə bağlayıb. Quranda mindən yuxarı belə misal mövcuddur.
Bəzi hallarda baş verənlər barəsində xəbər (xəbər kauni) Allahın müvafiq əmri (əmr şər”i) ilə əlaqələndirilir: “Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: "Mənfur meymunlar olun!"– dedik” (əl-Əraf, 166);
“Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq” (əl-Zuxruf, 55);
“Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin!” (əl-Maidə, 38);
“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır” (əl-Əhzab, 35).
Belə misallar çoxdur.
Başqa hallarda baş cümlə (caza) şərti budaq cümləsilə uzlaşır (şərt):
“Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar” (əl-Ənfəl, 29);
“Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır” (ət-Tovbə, 11);
“Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.” (əl-Cinn, 16).
Hərdən bunun üçün “li” və “key” ədatları ilə başlayan səbəb budaq cümləsi istifadə edilir:
“...onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün...“ (Sad, 29);
“...siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun.” (əl-Bəqərə, 143);
“aranızdakı zənginlərin dövləti olub qalmasın” (əl-Həşr, 7).
Digər yerlərdə səbəb mənası ilə “bi” önlüyü istifadə edilir:
"Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: "Dadın yandırıb-yaxan Odun əzabını!” (Ali-İmran, 181-182);
“Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.” (Yunus, 4);
“Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur.” (Yunus, 7-8)
“Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər.” (əl-İmran, 112)
Hərdən bu məqsədlə aşkar və ya buraxılmış ola bilən tamamlıq (məful li-acalix) istifadə edilir:
“Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın”(əl-Bəqərə, 282);
“Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: "Mən sizin Rəbbiniz deyiləmmi?"– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!"– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz.” (Əl-Əraf, 172);
“Biz bunu ona görə nazil etdik ki, siz: "Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik"– deməyəsiniz” (əl-Ənam, 156)
Bəzi hallarda “fa” bağlayıcısı səbəb mənası ilə istifadə edilir:
“Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.” (əş-Şəms, 14);
“Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.” (əl-Həqqə, 10)
“Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular.” (əl-Muminun, 48)
Digər hallarda şərti budaqla tabeli mürəkkəb cümləsində baş cümləyə işarə edən “ləmma” ədatı istifadə edilir:
“Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq” (əz-Zuxruf, 55)
Hərdən bunun üçün “inna” ədatı və onunla bağlı “həqiqətən” mənasını daşıyan sözlər istifadə edilir.
“Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar” (əl-Ənbiyə, 90).
“Həqiqətən, onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq” (əl-Ənbiyə, 77).
Hərdən bu məqsəd üçün əvvəliki cümləni növbətilə bağlayan “lau-la” bağlayıcısı və ya şərti budaq cümləsinə işarə edən “lau” bağlayıcısı istifadə edilir:
“Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı” (əs-Səffat, 143-144);
“Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (ən-Nisa, 66).
Bir sözlə Quranda əvvəldən axıra kimi aydın deyilir ki, mükafat və cəza habelə Kainatda və Allahın hökmu ilə bağlı qərarlar səbəblərlə müəyyənləşir. Dünya və axirətlə bağlı bütün hökmlər və onlardakı xoşbəxtlik və bədbəxtlik səbəb və əməllərdən asılıdır. Bu sual üzərində yaxşı düşünən və onu dərk edən bundan böyük fayda götürər və cahillik, acizlik, səhlənkarlıq edərək və özünü məhv edərək qədərə heç vaxt ümid etməz. Bunu edənin təvəkkülü zəiflik olur və zəifliyi isə təvəkkül olur. Həqiqətən dindən yalnız o kəs anlayır ki, o, qədəri qədərlənmənin öz hesabına aparır, bir qədərlənmiş hadisəni o birinin hesabına ayırır. Bundan əlavə. insan sadəcə olaraq bunlarsız yaşaya bilməz, çünki aclıq, susuzluq, soyuqluq, mümkün olan bütün təhlükələr və pis hadisələr də – həmçinin qədərin bir hissəsidir.
Bütün insanlar qədəri qədərin özü hesabına aparmaq imkanına məhəl qoymurlar. Allahın iman bəxş edərək düzgün yola qoyduğu şəxslər saleh əməllərin işlənməsi, tövbə və iman kimi qədərlərin hesabına axirət həyatında cəza qədərindən azad olur. O bu həyatdakı təhlükələri və onlara müqavimət göstərə biləcəyini nəzərə alır, çünki hər iki dünyanın Rəbbi təkdir və onları vasitəsilə xəlq etdiyi hikmət də vahiddir. Onda ziddiyət və qaşılıqlı istisna halları mövcüd deyil. Bu məsələni bilmək onun əhəmiyyətini anlayana və ona lazımi diqqət yetirənə böyük fayda gətirmişdir və kömək üçün dua edilməyə yalnız Allah layiqdir!
Lakin daha iki sual qalır ki, onlarsız insan xoşbəxtlik və uğur əldə edə bilməz.
Birincisi xoşbəxtlik və bədbəxtlik səbəblərini təfsilatı ilə öyrənmək, bu dünyada baş verən hər bir şeyə, şəxsi və başqasının təcrübəsinə, keçmiş və müasir xalqların tarixinə diqqət yetirmək lazımdır.
Bu məsələnin ən səmərəli həlli yollarından biri – Quranı düşünməkdir. O bunun üçün tam şəkildə yarayır, çünki xoşbəxtliyin və bədbəxtliyin bütün səbəbləri onda təfsilatlı və aydın şəkildə izah olunub. Sonra sünnəni öyrənmək lazımdır. O Qurandan ayrılmazdır və vəhyin ikinci mənbəyidir. Hər iki mənbəyi diqqətlə öyrənənə bunlar kifayət edər. Onlardan sən xeyir, şər və onların yaranma səbəbləri barəsində sanki hamısını gözlərinlə görmüş kimi öyrənəcəksən. Bundan sonra xalqların tarixləri və salehlərin və asilərin taleyi üzərində düşünsən əmin olarsan ki, bunların hamısı Quran və sünnədən öyrəndiklərinlə üs-üstə düşür. Sən Allahın xəbər və vəd verdiyi bütün təfsilatları bilərsən və Onun yer üzündə səpələnmiş ayələri isə Quranın haqq olmasına, Peyğımbərin də haqq olmasına və Allahın vədini mütləq yerinə yetirəcəyini sənə işarə edər. Beləliklə, tarix Allahın və Rəsulunun bizə bütöv olaraq xəbər verdiyi xoşbəxtlik və bədbəxtliyin səbəblərini izah edəndir.

