Heç şübhəsiz ki, insanın üzərinə düşən haqlardan biri də Peyğəmbər – sallallahu aleyhi və səlləm – i bütün yaradılmışlardan daha çox sevməkdir. Bunun dünya həyatında və axirətdə şox böyük səmərələri vardır. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevdiyini iddia edənlərin bir çoxu bu xüsusta həddi aşmaları, bir çoxları isə onu sevməyin mənasını olduqca daraltmışlar.
Onu sevməyin əhəmiyyəti, səmərələri haqqında özümü və (müsəlman) bacı və qardaşlarımı məlumatlandırmaq və onlara öyüd-nəsihət olsun arsuzu ilə - Uca Allahın yardımı ilə - aşağıdakı suallara cavab tapmaq və bu mövzuya aydınlıq gətirmək istədim:
1. Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevməyin hökmü nədir?
1. PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I BÜTÜN YARADILMIŞLARDAN DAHA ÇOX SEVMƏYIN VACIBLIYI:
Şübhəsiz ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək imandandır. Qulun Peyğəmbər – sallallahu aleyhi və səlləm – i öz canından, atasından, uşaqlarından, ailə əhlindən, malından və bütün insanlardan daha çox sevməsinin vacibliyinə dəlil təşkil edəcək bir çox naslar (dəlillər) vardır. Onu belə sevməyən bir kimsə dünyada da, axirətdə də özünü Allahın əzabına məruz qoymaqdadır. Aşağıda qismən də olsa geniş bir şəkildə bu dəlillərin bəzisini qeyd edirik.
A- PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I ÖZ CANIMIZDAN ÇOX SEVMƏYIN VACIBLIYI:
Abdullah b. Hişam – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idik. Bu an Ömər – radıyallahu anhu – nun əlini tutmuşdu. Ömər: “Ey Allahın Rəsulu! Şübhəsiz mən səni öz nəfsimdən başqa hər şeydən çox sevirəm” dedi. Peyğəmbər: “Nəfsim əlində olana and olsun ki, öz nəfsindən də çox sevmədikcə (imanın kamil) olmaz” deyə buyurdu. Ömər: “Bu andan – Allaha and olsun ki – səni öz canımdan daha çox sevirəm” dedi. Peyğəmbər: “İndi oldu Ey Ömər!” deyə buyurdu(Buxari 11/523, H. 6632. )
Böyük elm adamı Ayni – rahmətullahi aleyhi – deyir ki: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: “Nəfsim əlində olana and olsun ki, öz nəfsindən də çox sevmədikcə (imanın kamil) olmaz” buyurduğunu açıqlayarkən: “İmanı kamil olmaz” deməkdir . Yenə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: “İndi oldu Ey Ömər!” buyurduğunu: “İmanı kamil oldu” deyə açıqlamışdır . “Nəfsim əlində olana and olsun ki” buyurduğunda diqqəti çəkən bir xüsus da onun and içməsidir. O, and içməsə də belə bütün söylədikləri doğrudur. And içərsə necə? Çünki bilindiyi kimi and içmək sözü daha da gücləndirir(Umdətul Qari” 1/143. )
B- PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I ATA VƏ ÖVLADDAN DAHA ÇOX SEVMƏYIN VACIBLIYI:
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Nəfsim əlində olan Allaha and olsun ki, Sizdən hər hansı bir kimsə məni atasından və uşaqlarından daha çox sevmədikcə iman etmiş olmaz”(Buxari 1/58, H. 14)
C- PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I ZÖVCƏDƏN, MALDAN VƏ BÜTÜN INSANLARDAN DAHA ÇOX SEVMƏYIN VACIBLIYI: Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qul məni zövcəsindən (əhlindən), malından və bütün insanlardan daha çox sevmədikcə iman etmiş olmaz”
(Müslim 1/67, H. 69, Əbu Yəla “Musnəd” 7/8, H. 3895)
Tarix: 13.04.2013 / 16:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar