Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlman ananı üstün tutmalıdır , yoxsa həyat yoldaşını (qadın)?

Sual: Kişi kimə daha çox üstünlük verməlidir: ana yoxsa həyat yoldaşına?

Cavab: Həmd Allaha məxsusdur.

Müsəlman həmişə öz anasına üstünlük verməlidir. Çünki hədisdə varid olmuşdur ki, bir nəfər peyğəmbərdən sallallahu aleyhi və səlləm soruşdu: “Ey Allahın elçisi! Ən çox kimin qayğı göstərilməyə haqqı var?” Dedi: Ananın!” (Yenə) soruşdu: “Sonra kimin?” Dedi: “Ananın” (Yenə) soruşdu: “Sonra kimin?” Dedi: “Ananın”...(əl-Buxari 5514; Müslim 4621)

Bununla belə həyat yoldaşı (qadın) ana üzərində yalnız bir halda üstünlük təşkil edir ki, bu da (nəfəqə) xərcləmək məsələsidir. Əgər ər həm arvadı, həm da ansına kasıb olduğundan pul xərcləməyə gücü çatmırsa, o zaman bu halda öz həyat yoldaşı anasından ön plana keçməlidir. Müsəlman onun üzərində haqqı olan hər bir kəsə öz haqqını verməlidir və zülm olunana kömək etməlidir. Anası onun arvadına zülm edərsə, pis davranarsa, o gözəl tərzdə və insafla buna son qoymalıdır.

Allah daha yaxşı bilir.


Tarix: 03.04.2013 / 23:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...