Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: QURAN AYƏLƏRI ƏN YAXŞI ÖYÜDDÜR

Əl-Məlik, əl-Kuddus əs-Səlam olan, izzət və cəlal sahibi olan Allaha həmd olsun. Rəbbimə həmd edir, uca nemətləri üçün Ona şükr edirəm. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir və ortağı yoxdur. Ən gözəl adlar və uca sifətlər Onundur. Və şəhadət edirəm ki, peyğəmbərimiz Məhəmməd (s.ə.s) Onun qulu, seçilmiş elçisi və dostudur. Allahım! qulun və rəsulun Məhəmmədə, onun ailəsinə və dəyərli səhabələrinə salam elə!..

Bundan sonra, Allahdan haqqı ilə qorxun. Çünki Allahdan haqqı ilə qorxmaq Qiyamət günü üçün ən yaxşı hazırlıqdır. Ey Allahın qulları! Bilin ki, nəsihətlərin ən xeyirlisi Allahın kitabındakı ayələr və Rəsulullahın (s.ə.s) hədisləridir. Qurani Kərimin ayələri qafilləri oyandırır. Cahilləri məlumatlandırır. Günahkarları çəkindirir və Allahdan qorxanların ümidini canlandırır. Uca Quranın ayələri qəlbləri və nəfsləri təmizləyir. Əxlaqı gözəlləşdirir və halları düzəldir. Topluluğun əlaqələrini gücləndirir. Pisliklərin və rəzilliklərin qarşısını alır. Saleh və fəzilətli əməllərə təşviq edir. Allahın kəlamından, hər zaman eşitdiyimiz və oxuduğumuz bir ayə var ki, bizə bu ayənin mənasını lazımi qədər düşünmək və ona əməl etmək lazımdır. Bu ayə bütün xeyrləri içərisində toplamaqda və bütün pisliklərdən də çəkindirməkdədir. Allah Təala belə buyurur: «Həqiqətən Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, oqhumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi qadağan edər. Allah sizə, bəlkə, düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» (16/ən-Nəhl/90)
Allah hər cür xeyri əmr etməsə və hər cür pislikdən çəkindirməsəydi, halal və haram açıqlanmasa, haqq və batil bilinməsəydi, şəriətin hökmləri və iman olmasaydı, adəm övladı heyvanlardan daha aşağı olardı. Allah Təala belə buyurur: «De ki: «Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi»! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!»« (39/əz-Zümər/9) və belə buyurur: «Məgər Biz müsəlmanları kafirlərlə eyni tutacağıq»!» (68/ Qələm/35) və belə buyurur: «Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq»! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarları tay edəcəyik»!» (38/sad/28) «Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də , (ondan) daha çox zəlalətdədirlər. Kafir olanlar da məhz onlardır!» (7/əl-Əraf/179)
«Şübhəsiz ki, Allah ədaləti əmr edər.» Allah ədaləti fərz olaraq əmr edər. Ədalət, haqqdır. Allah Təalaya və məxluqata qarşı bir vəzifədir. Şəriətin əmr etdiyi hər şey; bu əmr fərz olunsun, vacib olsun ya da müstəhəb olsun, davranış və ya söz olsun, ədalət və haqqdır. Ədalət nizamlı bir seçimdir. Allahın əmr etdiyi ən uca şey yalnızca Allaha ibadət etmək, yəni tövhiddir. Sonra isə məxluqatın haqqlarını yerinə yetirməkdir. Allah Təala belə buyurur: «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz!» (4/ən-Nisa/36).
Rəsulallah (s.ə.s) bu hədisində işarət etdiyi imanın şöbələrinin hamısı bu uca ayədə təsnif edilmişdir. «İman yetmiş (və bir neçə) hissədir. Ən ucası «Lə iləhə illəllah / Allahdan başqa ilahi yoxdur» sözüdür. Ən aşağıdakısı isə yoldan əziyyət verici bir şeyi qaldırmaqdır. Həya, imandan bir şöbədir.» Bu hədisi Muslim, Əbu Hüreyrə (r.a) kanalıyla rəvayət edər. Çünki, imanın hər söbəsi ədalət və haqqdır. Doğru və üstün bir seçimdir. İhsan (əsirgəməmə) ayədə əmr edilən ədalətdəndir, lakin mənasının vacibliyi, dünya və axirətdəki əsas faydası səbəbiylə ayrıca zikr edilmişdir. İslamda ihsan, nəfsə ihsan etməyi də içinə alır. Peyğəmbər (s.ə.s) belə buyurur. «Pisliyini insanlardan uzaq tutman nəfsinə səndən bir sədəqədir.» Bu hədisi Muslim, Əbu Zərr (r.a) kanalıyla rəvayət edər.

