Sual-Uca Allah Quranda buyurur ki : "İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz.» (Ali İmran surəsi, , 90) Başqa bir ayədə isə buyurur ki : "(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: 'Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!» (Zumər surəsi, 53) bu iki ayənin mənası nədir və onların arasında hansı mövqe tutaq? Birincinin mənası odurmu ki, elə bir günah var ki, insan onu edəndə onun tövbəsi qəbul olmur? Yoxsa onlardan biri digərini nəsx edir?
Cavab- İki ayə bir birinə qarşı deyil. Birinci ayə dinnən dönüb tövbə etməyərək ölən insana aiddir. Allan onların ölüm anında etdikəri tövbələrini qəbul etmir. Çünki Uca Allah Quranda belə buyurur: "Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: 'Mən indi tövbə etdim' -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!» (ən Nisa surəsi, 18) və belə buyurur: "Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!» (əl Bəqərə surəsi, 217)
Nəticə odur ki, birinci ayə dindən dönənə aiddir. O, dindən dönmüş, ancaq ölüm anında, can boğaza çatanda tövbə etmişdir. Necə ki, Peyğəmbər (s.ə.s) buyurur: "Tövbə, can boğaza çatmayana qədər qəbuldur» (İmam Əhməd "Müsnəd» əsərində Abdullah ibn Ömərdən rəvayət edir) Bəzi alimləri bu ayəni bir neçə dəfə dindən dönüb yenidən gələnə də tətbiq edirlər.
İkinci ayə isə "(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: 'Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!» (Zumər surəsi, 53) ölüm ona gəlməyənə qədər tövbə edənə aiddir. Həqiqətən Uca Allah onu bağışlayır. Bununla aydın oldu ki, bu iki ayəsində qarşıdurma yoxdur.
Şeyx Saleh Fouzan ali Fouzan
Tarix: 06.04.2013 / 15:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar