Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Qədəri insanı məsuliyyətdən azad etmir

Əgər kimsə qədəri arqument qismində irəli sürürsə, elə isə qədər birtərəfli deyil hər kəs üçün arqument olmalıdır. Məsələ belə olduğu halda bu o anlama gəlir ki, kimsə kimisə hər hansı səhv hərəkətinə görə, ona zülm və ya pislik etdiyinə görə, onu təhqir etdiyinə görə, onun malını qəsb etdiyinə görə, ailəsini söydüyünə və ya ailəsinə sataşdığına görə və yaxud onu öldürməyə cəhd etdiyinə görə ittiham etməməlidir. Lakin, həqiqət budur ki, heç kəs bu cür əməllər ilə razılaşmaz, buna etiraz edər və bu cür əməlləri işləyənləri məzəmmət, töhmət edərlər. Əlbəttə ki, bu cür yanaşma insanın özünə qarşıdır və öz-özünü təkzibdir.

Allah Təala hər hansı bir şeyin olmasını dilədikdə eləcə də səbəblərinin də olmasını diləyir. Əgər Allah bir kəsin Cənnətlik olduğunu qədərdə yazırsa, eləcə də onun imanlı olacağını, saleh əməllər edəcəyini və bunun əsasında da cənnətdə daxil olacağını qədərə yazır. Eynilə, əgər Allah başqa birinin Cəhənnəmlik olduğunu qədərdə yazırsa, qədərində onun Allahı inkar edəcəyini və şər, münkər əməllər işləyəcəyini və bunun əsasında da Cəhənnəmə daxil olacağını yazır. Nəticə etibarilə, qədər insan öz əməllərindən əl çəkməlidir mənasına gəlmir.

İbn Teymiyyəyə,Allah ona rəhmət etsin, belə bir sual ilə müraciət edirlər: Bəzi insanlar qədərdən arqument gətirib bildirirlər ki, artıq hər şey barədə hökm-qərar verilib, qədərində bədbəxt yazılanlar bədbəxt, xoşbəxt yazılanlar isə xoşbəxt olacaqlar. Bu ayəni dəlil olaraq irəli sürürlər: “Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.” [əl-Ənbiya 21:101] Onlar deyirlər ki, Allah Təala xeyir və şərri əvvəlcədən yazıb, məsələn biz zina edəcəyik və odur ki, əməllərimiz üzərində bizim heç bir gücümüz, təsirimiz yoxdur, bütün güc və qüdrət Allaha məxsusdur və biz sadəcə bizim üçün qədərdə yazılanları yerinə yetiririk.

Bu suala İbn Teymiyyənin, Allah ona rəhmət etsin, cavabı aşağıdakı kimi olmuşdur:

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Bu cür inanc, etiqad etməyə davam edən kəslər yəhudi və xaçpərəstlərdən daha böyük kafirlərdir. Çünki, yəhudi və xaçpərəstlər Allahın qədərinə iman edir, əmr və qadağalarına inanır, eləcə də savab və cəzasına inanırlar. Onlar sadəcə vəhyin bəzi hissələrini dəyişdirmiş, digər hissələrini isə inkar edirlər. Necə ki, Allah təala bu barədə buyurur: “150 Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –151 məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.” [ən-Nisa 4:150-151]. Elə bundan dolayıdır ki, kimsə vəhyin bir hissəsini qəbul edib, digər hissəsini inkar edirsə əsl bir kafirdir, elə isə vəhyin hamısını inkar edib, Allah Təalanın nə əmrlərni, nə qadağalarını, nə savab verəcəyinə, nə cəzalandıracağına inanmayan, hər bir şey artıq əvvəlcədən yazılıb sözünü əsas gətirərək hər bir şeyi inkar edən kəs necə? Əlbəttə ki, dinin bir hissəsini qəbul edib digər hissəsini inkar edən kəsdən bu cür insan daha böyük kafirdir.