İslamda ihsan, məxluqata ihsanı da içinə alır. İhsan xeyir sərf etmək və pisliyi tərk etməkdir. Allah Təala belə buyurur: «(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ihsan) edənləri sevir.» (2/əl-Bəqərə/195) və belə buyurur: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzda çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir!» (60/əl-Mumtəhinə/8-9)
İslam heyvanlara belə ihsan və rəhm etməyi əmr edər. Rəsulallah (s.ə.s) belə buyurur. «Şübhəsiz ki, Allah hər şey üçün ihsanı fərz etmişdir.» Bu hədisi Muslim rəvayət edər.
«Qohuma verməyi əmr edər.» Bu da ihsandan bir bölümdür. Fəqət vacibliyi səbəbiylə xüsusilə zikr edilmişdir. Çünki, qohumlara ihsan etmək başqalara ihsan etməkdən daha üstündür. Qohumlarla bir olmaq, onların, müsəlmanın üzərindəki vacib və müstəhəb haqqlarını yerinə yetirməkdir. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kim əcəlinin gecikdirilməsini və rizqinin genişləndirilməsini istəyirsə qohumluq əlaqələrini qorusun.»
Allah Təalanın «Fuhşiyatı və münkəri qadağan edər» sözünə gəlincə, fuhşiyat -ağılın çirkin gördüyü və şəriətin qadağan etdiyi, Allahın qadağan etdiyi və əzab ilə təhdid etdiyi hər şeydir. Allahın qadağan etdiyi ən böyük şey, duada, kömək diləmədə və bənzər ibadətlərdə Allaha şirk qoşmaqdır. Allah Təala, Loğmanın (ə.s) oğluna belə dediyini zikr edər. «(Ya Məhəmməd!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdir : «Oğlum! Allaha şərik qoşma. Doğurdan da Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)»« (31/Lokman/13)
Küfrün şöbələri, nifaqın şöbələri və böyük günahların hamısı bu ayədə zikr edilmiş və qadağan olunmuşdur. Əbu Hürəyrə (r.a), Rəsulullahın(s.ə.s) belə buyurduğunu rəvayət edər: «Yeddi böyük günahdan çəkinin!» Deyilir ki, «onlar nələrdir, ey Allahın Rəsulu»« Belə buyurur: «Allaha şirk qoşmaq, sehr, Allahın haram etdiyi cana haqsız yerə qıymaq, faiz yemək, yetim malı yemək, düşmənlə qarşılaşdığı gün (savaş meydanından) geri dönüb qaçmaq və heç bir şeydən xəbərsiz evli mömin qadınlara iftira atmaq.» Bu hədisi, Buxari rəvayət edər.
Fuhşiyat; zina, livata, içki içmək və uyuşdurucu çəkmək kimi felləri özündə cəm edər. Küfrü (və ya söyüşü) tələffüz etmək, yalançı şahidlik etmək, iftira etmək, söyüş söymək və buna bənzər sözləri içinə alır. Kibr, həsəd, özünü bəyənmək, insanları alçaltmaq (alçaq görmək) və buna bənzər qəlbin əməllərini də içinə alır. Münkər, pozulmamış düzgün fitrətlərin qəbul edilmədiyi, Allahın qadağan etdiyi şeylərdir. Azğınlıq isə, başqasına haqsız yerə düşmənlik və zülm etməkdir. Azğınlığı və düşmənliyi, güclü gücsüzə qarşı edərsə günahı daha da böyük olar. Dünyada, azğınlıq etməkdən və qohumluq əlaqələrini kəsməkdən başqa cəzası daha sürətli olan bir günah yoxdur. Bununla birlikdə onun üçün, Allahın axirətdə hazırladığı əzab da vardır. «Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri diriləcək (imana, haqqa) dəvətetdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin Bilin ki, Allah insanla onun qəlbi arasına girər. (İnsanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!» (8/əl-Ənfal/24)
Rəhman və Rəhim olan Aləmlərin Rəbbi Allaha həmd olsun. Ona həmd edir və şükr edirəm. Ona tövbə edir və ondan bağışlanma diləyirəm. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və şəhadət edirəm ki, peyğəmbərimiz Məhəmməd (s.ə.s) onun qulu və rəsuludur. Allahım! Qulun və rəsulun Məhəmmədə, ailəsinə və bütün əshabına salam eylə! Bundan sonra»
Ey Allahın qulları! Allahdan haqqıyla qorxun. «Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!» (2/əl-Bəqərə/281)
Abdullah b. Məsud (r.a) belə deyir: «Fəzilətli əxlaqı ən çox içərisində toplayan ayə, Allah Təalanın bu sözüdür: «Həqiqətən, Allah (Quran insanlarla) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» (16/ən-Nəhl/90) «Ey iman gətirənlər! Allah və Onun pPeğəmbərinə itaət edin (Quranı, oradakı öyüd-nəsihətlər) eşitdiyiniz halda, ondan üz dööndərməyin. Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə ilə) : «eşitdik!» - deyən (münafiqlər) kimi olmayın!» ( 8/əl-Ənfal/20-21) Peyğəmbər (s.ə.s) bir hədisidə belə buyurur: «Sizə qadağan etdiym şeylərdən qaçın. Sizə əmr etdiyim şeyi isə gücünüz yetdiyincə yerinə yetirin.»
Allahın qulları!.. «Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyr-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın! (Allahummə səlli ələ Muhəmmədin və ali Muhəmməd; əssələmu əleykə eyuhənnəbiyyu və rəhmətullahi və bərəkətuhu-deyin!) « (33/əl-Əhzab/56)


Tarix: 13.04.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 546 Bölmə: Maraqlı melumatlar
loading...