Səbəbləri bilməkdə öz-özünü aldatmaq


Ikincisi bu səbəbləri bilməkdə özü-özünü aldatmaqdan çəkinmək lazımdır və bu ən vacib məsələlərdəndir. Qul anlaya bilər ki, asilik və arsızlıq dünya və axirət həyatını məhv edən səbəblərə aiddir, lakin bununla yanaşı o özünü də aldada bilər. Belə ki, bəziləri Allahın rəhməti və bağışlanmasına ümid edir, digərləri isə tövbə və bağışlanma barəsində duanı gecikdirirlər. Bəziləri bəyənilən əməllər işləyir, digərləri elmlərinə güvənirlər. Bəziləri qədərlə bəraətlənir, digərləri tək olmadıqları ilə özlərini sakitləşdirir, üçüncülər sadəcə böyüklərdən nümunə götürürlər.
Insanların çoxu zənn edir ki, istənilən günahı etdikdən sonra: “Allahdan bağışlanma diləyirəm” demək kifayətdir ki, günahdan iz belə qalmasın. Özünü elmli sayan insanlardan biri mənə dedi ki, o müxtəlif əməllər edir sonra yüz dəfə “Sübhan Allahi və bihamdihi” deyir və ona bütün günahlarını bağışlayırlar, çünki səhih məlumdur ki, Peyğəmbər(sav) , deyib: “İnsan gündə yüz dəfə: “Sübhan Allahi və bihamdihi” desə onun günahları bağışlanar, hətta onların sayı dənizdə köpük qədər olsa belə”.

“Məkkə sakinlərinin biri mənə demişdi; “Bizdən kimsə günah etdikdə çimir və həftə ərzində Kəbəni təvaf edir və onun günahları yuyulur”.

Başqa bir nəfər səhih hədisə isnad edərək Peyğəmbərin (sav) , belə buyurduğunu dedi: “Qullardan biri günah etdi və dedi: “Rəbbim mən günah etdim məni bağışla!” O bağışlandı və Allahın istədiyi qədər yaşadı, sonra yenidən günah işlədi və dedi: “Rəbbim mən günah etdim məni bağışla!” Onda Uca və Böyük Allah dedi: “Qulum bilir ki, onun günahlarını bağışlayan və onlara görə cəzalandıran Rəbbi var. Mən qulumu bağışladım. Qoy istədiyini etsin.”. O davam etdi: “Mən də şübhə etmirəm ki, günahları bağışlayan və onlara görə cəzalandıran Rəbbim var”. Bu sinif insanlar ümid verən mətnlərdən yapışır və əsassız olaraq onlara ümid edir. Onlar iki əllə onlardan yapışır və günahlara batmalarına görə qınandıqda Allahın hədsiz bağışlanma və rəhmətinə ümid etməyin zəruriliyi barəsində əzbərlədikləri mətnləri sitat gətirirlər. Bu sinifə aid olan cahil insanlar qəribə və təəcüblü şeylər danışırlar.

Onlardan biri dedi:
Bacardığın qədər günah et,
Axı sən Rəhman qarşısında duracaqsan.

Daha bir ifadə: “Günahlardan çəkinmə - Allahın hədsiz bağışlanmasından xəbərdar olmamaqdır”. Eləcə də daha biri: “Günahlardan çəkinmə - kobudluq və Allahın bağışlanmasını əksiltməkdir”. Məhəmməd bin Həzm danışırdı ki: “Belə insanlardan birinin dua vaxtında: “Allahım məni günahsızlıqdan qoru” dediyini eşitdim”.
Aldananlar arasında elələri var ki, qədərdən yapışaraq deyirlər ki, qul özü əməllərini etmir, onun seçimi yoxdur və günahları etməkdə məcbur edilir.
Elələri də var ki, murciyə fikirlərilə aldanılırlar və zənn edirlər ki, iman - yalnız qəlbin təsdiqidir, əməllər isə onun hissəsi deyil və ən fasiq insanın imanı Cabrayılın və Mikayılın imanından seçilmir.
Onların bəziləri kasıblara, şeyxlərə və salehlərə məhəbbətlə aldanırlar. Belələri tez-tez onların qəbirlərini ziyarət edir, şəfaətlərini yalvararaq onların vasitəsilə Allaha yaxınlaşmağa çalışır, qarşılarında ram olub alçalırlar. Belələri Allahdan onlara görə və onların Onun qarşısında uca məqamda olduqlarına görə istəyirlər.
Bəziləri əjdadları və sələflərilə aldanırlar. Onların saleh olmalarına, Allah qarşısında yüksək məqam tutmalarına və onları bəlada qoymayacaqlarına ümid edirlər.
Belə hal tez-tez dünya hökmdarların ətrafında baş verir, hansılar ki, yaxınlarına görə onların oğullarının və qohumlarının günahlarını bağışlayırlar və onlardan kimsə bəlaya düşdükdə ataları və ya babaları yüksək məqamlarına görə onları xilas edirlər.
Bəziləri onunla aldanırlar ki, Uca və Böyük Allahın onların əzabına ehtiyacı yoxdur, çünki Onun mülki onların əziyyətindən zərrə qədər də çoxalmayacaq və rəhmətini etsə zərrə qədər də azalmayacaq. Onlar deyirlər: “Biz Onun rəhmətinə möhtacıq, O isə zəngindir və heç nəyə eytiyacı yoxdur. Həyətində bulaq axana bir qurtum su istəyən miskin gəlsə o ona etiraz etməz. Həqiqətən Allah daha kəramətli və böyükdir. O bağışlamaqdan heç bir şey itirmir və cəzalandırmaqdan heç bir şey qazanmır”.


Tarix: 12.04.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 703 Bölmə: Maraqlı melumatlar
loading...