İndi isə onların qədərdən gətirdikləri arqumentlərinə gələk. Onların gətirdiyi bu iddiaları təkzib, rədd etmək olduqca asandır! Əvvəla, bilmək lazımdır ki, əgər qədər kimin üçün isə arqument hesab edilirsə, deməli bunu hər kəs arqument qismində istifadə edə bilər. Çünki, hər kəsin əməli əvvəlcədən qədərdə yazılıb. Nəticədə, kiməsə zülm edilirsə, təhqir olunursa, haqqları tapdanırsa, mal-mülkü soyulursa, rəzil edilirsə, kimsə onu yaralayarsa, öldürərsə, əkini viran qoyularsa və yaxud ailəsi qətl edilərsə bütün bunlara məruz qalan tərəf bu cür əməlləri işləyənləri töhmət etməməli, qınamamalıdır! Lakin, hamıya məlum olduğu kimi hər kəs bu cür əməlləri məzəmmət, töhmət edir və bu cür əməlləri işləyənləri inkar edir. Bir sözlə bu cür anlayış insanın özünə qarşıdır və özünün irəli sürdüyü arqumentləri çürüdür. Əgər qədər qadağan edilmiş bu cür şeyləri etmək üçün əsas, üzr sayılsa idi və yaxud əmr olunanları yerinə yetirməkdən imtina etmək üçün əsas, dəlil təşkil etsə idi, onda gərək insanlar bu cür əməllərə görə heç kəsi cavabdeh tutmaya, onları nə günahlandırmalı, nə də onları töhmət etməməsi lazımdır. İnsanlar bu və ya digər insanı nə qədər pis əməl işlədiyindən asılı olmayaraq əclaf, xarab bir kəs kimi görməməlidirlər. Sözsüz ki, heç kəs buna getməz və əgər insanlar bu cür mövqe tutsalar, bütün nizam-intizam çökər. Bu göstərir ki, qədəri arqument kimi irəli sürmək həm ağıl, həm də vəhy baxımından doğru deyl və o kəslər ki, bu cür əməlləri işləmək üçün qədəri əsas,üzr kimi irəli sürür onlar əlbəttə ki, yanlış düşünürlər.

İkincisi, əgər qədər arqument olarsa, onda İblis, Firon, Nuhun qövmü, Ad qövmü və işlədikləri günahlara görə Allah təalanın cəzalandırmış olduğu bütün insanlar üçün qədər üzr olardı. Mən əminəm ki, bütün inanclardan olan insanlar bunu küfr olaraq qiymətləndirərdi.

Üçüncüsü, qədər arqument olarsa, bu o anlama gəlir ki, biz Allahın dostları ilə düşmənləri, möminlər ilə kafirlər, cənnətlik insanlar ilə cəhənnəmlik insanlar arasında, Allah təala onların arasında fərq qoymasına rəğmən, biz fərq qoymalı deyilik! Allah təala buyurur: “Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?” [Sad 38:28]

“Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!” [əl-Casiyə 45:21]

Allah təala bu sözləri insanları dünyaya gətirməzdən çox-çox əvvəl onların qədərini yazıb ruzisini yazmasına rəğmən Özü bunları Kitabda söyləyir. İnsanlar imanları və saleh əməlləri sayəsində xoşbəxt, işlədikləri küfr və günahları ucbatından isə bədbəxt olurlar. Bu o anlama gəlir ki, qədər hər hansı bir günahı işləmək üçün dəlil qismində irəli sürülə bilməz.

Dördüncü: Qədər üzr gətirmək üçün müraciət ediləsi bir şey deyil iman gətirmək üçündür. O kəslər ki, qədəri arqument olaraq irəli sürür, onların arqumenti etibarsızdır və üzrləri isə məqbul deyil. Əgər bu məqbul olsa idi, İblis və digər günahkarlara da üzr olardı. Əgər qədər hər hansı bir dəlil təşkil etsə idi, heç kəs bu dünya və axirətdə cəzalandırılmalı deyil. Heç bir oğrunun əli kəsilməməli, heç bir qatil asılmamalı, heç bir cani həbs olunmamalı, Allah yolunda heç bir cihad yerinə yetirilməməli, yaxşılığı əmr edib pis işlərdən çəkindirmək barədə əmr təbliğ olunmamalıdır.

