Həkimlər iflicin əlacını tapıblar?
Heyvanlar üzərində aparılan təcrübə uğurlu nəticələnib.
İsveçrə həkimləri onurğa beyninin zədələnməsi ilə iflic olan siçanların hərəkət fəaliyyətini bərpa edə bildikləri barədə məlumat yayıblar.
Təcrübə heyvanlarının onurğası kimyəvi maddələr və beynin hərəkət üçün göndərdiyi impulslara oxşar siqnal göndərən elektrik impulsları ilə stimullaşdırılıb.
Bundan bir neçə həftə sonra siçanlar yeriyə, hətta xüsusi kəmərlərin köməyi ilə belə olsa, qaça biliblər.
Alimlərin fikrincə kimyəvi və elektroterapiya metodunu onurğasının zədələnməsi ilə iflic olan insanlarda istifadə etmək olar.
Tarix: 09.01.2015 / 11:48 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar
loading...