Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın rəhmətinə ümid etməklə aldanmaq

Bəzi insanlar Allahın Rəsulu(sav) , ilə bizə göndərilən Allahın sözlərinə ümid edirlər: “Mən qulum Mənim barəmdə fikirləşdiyi kimiyəm və istədiyini Mənim haqqımda düşünsün”. Bu o deməkdir ki: “Mən onunla Mənim barəmdə fikirləşdiyi kimi rəftar edəcəm”. Şübhə yoxdur ki, Allah barəsində yaxşı zənndə olmaq, Onun rəhmətinə ümid etmək saleh əməllər işləyənə aiddir. Yalnız belə insan Allahın vədini pozmayaraq saleh əməllərinə görə onu mükafatlandırmasına və tövbəsini qəbul etməsinə ümid etməkdə haqqlıdır.

O ki, qaldı böyük günahlarda, zülmlərdə və haramlarda davam edən günahkara asiliklə, zalımlıq və haram əməllərlə yaranan narahatlıq Allahın rəhmətinə ümid etməyə imkan vermir. Hər şey məhz belə baş verir, çünki sahibinin sözünə baxmayıb qaçan qul onun yaxşı münasibətinə ümid etmir. Pis əməllərlə yaranan həyəcan yaxşı münasibətlə bir yerə sığmır. Günahkar günahlara girdikcə narahatlıq onu bürüyür. Ona görə Allahın rəhmətinə ən güclü təvəkkül edənlər Ona ən yaxşı itaət edənlərdir.

Əl-Həsən əl-Basri deyib: “Həqiqətən mömin Rəbbi barədə gözəl zəndədir və əməllərini gözəlləşdirir, günahkar isə Rəbbi barəsində pis zəndədir və pis əməllər edir”.

O Rəbbi barəsində necə gözəl zəndə ola bilər ki, Onun sevmədiyi əməlləri edərək Ondan qaçır, üzərinə Onun qəzəbini və lənətini cəlb edir? O Onun qarşısında olan borclarını yerinə yetirmir və əmrlərini icra etmir. O Onun haramlarını nəzərə almır və günah işlətməkdə davam edir. Rəbbinə qarşı döyüşən, Onun yaxınları ilə düşmənçilik edən və Onun düşmənləri ilə dostluq edən, Onun sifət və keyfiyyətlərini inkar edən, Onun Özü və Rəsulunun təsvir etdiyi sifətlər barəsində yaraşmayanı fikirləşən, cahilliyi ucbatından Onun aydın kəlamlarının mənasını zalalət və küfr hesab edən kimsə Onun barəsində gözəl zəndə necə ola bilər? Sənin fikrincə, danışmayan, əmr verməyən və qadağan etməyən, razı qalıb qəzəblənməyən barəsində necə gözəl zəndə olmaq olar? Uca Allah Onun bəzi danışıqları, xüsusən də gizli söhbətləri eşitməsinə şübhə edənlər barəsində deyib: “Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.” (Fussilət, 23).
Onlar Allah Sübhanə Təala barəsində pis zəndə oldular və düşündülər ki, onlar bildiklərinin çoxunu O bilmir və bu zənn onları məhv etdi. Bu Allahın kamil ad və sifətlərini inkar edən, Ona layiq olmayanla Onu təfsir edən hər kəsə aiddir. Belə insan Cənnətə düşəcəyini zənn edirsə bu boş xəyal və özünü aldatmaqdır. Bu Allaha xoş ümid deyil, şeytanın aldatmasıdır.
Bu sual barəsində və onu necə düzgün anlamağın mühümlüyünü düşün. Qul Allahla görüşəcəyinə və onun nitqinin Allahın eşitdiyinə və vəziyyətini gördüyünə əmindirsə, onun gizli fikirləri və aşkar əməlləri haqqında xəbəri olmasını bilirsə, onun heç bir əməlinin Ondan gizli olmadığını və Onun qarşısına çıxaraq etdiyi hər bir şey barəsində soruşulacağını bilirsə onda o necə üzərinə Onun qəzəbini çağıra, Onun əmrlərinə uymamağa və borcunu etməməyə bilər? Və bunların hamısından sonra o Onun rəhmətinə necə ümid edə bilər. Məgər bu özünü aldatmaq və boş ümidlərlə aldanmaq deyilmi?
Əbu Ümama Səhl bin Hüneyf rəvayət edir ki, bir dəfə o Urva bin əz-Zubeyrlə Aişənin yanına girir və o deyir: “Allahın Rəsulunun bir dəfə necə xəstələndiyini görsəydiniz. Onun altı və ya yeddi dinarı var idi və onları mənə paylamağı əmr etdi, lakin Allahın Rəsulunun xəstəliyi mənə bunu etmək imkanı vermədi. Sağaldıqda o məndən bu barədə suruşdu: “Sən onlarla neçə rəftar etdin? Sən o altı dinarı payladın?” Mən dedim: “Allaha and olsun ki, yox sənin xəstəliyin mənə bunu etməyə imkan vermədi”. O mənə onları gətirməyə əmr etdi ovucuna qoydu və dedi: “Yanında bunlar olaraq Allahın Rəsulu Allahla görüşdükdə nəyə ümid edə bilər?”
Allahım, boyük günahlar edən zalım insanlar başqalarına qarşı cinayətləri özləri ilə daşıyaraq Onunla görüşdükdə nəyə ümid edə bilərlər? Əgər “Biz Sənin barəndə gözəl zənndə idik və ümid edirdik ki, Sən günahkarlar və zalımları cəzalandırmayacaqsan” sözləri onlara yardım edəcəksə, onda istədiklərini etsinlər və istənilən haramlara girsinlər. Qoy Allahın rəhmətinə ümid etsinlər və Cəhənnəm odunun onlara toxunmayacağı zənnində olsunlar.
Sübhan Allah! İnsanlar necədə böyük zalalətdə olurlar! Ibrahim peyğəmbər qövmünə əbəs yerə deməyib: “Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz? Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?" (əs-Səffat, 86-87). Bu o deməkdir ki: “Necə fikirləşirsiniz, Ondan qeyrisinə ibadət edib Onunla görüşdükdə Aləmlərin Rəbbi sizə nə edəcək?”
Bu məsələ üzərində layiqincə fikirləşən anlayacaq ki, Allahın rəhmətinə ümid etmək – düzgün əməl etməkdir. Məhz Rəbbin əməlləri qəbul edib və onlara görə mükafatlandıracağına ümid, qulu yaxşı işlər görməyə həvəsləndirir və nə qədər güclü ümid olarsa, o qədər o yaxşı əməllər edir. Lakin, Onun rəhmətinə ümid nəfsi istəklərə uymaqla birgədirsə onda bu zəiflikdən başqa bir şey deyil.