Beşinci: bu barədə Peyğəmbərə sual edildikdə belə cavab vermişdir: “Sizdən elə bir kəs yoxdur ki, cənnətdə və yaxud cəhənnəmdə yeri hazırlanmasın”, bu əsnada bir nəfər dedi: “Elə isə işlərimizi buraxıb sadəcə bizə qədərdə yazılanamı güvənək? Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Xeyr, çalışmağa davam edin, çünki sizlərdən hər kəs üçün qədərdə yazılan məqsəd istiqamətində səbəblər təmin olunub.” Hədisi Buxari, həmçinin Müslim rəvayət edib. Digər bir hədisdə deyilir ki, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) belə soruşdular: “Ey Allahın Rəsulu, qələmlər quruyub dəftərlər bağlandığı halda insanların işləyib çalışması nə dərəcədə düzgündür? Yaxud, onlar işləyir ancaq hər şey qədərdə yazılmayıbmı? Bu və ya buna bənzər sözləri sual verən soruşur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə cavab verir: “Xeyir,qələmlər quruyub dəftərlər bağlanıb bununla belə onlar işləyirlər.” Sonra soruşdular: “Elə isə əməl etməklə nəyə nail olacağıq ki? O dedi: “Əməl etməyə davam edin. Sizdən hər biriniz üçün yaradıldığı məqsəd istiqamətində vasitələr, səbəblər təmin olunub.”

Altıncı: Allah hər şeyi öncədən bilir və indi baş verdiyi kimi onları yazmışdır. Allah yazır ki, filan kəs iman gətirəcək, saleh əməllər edəcək və cənnətə daxil olacaq. Filankəs isə günah edəcək, şər əməllər işləyəcək və cəhənnəmə gedəcək, necə ki, Allah bilir ki, filankəs bir qadın ilə ailə quracaq, onunla əlaqədə olacaq və uşağı olacaq, filankəs yemək yeyəcək, su içəcək və aclığı və susuzluğu gedəcək, filankəs tarlada toxum səpəcək və məhsul əkəcək. Amma indi kimsə durub desə ki, bu və ya digər insan Cənnət əhlindəndir, xeyir əməl etmədən cənnətə daxil olacaq, bu fikir səhv olar. Çünki, məlumdur ki, insan işlədiyi xeyir əməlləri sayəsində cənnətə daxil olacaq, əgər həmin insan xeyir əməl işləmədən cənnətə daxil olarsa, bu Allahın elminə və qədərinə zidd olacaqdır.

Bu ona bənzəyir ki, bir kəs arvadı ilə yaxınlıq etmir, bununla belə Allah yazmışdırsa uşağım olacaq deyə söyləyir. Bu cür insan səfehdir. Allah qədərdə həmin insanın uşağı olacağını yazırsa, həmçinin arvadı ilə yaxınlıq edəcəyini, nəticədə arvadının hamilə qalacağını və sonra isə övladı olacağını da yazır. Allah təala qədərdə yazmır ki, filankəs zövcəsi ilə cinsi yaxınlıq etmədən və zövcəsinin də hamilə qalmadan uşağı olacaq. Eləcə də, cənnət məsələsində. Allah Təala cənnəti iman gətirənlər üçün hazırlamışdır. Əgər kimsə iman gətirmədən belə cənnətə düşəcəyi fikrinə düşərsə bu səhvdir. Və yaxud da, Allahın əmr etdiklərinin vacib olmadığını düşünürsə və yaxud yaxşı əməl işləməklə pis əməl işləmək arasında fərq yoxdur deyə düşünsə o kafirdir. Qəti olaraq bilmək lazımdır ki, Allah təala cənnəti kafirlər üçün haram etmişdir. Sözügedən iddia olunan rəy “imansız kəs cənnətə daxil olmayacaqdır qaydasına”ziddir.

“Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.” [əl-Ənbiya 21:101]

Əlbəttə ki, Allahın qədərdə savab işləyəcəyini yazdığı kəslər iman gətirib yaxşı işlər görəcək olan şəxslərdir. Əgər onlar iman gətirmirsə, onlar üçün əvvəlcədən qədərdə heç bir savab yazılmazdı. Allah bir kəs üçün qədərdə bir şey yazırsa, onu həmin məqsədə aparacaq işləri görməyə müvəffəq edir. Məsələn, Allah bir kəs üçün qədərdə uşağı olacağını yazırsa, eləcə də onun zövcəsi ilə yaxınlıq edəcəyini və zövcəsinin uşağa qalacağını da yazır. Allah qədərdə səbəbləri yazdığı kimi nəticələrini də yazır: Bunların hər ikisi Allah tərəfindən qədərdə əvvəlcədən yazılır. Sonda, əgər kimsə onu sözügedən məqsədə aparacaq işlər görmədən Allahın onun üçün yaxşı aqibət yazdığını düşünürsə xəta edib. Allah nəticələri yazdığı kimi, onların səbəblərini də yazır. Allah birini yazdığı kimi digərini də yazır.


Tarix: 12.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Maraqlı melumatlar
loading...