Dua da həmçinin xoşa gəlməyəni uzaqlaşdıran və arzu olunana nail olmaq imkanı verən təsirli vasitələrdən biridir. Lakin duanın özünün zəifliyi səbəbindən (məsələn, onda düşmənçiliyin olmasına görə Allaha xoş getməməsindən) yaxud dua edənin qəlbindəki zəiflik səbəbindən, Allaha zəif can atmasından və Ona dua zamanı qəlbin oyaq olmaması səbəbindən dua həmişə eyni təsirə malik olmur. Belə dua, oxları zəif çıxan çox yumşaq yaya bənzəyir. Ola bilər ki, duanın qəbul olmamasına səbəb mövcuddur məsələn, dua edənin haram yeməsi, qəlbinin günahlara bürünməsi, şərəfsizlik izhar etməsi, nəfsi istəklərinə, əyləncəyə uyması və s.
Əl-Hakimin “Mustadarak”ında Əbu Hüreyradan rəvayət edilir ki, Peyğəmbər (sav) , deyib: “Allahın duanıza cavab verəcəyinə əmin olaraq dua ediniz”.
Qeyd etmək lazımdır ki, Allah qəlbi oyaq olmayanın duasını qəbul etmir. Dua – xəstəliklərdən müalicə edən təsirli vasitədir, lakin o insan qəlbində Allaha qarşı biganəlik olduqda səmərəsini itirir. Haramın yeyilməsi də həmçinin onun təsirini azaldır və yaxud ümumiyətlə yox edir.
Müslimin “Səhih”ində Əbu Hüreyranın hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , deyib: “Ey insanlar, həqiqətən Allah pakdır və yalnız pakı qəbul edir. Həqiqətən Allah möminlərə peyğəmbərlərə əmr etdiyini əmr edib”. O dedi:
“Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” (əl-Muminun, 51)
O həmçinin deyib:
“Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin” (əl-Bəqərə, 172)
Sonra o “uzun səfərə cıxan kişini xatırlatdı. O saçı dağılmış, toz içində olaraq əllərini göyə qaldıraraq: Ya Rəbb! Ya Rəbb” deyirdi. “Lakin o haram yeyir, haram geyir, haramla bəslənib. Ona cavab verilərmi?”.
Imam Əhmədin oğlu Abdullah atasının “Kitab əz-zuhd” kitabında yazır: “Bir dəfə İsrail oğullarına bəla gəldi və onlar (dua etmək üçün) çıxdılar. Onda Qudrətli və İzzətli Allah peyğəmbərinə əmr etdi ki, onlara çatdırsın: “Siz natəmiz bədənlərinizlə gəlmisiniz və qan tökdüyünüz ovuclarınızı mənə ucaldırsınız, evlərinizi də haramla doldurmusunuz. Həqiqətənmi indi Mən sizə möhkəm qəzəbləndikdən sonra (siz belə edirsiniz)? Siz Məndən lənətdən başqa heç bir şey almayacaqsınız!”.
Əbu Zarr deyib: “Saleh insana yeməyi duzlamaq qədər dua etmək kifayətdir”.
Dua - ən təsirli dərmanlardandır. O bəlalara qarşı çıxır, onlardan azad və müalicə edir. Dua bəlalardan qoruyur, onlardan azad olamağa kömək edir və ya bəla artıq gəlibsə vəziyyəti yüngülləşdirir. Dua – möminin silahıdır.
Əl-Hakim Əli bin Əbu Talibin sözlərindən rəvayət edir ki: “Dua – möminin silahı, dinin dirəyi, göyün və yerin nurudur”.
Duanın gücünü bəlanın həcmi ilə müqayisə etdikdə üç hal mümkündür. Birinci halda dua bəladan güclü olur və onu dəf edir. Ikinci halda dua qula yetişən bəladan zəif olur, lakin bu halda da dua ən azı onu azaldır. Üçüncü halda güclər bərabər olur və dua bəla ilə münaqişəyə girir.
Əl-Hakim Aişənin sözlərindən rəvayət edir ki, Allahın Rəsulu (sav) , deyib: “Ehtiyatlılıq qədərdən azad etmir, dua isə artıq (insana) baş vermiş və baş verməmiş bəlaya qarşı kömək edir. Həqiqətən bəla nazil olduqda onu dua qarşılayır və onlar qiyamət gününə kimi mübarizə aparırlar”.
Həmçinin orada ibn Ömərdən rəvayət edilir ki, Peyğəmbər (sav) , deyib: “Dua (insanın) artıq başına gələnə və hələlik gəlməyənə qarşı gömək edir. Ona görə Allaha dua edin ey Allahın qulları!”
Habelə orada Saubandan rəvayət edilir ki, Peyğəmbər (sav) , deyib: “Qədəri duadan başqa heç bir şey geri itələmir və əməlləri salehlikdən başqa heç bir şey çoxaltmır. Həqiqətən insan etdiyi gunaha görə ruzisindən məhrum edilir”.
Tarix: 12.04.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar