Sual: Vitr namazını tərk etmək olar? Bu namazını tərk etdikdə bunun aqibəti nədir?
Cavab:
Həmd Allaha məxsusdur.
Vitr namazı cumhur alimlərinin rəyinə görə müəkkəd (təsdiq olunmuş) sünnətdir və fiqh alimlərindən bəziləri bu namazı vacib saymışdır.
Vitr namazının vacib olmadığı həqiqətinə dəlalət edən hədis Buxari (1891) və Müslimin (11) Talha ibn Übeydullahdan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdir. Talha ibn Übeydudllah dedi: Bir kişi Allahın Elçisinin (Ona Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu, Allahın mənə vacib etdiyi fərz bir namaz varmı? O dedi: “Könüllü şəkildə etdiklərin (nafilə namazlar) istisna, beş vaxt qılınan namaz.” Müslimin rəvayət etdiyi hədisin ləfzində deyilir: “Gündüz və gecə beş vaxt namaz.” O dedi: “Bundan başqa üzərimdə bir borc (vacibat) varmı? O dedi: “Xeyr, lakin nafilə namazları qılsan bu istisna.”
Imam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:
Bu dəlildir ki, vitr namazı fərz deyil. Sitatın sonu.
Əl-Hafiz “əl-Fəth” əsərində demişdir:
Vitr və yaxud fəcr namazının iki sünnətinin fərz olduğunu söyləyənlərin fikrinə zidd olaraq, bu dəlalət edir ki, gün ərzində beş namazdan başqa fərz namaz yoxdur. Sitatın sonu.
Bununla belə vitr ən çox təkid (əda olunması təkidlə bildirilən) olunmuş sünnətdir və peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bunu birdən çox hədisdə əmr etmişdir.
Müslim (754) Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Sahab gəlməzdən öncə vitr namazını qılın.”
Əbu Davud (1416) rəvayət edir ki, Əli (Allah ondan razı olsun) dedi: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Quran Əhli, vitr namazını qılın, çünki Allah Vitrdir (Təkdir) və tək sayı (vitri) sevir.” Albani “Səhih Əbi Davud”da hədisi səhih olaraq təsnif edib.
Ona görə də səfərdə olarkən və yaxud səfərdə olmadıqda Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) etdiyi kimi vitr namazını əda etməyə davam etməliyik, qorumalıyıq. Buxari (1000) və Müslim (700) rəvayət edir ki, İbn Ömər (Allah ondan razı olsun) dedi: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) səfərdə idi, miniyin üstündə hansı istiqamətə dönməsindən asılı olmayaraq, gecə namazının hərəkətlərini işarə edərək, fərz namazı istisna, vitr namazını miniyinin üstündə qılırdı.”
İbn Qudamə (Allah ona rəhmət etsin) demişdir:
Vitr namazı fərz deyil. Malik və Şafi bu cür söyləmişdir. Əbu Hənifə isə demişdir: Vitr namazı vacibdir. Sonra o demişdir: “Əhməd dedi: Kim bilərəkdən vitr namazını tərk edərsə o pis bir insandır, onun şahidliyi qəbul edilməməlidir.O məsələnin əhəmiyyətini vurğulayaraq söyləmək istəyir ki, vitr namazının əmr olunduğu və buna təşviq edildiyini bildirən hədislərdən dolayı bu namaz təkid olunmuşdur. əl-Muğni, 1/827
Tarix: 03.04.2013 / 22:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Maraqlı melumatlar