Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni Xəstəlik Yayılıb Dünya Şokdadır

Dünya donuz qripi (H1N1) virusu ilə mübarizəni qurtarmamış Liviyadan şok bir xəbər gəldi. Liviya rəhbərliyinin yaydığı xəbərə görə Liviyada orta əsrlərdə 75 milyon insanın ölümünə səbəb olan bubonik vəba xəstəliyi yayılıb Med.Az-ın medicalnewstoday.com xəbər saytına istinadən verdiyi xəbərə görə 1347-1351-ci illərdə bu xəstəlikdən 75 milyondan çox insan məhv olub.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı xəbərin yayılması ilə hərəkətə keçib və Liviyada yoxlamalara başlayıb məlum olub ki, Liviyanın Tobruk şəhərində 18 nəfər xəstəliyə yoluxub 1 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

Orta əsrlərdə “qara ölüm” adlandırılan bu xəstəlikdən hər il dünyada 100-200 nəfərin öldüyü bildirilsə də yoluxmanın belə kütləvi hal alması təhlükənin yaxınlaşdığından xəbər verir.

Əsas əlamətləri dəridə qara rəngli ləkələrin yaranması, yüksək hərarət və ishal olan xəstəliyə yersinia pestis adlı bakteriyanın səbəb olduğu bildirilir. Daxili qan axma zamanı axan qanın toplanması dəridə qara ləkələrin yaranmasına səbəb olur.

Xəstəlik 4 şəkildə özünü göstərə bilər
1. Bubonik
2. Septisemik
3. Pnamonik
4. Gastro-intestinal

Xəstəlik mikroba yoluxduqdan 2-8 gün sonra özünü büruzə verməyə başlayır. Əsasən insanlara bu xəstəliyin mikrobunu daşıyan siçanlarda olan birələr vasitəsi ilə yoluxduğu bildirilir.


Tarix: 13.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar
loading...