Ümidlə aldanmaq arasındakı fərq

Ət-Tirmizi və Əhməd Şaddada bin Əusun hədisini rəvayət edib ki, Peyğəmbər (sav) , deyib: “Özünü sual-cavaba çəkən və ölümdən sonra olacaqlar üçün çalışan adildir, nəfsi istəklərinə uyub və Allahın rəhməti ilə özünə toxtaxlıq verən isə zəifdir”.
Deməli, Allah barəsində yaxşı zəndə olmaq və Onun rəhmətinə ümid etmək üçün xilasa aparan əməllər etmək lazımdır, məhvə gətirən əməlləri işləyənə isə bunu etmək mümkün olmayacaq.

Bəziləri deyə bilər ki: “Xeyr, mümkün olar. O, Allahın hədsiz bağışlamasına və rəhmətinə, mərhəmətinə və saxavətinə, rəhmətinin qəzəbini üstələməsinə ümid edə bilər və deyə bilər ki, cəza Ona heç bir fayda vermir bağışlanma isə Ona heç bir ziyan gətirmir”.

Bu həqiqətən də belədir. Allah uca və cömərddir, saxavətli və rəhmlidir. Bununla yanaşı O bu keyfiyyətləri onlara layiq olanlara qarşı tətbiq edir çünki O həmçinin hikmət, qudrət, qisas kimi keyfiyyətlərə də malikdir. Onun qəzəbi şiddətlidir və O cəzaya layiq olanları cəzalandırır. Onun rəhmətinə ümid üçün əsas Onun adları və sifətləri olsaydı, onda bu eyni həcmdə həm salehlərə, həm fasiqlərə, mömin və kafirlərə, Allahın yaxınlarına və Onun düşmənlərinə də aid olardı. Lakin, Allahın ad və sifətləri özünə Onun qəzəbini və lənətini çağıran, Onun həddərini keçib günah edən günahkara kömək etməyəcəklər. Allahın rəhmətinə ümid günahlarına tövbə edənə, etdiklərinə peşman olub günahı tərk edənə, pis əməlləri yaxşı əməllərlə əvəz edənə və həyatının qalan hissəsini xeyirə və Allaha itaətə həsr edənə fayda gətirəcək. Bundan sonra Onun rəhmətinə ümid etmək olar. Yalnız bu ümiddir bütün digərləri isə - aldanmaqdır, Allah bizi bundan qorusun!
Bu fəsli çox uzun hesab etmə, çünki hər bir insanın Allahın rəhmətinə ümidlə və belə ümidlə aldanmaq arasındakı fərqi seçmək baçarığına malik olması olduqca zəruridir. Uca Allah deyib: “Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir” (əl-Bəqərə, 218).
Deməli, avara və mürtədlərin deyil, məhz bu insanların Onun rəhmətinə ümid etməyə haqları var.
Allah həmçinin deyib:
“Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir.” (Ən-Nəhl, 110). O xəbər verib ki, günahlardan imtina edib burada sadalanan əməlləri edənləri bağışlayıb rəhm edəcək. Bilən insan ümidə müvafiq yer ayırır, azmış cahil isə onu təyinatı üzrə istifadə etmir.


Tarix: 12.04.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Maraqlı melumatlar
loading...