Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Terroristləri səlahiyyət orqanlarına təhvil vermək satqınçılıqdırmı?

Sual: Hörmətli şeyx, bəzi gənclər bəzən gəlir və aşağıdakı məsələ barədə soruşurlar:
bu insanları (xəvaricləri, terroristləri və s.) və onların sui-qəsdlərini müdafiə edən bir kəsi görsəm onları təhvil vermək və bu barədə səlahiyyət orqanlarına xəbər vermək olarmı? Bəzi insanlar hesab edirlər ki, bu səlahiyyət orqanlarna satqınçılıq etməkdir və bu cür etmək olmaz. Ümid edirik ki, şeyx bu məsələni açıqlayacaqsınız.

Cavab: Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir. Orada olanlar: Ey Allahın elçisi, kimin üçün? – deyə soruşdular. O isə cavabında dedi: Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün nəsihət etmək”.

Ona görə də, kim bu cür vəziyyətə düşərsə ona ixlasla nəsihət edilməli və məsələnin həqqiəti ona izah edilməlidir. Əgər əl çəkərsə o zaman Əlhəmdulilləh. Əgər əl çəkməzsə, bununla belə sakit durur və həqiqətən də heç bir şey etmirsə, o zaman onu tərk edin-onun günahı öz boynunadır. Lakin o həqiqətən də və zahirən digər müsəlmanları aldatmaq üçün bir şeylər edirsə və həmişə bu barədə danışırsa, bu iyrənc ideologiyanı yayırsa, o zaman onu təhvil vermək fərzdir. Bu Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün nəsihət etməyin bir hissəsdir”.


Tarix: 03.04.2013 / 23:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar
loading...